AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC XIX əsrin ilk üçdəbirində Azərbaycanda istehsal olunan çaxmaqlı tüfənglər uzaq məsafədən atəş açmaq və yüksək dəqiqliklə hədəfi vurmaq xüsusiyyətləri ilə seçilirdi. Tarixi sənədlərə əsasən, bəzi nümunələr 25-40 metr məsafədən 3 millimetr qalınlığında polad lövhəni deşə bilirdi. Həmin dövrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub.Bunu AZƏRTAC-ın müxbirinə Azərbaycan Milli Elmlər Akademiyasının Süni intellekt, rəqəmsal tarix və etnologiya şöbəsinin elmi işçisi, Tarix və Etnologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Ayxan Mehdizadə deyib.Onun sözlərinə görə, XIX əsrdə Azərbaycanda silah istehsalının öyrənilməsi təkcə əsas istehsal mərkəzlərini müəyyənləşdirməyə deyil, həm də yerli silahların texniki xüsusiyyətlərini, növlərini və yayılma arealını izləməyə imkan verir. Cənubi Qafqazda imperiya qoşunlarının irəlilədiyi dövrdə tərtib edilmiş hərbi hesabatlar, silahların müsadirə olunmasına dair aktlar və digər arxiv sənədləri bu araşdırmada mühüm əhəmiyyət daşıyır.Bu sahədə mühüm mənbələrdən biri 1866-1904-cü illərdə nəşr olunmuş 12 cildlik “Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanmış aktlar” toplusudur. Burada rəsmi hərbi yazışmalar, müsadirə edilmiş silahlar barədə məlumatlar və ələ keçirilmiş əşyaların siyahıları yer alır. Bu mövzuya dair materiallar Rusiya Dövlət Hərbi-Tarix Arxivində, xüsusilə Qafqaz Ordusunun qərargahı ilə əlaqəli 446 nömrəli fondda, eləcə də Gürcüstanın Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır.Əlavə məlumatlara XIX əsrin dövri nəşrlərində, xüsusilə “Tiflisskiye vedomosti” və “Kavkaz” qəzetlərində, həmçinin P.Butkov və N.Dubrovinin tarixi əsərlərində rast gəlmək mümkündür.A.Mehdizadə qeyd edib ki, arxiv materialları yalnız odlu silahları deyil, digər silah növlərini də öyrənməyə imkan verir. Sənədlərdə Azərbaycan şəmşirləri, qalxanlar, döyüş baltaları və digər silah nümunələri haqqında məlumatlar yer alır. Arxiv təsvirlərini günümüzədək qorunub saxlanılan əşyalarla müqayisə etmək imkanı xüsusi maraq doğurur. Belə ki, İbrahimxəlil xanın altıhissəli toppuzunun arxivlərdəki təsviri hazırda Azərbaycan Milli Tarix Muzeyinin fondlarında saxlanılan nümunəyə uyğun gəlir. Bu isə arxiv məlumatlarının maddi sübutlarla təsdiqlənməsinə imkan verir.Bununla yanaşı, tədqiqatçı silah ustaları haqqında məlumatların fraqmentlər halında qorunub saxlanıldığına diqqət çəkib. Sənədlərdə yerli istehsalla bağlı ayrı-ayrı məlumatlara rast gəlinsə də, ustaların sistemli uçotu aparılmayıb. Bundan əlavə, arxiv materiallarını araşdırarkən onların mənşə xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, bəzi müəlliflər yerli silah istehsalını qərəzli şəkildə qiymətləndirib, bəzi silah növlərinin adları isə rus hərbi terminologiyasına uyğunlaşdırılarkən təhrifə məruz qalmış ola bilər.A.Mehdizadənin fikrincə, Azərbaycanda silah istehsalının tarixini daha dolğun bərpa etmək üçün müxtəlif mənbələrdəki məlumatları qarşılıqlı müqayisə etmək lazımdır. Rusiya sənədləri ilə yanaşı, Osmanlı və İran mənbələri, Gürcüstan arxivlərinin materialları və yerli xanlıqların salnamələri də mühüm əhəmiyyət daşıyır. Bu mənbələrin müqayisəli şəkildə öyrənilməsi XIX əsrdə Azərbaycanda silah istehsalının, yayılmasının və istifadəsinin xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə, həmçinin yerli silah ustalığının texniki və bədii səviyyəsini üzə çıxarmağa imkan verəcək. Müxbir – Lalə Minasazova</description>
Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Nəhayət ki, sizin qonağınız olduq və bunun üçün çox xoşbəxtik. Bakı gözəl şəhərdir və burada olmaqdan böyük zövq alırıq.Bunu jurnalistlərlə söhbətində Tbilisi Kukla Teatrının bədii rəhbəri və prodüseri Leo Qabriadze deyib. O, “Alfred və Violetta” tamaşası ərəfəsində Bakı Beynəlxalq İncəsənət Festivalı – BIAF-2026 çərçivəsində media nümayəndələri ilə görüşüb. “Teatrımızın tamaşasını Azərbaycan auditoriyasina təqdim etməkdən və sizi sənətimizlə tanış etməkdən məmnunuq. Çox uzun illər əvvəl Bakıda olmuşam və bu müddət ərzində şəhər xeyli dəyişib. Burada bizi çox mehriban qarşıladılar. Dəvətə görə festivala təşəkkürümü bildirmək istəyirəm. Uzun müddətdir Bakıya gəlmək arzusunda idik, lakin müxtəlif səbəblərdən bu, mümkün olmurdu. Bu festival isə arzumuzu gerçəkləşdirdi. Bir daha böyük məmnuniyyətlə gələrdim”, – deyə müsahibimiz vurğulayıb.AZƏRTAC-ın müxbirinin sualını cavablandıran L.Qabriadze azərbaycanlı həmkarları – Kukla Teatrının nümayəndələri ilə də tanış olmaq istədiyini bildirib.“Bu sahədə çalışanların hamısı bir ailənin üzvləridir. Müasir dünyada kukla teatrı ilə məşğul olmaq asan iş deyil. Azərbaycanlı həmkarlarıma ən xoş arzularımı çatdırıram”, – deyə L.Qabriadze əlavə edib. Müəllif: Anara Axundova Foto: İlkin Cavanşirov</description>
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
                <description>Sankt-Peterburq, 3 noyabr, AZƏRTAC Sankt-Peterburqda keçirilən Kreativ İqtisadiyyat Günlərində Azərbaycanın turizm potensialı təqdim olunub. MDB ölkələrinin dövlət qurumlarının, biznes dairələrinin və ekspert ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi də iştirak edib.AZƏRTAC xəbər verir ki, “Sodrujestvo” TRAVEL HUB Beynəlxalq Turizm layihəsi çərçivəsində təşkil edilən işgüzar proqram zamanı Tavriçeski sarayında “Kreativ iqtisadiyyat və turizm: ərazilərin inkişaf strategiyası” mövzusunda işgüzar səhər yeməyi keçirilib.Tədbirdə Azərbaycan Turizm Bürosunun nümayəndəsi ölkənin turizm imkanlarına həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın mədəni irsinə, moda və şopinq-turizmə, eləcə də müasir kreativ sənaye sahələrinə xüsusi diqqət yetirilib.Azərbaycan tarixi ənənələrin müasir incəsənət, memarlıq, moda və qastronomiya ilə vəhdət təşkil etdiyi, ilin bütün fəsillərində turistləri qəbul edə bilən turizm məkanı kimi təqdim olunub.Tədbir iştirakçıları regionun mədəniyyət və yaradıcılıq mərkəzlərindən biri kimi Bakının turizm imkanları ilə tanış olublar. Milli sənətkarlıq nümunələrinə, o cümlədən ənənəvi kəlağayı istehsalı sənətinə və Azərbaycan ornamentləri ilə bəzədilmiş zərgərlik məmulatlarına ayrıca diqqət yetirilib. Təqdimatda, həmçinin Bakının və ölkənin bölgələrinin tarixi-mədəni görməli yerləri, “Şahdağ” və “Tufandağ” dağ-xizək kurortlarında istirahət imkanları, milli mətbəx, şərabçılıq ənənələri və "Slow Food Azerbaijan" qastronomiya istiqamətinin inkişafı barədə məlumat verilib. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva</description>
Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır
                <description>Bakı, 3 noyabr, AZƏRTACŞübhəsiz ki, BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır. Bakıda müxtəlif enerjilərin və zəngin ruhun şahidi oluram.Bu sözləri “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov, Təl-Əvivin “Qeşer” teatrı) baş rollardan birini ifa edən aktyor İsrael Demidov jurnalistlərlə söhbətində deyib.BIAF-2026 çərçivəsində nümayiş olunan tamaşa başlamazdan əvvəl aktyor media nümayəndələri ilə görüşüb.“Mən gözəl Bakıya ilk dəfə deyil gəlirəm. Ötən il burada “Anna Karenina” tamaşasını təqdim etmişdik (BIAF-2025 çərçivəsində). Həmin tamaşada baş qəhrəmanın həyat yoldaşı Aleksey Karenin rolunu ifa edirdim. O zaman da, indi də burada olmaqdan məmnunam. Bura çox gözəldir”, – deyə aktyor təəssüratlarını bölüşüb.O, tamaşada mürəkkəb obrazlardan biri olan Kraliça Elizabet rolunu ifa edir. AZƏRTAC-ın müxbirinin kişi aktyorun qadın obrazını canlandırmasının nə dərəcədə çətin olması ilə bağlı sualını cavablandıran müsahibimiz bildirib ki, bu, ilk təcrübəsi deyil.“Sizə bir sirr açım: mən qadın rolları üzrə mütəxəssisəm. Belə rolları ifa etmək çox maraqlıdır”, – deyə o əlavə edib.   Müəllif – Anara Axundova Foto – Tofiq Babayev</description>
Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycanın qış turizm infrastrukturu və peşəkar xidmət imkanları ölkəmizin rəqabətqabiliyyətliliyi və cəlbediciliyi baxımından müvafiq standartlara cavab verir. Eyni zamanda, ölkəmizdə təqdim olunan turizm xidmətlərinin qiymətləri qlobal qış turizmi bazarı ilə müqayisədə daha münasib və sərfəlidir. Müxtəlif turist seqmentlərinə uyğun təklif və xidmətlərin mövcudluğu da bu sahənin inkişafına müsbət təsir göstərir.Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.O diqqətə çatdırıb ki, ölkəmiz qış turizminin gələcək inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır. “Çünki turizmin yalnız mövsümi xarakter daşımaması, ilboyu xidmətlərin təqdim edilməsi baxımından qış turizmi mühüm əhəmiyyətə malikdir. Azərbaycanın qış turizminin inkişaf potensialını yüksək qiymətləndirirəm. Hazırda ölkəmizdə fəaliyyət göstərən bir sıra qış-yay idman və istirahət kompleksləri yüksəksəviyyəli infrastruktura malikdir. Qış mövsümündə Qusarın Şahdağ və Qəbələnin Tufandağ turizm kompleksləri turistlərin böyük marağına səbəb olur. Son illərdə Şahdağ kompleksində beynəlxalq qış idman yarışlarının keçirilməsi də bu sahənin peşəkar səviyyədə inkişaf etdiyini göstərir”, - deyə o əlavə edib.Turizm eksperti xarici turistlərin ölkəmizə səfər etməsinin turizm sektorunda genişmiqyaslı işlərin nəticəsi olduğunu deyib: “Xüsusilə qış mövsümündə turist axınının artması birbaşa təqdim etdiyimiz xidmətlərin keyfiyyətindən və əlçatanlığından asılıdır. Aviabiletlərin və nəqliyyat-logistika xidmətlərinin qiymətlərinin uyğun və sərfəli olması xarici turistlərin ölkəmizə səfərlərinə ciddi təsir göstərə bilər. Sevindirici haldır ki, artıq qış-yay turizm komplekslərimizdə qış mövsümündə müxtəlif festivallar, tədbirlər və idman yarışları keçirilir. Bu tədbirlər həm yerli, həm də xarici turistlərin maraq dairəsindədir. Hesab edirəm ki, belə festivallar ənənəvi xarakter almalı və müəyyən turizm brendi kimi formalaşdırılmalıdır. Bu, xarici turistlərin tədbirlərin keçirildiyi tarixlərə uyğun olaraq səfərlərini əvvəlcədən planlaşdırmasına imkan verər”. Müxbir – Fidan Əlizadə</description>
Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bakı Beynəlxalq İncəsənət Festivalında çox şən ab-hava var. Bakı şəhəri də festivalın özü kimi bayram ovqatı ilə doludur.AZƏRTAC xəbər verir ki, bu barədə Təl-Əvivin “Qeşer” teatrının “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov) baş rollardan birini ifa edən aktrisa Yevgeniya Dodina jurnalistlərə müsahibəsində deyib.“Bakıya ilk dəfədir gəlirəm. Burada hər şey insanda möhtəşəm təəssürat yaradır. Hər şey o qədər geniş və əzəmətlidir ki, bu, insanların düşüncə tərzində də özünü göstərir. Hətta səhnəyə gətirilən gül buketləri belə fərqlidir - mənə indiyədək bu qədər böyük buketlər hədiyyə olunmamışdı.Burada insanlar çox mehriban və nəzakətlidirlər, şəhərin enerjisi çox gözəldir. Bakının çox yaxşı tamaşaçı auditoriyası var. Azərbaycanlı tamaşaçıların səhnə əsərimizə verdiyi reaksiyanı izləmək çox maraqlıdır”, – deyə aktrisa əlavə edib. Müxbir – Anara Axundova Foto – Tofiq Babayev</description>
Əziz Şiriyev: Qış mövsümünə uyğun festivallarla bölgələrə daha çox turist cəlb etmək olar
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Regionlarımızda qış turizminin inkişafı üçün geniş imkanlar mövcuddur. Ölkəmizdə Şahdağ və Tufandağ kimi qış turizm mərkəzləri fəaliyyət göstərir. Bu ərazilərdə, eləcə də yaxın bölgələrdə qış festivallarının keçirilməsi məqsədəuyğundur. Belə tədbirlər yalnız turizm mərkəzlərini deyil, ətraf rayonları da əhatə etməli, daha geniş turizm marşrutlarının formalaşmasına töhfə verməlidir. Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Əziz Şiriyev deyib.O bildirib ki, hər il Bakıda olduğu kimi, regionlarımızda da müxtəlif festivallar keçirilir. Rayonlarımızın özünəməxsus xüsusiyyətləri və fərqləndirici məhsulları var. Həmin məhsullara həsr olunan festivalların mövsümə uyğun təşkili olduqca müsbət hadisədir və turistlərin marağına səbəb olur. Eyni yanaşmanı qış turizmində də tətbiq etmək, qış mövsümünə və qar şəraitinə uyğun müxtəlif festivallar təşkil etmək vacibdir.“Düşünürəm ki, bu cür tədbirlərin daha maraqlı və cəlbedici təşkili mümkündür. Bunun üçün festivallar barədə əvvəlcədən geniş reklam və təşviqat işləri aparılmalı, xüsusilə sosial şəbəkələrdə təbliğata diqqət artırılmalıdır. Beləliklə, bayram əhvali-ruhiyyəsi ilə zəngin tədbirlər və xüsusi turizm turları vasitəsilə bölgələrə daha çox turist cəlb etmək olar”, - deyə o qeyd edib.  </description>
Rəhman Quliyev: Qarşıdan gələn qış mövsümü Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacaq
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Qarşıdan gələn qış mövsümünün Azərbaycan turizmi üçün kifayət qədər perspektivli olacağını düşünürəm. Son illərdə ölkəmizdə qış turizminin inkişafı istiqamətində ciddi irəliləyişlər müşahidə olunur və bu sahə artıq turizm sektorunun mühüm istiqamətlərindən birinə çevrilib. Xüsusilə Şahdağ və Tufandağ turizm mərkəzlərinin xidmət imkanlarının genişlənməsi, infrastrukturun yenilənməsi və yeni istirahət imkanlarının yaradılması turist marağını artırır. Statistik göstəricilərə əsasən, 2025-ci il ərzində Şahdağ Turizm Mərkəzini 300 minə yaxın turist ziyarət edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz çoxdur. Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri, turizm eksperti Rəhman Quliyev deyib.O qeyd edib ki, həmin müddətdə mərkəzin hotellərində gecələyən turistlərin sayı 10 faiz artıb. “Bu rəqəmlər qış turizminə marağın artdığını və Azərbaycanın regional turizm bazarında mövqeyinin möhkəmləndiyini göstərir. Əvvəlki illərlə müqayisədə qış turizmi artıq yalnız xizək idmanı ilə məhdudlaşmır, ailəvi istirahət, əyləncə, sağlamlıq və təbiət turizmi imkanlarını da əhatə edir. Digər mühüm məqam isə regionlarda hotel və digər yerləşmə obyektlərinin sayının artmasıdır. Yerləşmə imkanlarının genişlənməsi bazarda rəqabəti gücləndirir, turistlərə daha çox seçim verir və qiymətlərin sabitləşməsinə, xüsusilə mövsümdənkənar dövrlərdə daha əlçatan olmasına şərait yaradır. Əlbəttə, bayram günlərində və yüksək tələbat dövründə qiymət artımları mümkündür, lakin xidmət təklifinin genişlənməsi bu artımların qarşısını müəyyən qədər ala bilər”,- deyə turizm eksperti əlavə edib.Rəhman Quliyev qarşıdakı mövsümdə, xüsusilə Rusiya, Türkiyə, Qazaxıstan və Yaxın Şərq ölkələrindən gələn qonaqların sayının artırılması istiqamətində daha fəal tanıtım işləri aparılmasının vacib olduğunu deyib: “Eyni zamanda, süni qar sistemlərinin, kanat yollarının, xizək traslarının və əlavə əyləncə infrastrukturunun inkişafı mövsümün davamlılığı baxımından böyük əhəmiyyət daşıyır. Qış turizminin inkişafı regionlarda yeni iş yerlərinin açılmasına, kiçik və orta sahibkarlığın canlanmasına da müsbət təsir göstərir. Hesab edirəm ki, qarşıdakı illərdə Şahdağ və Tufandağla yanaşı, digər dağlıq ərazilərimizin də turizm potensialından daha səmərəli istifadə ediləcək. Əsas hədəfimiz Azərbaycanı yalnız mövsümi deyil, ilboyu cəlbedici turizm istiqamətinə çevirmək olmalıdır. Bütün bu amillər qış turizminin əvvəlki illərlə müqayisədə daha rəqabətli, əlçatan və iqtisadi baxımdan səmərəli inkişaf edəcəyinə əsas verir”. Müxbir – Fidan Əlizadə</description>
Kəmalə Qasımova: Aşıq sənətində yeniliklərlə yanaşı, ənənələr də qorunmalıdır
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Aşıq festivallarının keçirilməsi qədim sənətimizin köklərinə olan rəğbətin ifadəsi, bu irsin yaşadılması, gələcək nəsillərə ötürülməsi və təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Belə tədbirlər aşıq sənətinə marağın artırılmasına və onun ənənələrinin daha geniş auditoriyaya çatdırılmasına kömək edir.Bunu AZƏRTAC-a açıqlamasında “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvü, Aşıq Şəmşirin nəvəsi Kəmalə Qasımova deyib.O bildirib ki, festivallar minilliklərdən süzülüb gələn aşıq sənəti ənənələrinin yaşadılmasına və gələcək nəsillərə çatdırılmasına xidmət edir.Gənclərə tövsiyəsini bölüşən K.Qasımova qeyd edib ki, sənətə yenilik gətirmək istəyənlər bunu etməli, eyni zamanda, aşıq sənətinin köklərini və ustadlardan gələn ənənələri qorumalıdırlar. Onun sözlərinə görə, yeni yanaşma ortaya qoymaq mümkün olmadıqda, ustadlardan öyrənilən sənəti olduğu kimi gələcək nəsillərə ötürmək vacibdir. Müxbir – Günel Alıyeva Foto – Orxan Kərimov  </description>
Aşıq Ədalət Dəlidağlı: Gənclər aşıq sənətini yaşatmalı, ənənələrimizi gələcək nəsillərə ötürməlidirlər
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Aşıq festivallarının keçirilməsi qədim sənətimizin ənənələrinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu tədbirlər gənclərin aşıq sənətinə marağını artırır, onları ustadların yaradıcılığını öyrənməyə və araşdırmağa həvəsləndirir.Bunu AZƏRTAC-a açıqlamasında Əməkdar mədəniyyət işçisi, aşıq Ədalət Dəlidağlı deyibO bildirib ki, festivalın Kəlbəcərə və Dədə Şəmşirin irsinə həsr olunması onun üçün xüsusi məna daşıyır.Aşıq vurğulayıb ki, klassik aşıq sənətinin kökləri və ustadlardan gələn ənənələr qorunmalıdır: “Gənclər belə tədbirlərdə fəal iştirak etsinlər, aşıq sənətini yaşadaraq gələcək nəsillərə ötürsünlər. Sənətə yenilik gətirmək də vacibdir, ancaq bu zaman onun kökləri və ənənələri unudulmamalıdır”. Müxbir – Günel Alıyeva Foto – Orxan Kərimov  </description>
Bakıda Venesiya ab-havası: Turistlərin heyran qaldığı nağılvari məkandan FOTOREPORTAJ
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bakının mərkəzində, Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Kiçik Venesiya şəhərciyi” paytaxtın ən maraqlı məkanlarından biridir. İtaliyanın romantik Venesiyasını xatırladan bu guşə süni kanalları, mənzərəli körpüləri və qayıq gəzintiləri ilə şəhərə xüsusi gözəllik qatır. 1960-cı ildən fəaliyyət göstərən, əsaslı yenidənqurmadan sonra 2012-ci ildə istifadəyə verilmiş məkan illərdir həm paytaxt sakinlərinin, həm də turistlərin sevimli gəzinti və istirahət ünvanlarından biridir.AZƏRTAC-ın əməkdaşının “Kiçik Venesiya”dan fotoreportajını təqdim edirik. Fotomüxbir - Aydın Məmmədov</description>
“Görünən və görünməyən Səməd Vurğun”: Muzeydə maraqlı görüş
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Səməd Vurğunun ev-muzeyində görkəmli şairin həyat və yaradıcılığının az məlum olan məqamlarına həsr edilmiş “Görünən və görünməyən Səməd Vurğun” adlı görüş keçirilib.AZƏRTAC xəbər verir ki, görüşdə bir sıra ali məktəblərin müəllim və tələbələri, eləcə də ədəbiyyatsevərlər iştirak ediblər.Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov görüşün əhəmiyyətindən danışıb, qonaqları muzeydə görməkdən məmnunluğunu ifadə edib. O, belə görüşlərin Səməd Vurğunun zəngin irsinin öyrənilməsi və gənc nəslə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy Xalq şairi Səməd Vurğunun şəxsiyyəti, həyat və yaradıcılığının az məlum olan maraqlı məqamları, eləcə də Azərbaycan ədəbiyyatındakı mövqeyi barədə danışıb. O, apardığı tədqiqatlar zamanı şairin 20-yə yaxın naməlum şeirini üzə çıxararaq elmi ictimaiyyətə və oxuculara təqdim etdiyini, onlarla şeirinin əsas mətnini və yazılma tarixini dəqiqləşdirdiyini diqqətə çatdırıb.Bildirilib ki, bu tədqiqatlara əsasən Səməd Vurğunun ədəbi irsinin bərpası, əlyazmalarının tekstoloji araşdırılması, eləcə də şairin ideoloji baxışlarının obyektiv şəkildə işıqlandırılması istiqamətində iş aparılır. Görüş zamanı şairin az tanınan əsərlərinin əlyazmaları da iştirakçılara nümayiş etdirilib.Tədbir sual-cavab formatında davam edib. Tələbələr Aslan Salmansoya onları maraqlandıran sualları ünvanlayıb.Görüşün sonunda maraqlı sualları ilə fərqlənən tələbələr mükafatlandırılıblar.Qeyd edək ki, görüşün əsas məqsədi Səməd Vurğunun zəngin ədəbi irsini təbliğ etmək və gənc nəsildə şairin yaradıcılığına marağı artırmaqdır.   Müxbir – Lalə Minasazova Fotoqraf – Orxan Kərimov</description>
“Qanlı Meri”: BIAF-2026 festivalının əsas tamaşası Musiqili Teatrın səhnəsində
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Təl-Əvivdə fəaliyyət göstərən “Qeşer” teatrının rejissor Dmitri Krımovun quruluşunda hazırladığı “Qanlı Meri” (“Bloody Mary”) tamaşası Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) çərçivəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində böyük uğurla nümayiş olunub.AZƏRTAC xəbər verir ki, Dmitri Krımovun “Qanlı Meri” tamaşası Şillerin dram əsərinin səhnələşdirilmiş variantı və ya illüstrasiyası deyil. Bu, qanlı tarixi hadisələrin xronikasından, həmin hadisələrlə bağlı şüurlu və şüuraltı xatirələrdən, eləcə də günümüzün reallıqlarından yaradılmış tamamilə yeni teatr dünyasıdır. Mariya Stüartın hekayəsi müasirlik haqqında dərin söhbət üçün başlanğıc nöqtəsinə çevrilir.Tamaşanın süjetinə görə, təcili tibbi yardım şöbəsində müxtəlif dünyalardan və dövrlərdən olan insanlar, o cümlədən Mariya Stüart rolunu ifa etməyə hazırlaşan iki aktrisa qarşılaşır.Tamaşanın uydurma personajları, – qrotesk, demək olar ki, sirk obrazlarını xatırladan, tədricən simvollara çevrilən insanlar, – gözlərimiz önündə sanki canlanaraq canlı varlıqlara çevrilirlər...Tamaşada aktyorlar - İsrael (Saşa) Demidov, Yevgeniya Dodina, Polina Paxomova, Nikita Qoldman, Nikita Oleynikov, Rut Senderoviç, İtay Tarxanov və Boris Repetur çıxış ediblər. Müəllif – Anara Axundova Foto – Tofiq Babayev</description>
Kamilə Dadaş-zadə: Festival aşıq sənətinin ənənələrinin yaşadılmasına xidmət edir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bu ilin may ayında Azərbaycanda ilk dəfə Kəlbəcər Aşıq Festivalına start verilib. Festivalın əsas məqsədi qədim ozan-aşıq sənətinin ənənələrini yaşatmaq, inkişaf etdirmək və geniş miqyasda təbliğ etməkdir.Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaş-zadə deyib.Onun sözlərinə görə, festival Mədəniyyət Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin və Kəlbəcər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilib.Festival çərçivəsində bir sıra tədbirlər, elmi seminar və konfranslar təşkil olunub. Görkəmli ustad aşıqlarla görüşlər keçirilib, tələbələr üçün ustad dərsləri təşkil edilib. May ayında Azərbaycan Milli Konservatoriyasında aşıq müsabiqəsi də baş tutub.“Festivalın diqqətəlayiq tədbirlərindən biri Azərbaycan Milli Konservatoriyasının və onun nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin tələbələrindən ibarət saz orkestrinin yaradılması olub. Ümumilikdə, festival proqramına elmi və praktiki əhəmiyyət daşıyan müxtəlif tədbirlər daxil edilib. Düşünürəm ki, bütün bunlar Azərbaycan aşıq sənətinin inkişafına təkan verəcək. Ümid edirəm ki, I Kəlbəcər Aşıq Festivalı gələcəkdə də davamlı şəkildə keçiriləcək və aşıq sənətinin inkişafına töhfə verəcək”, – deyə K.Dadaş-zadə əlavə edib. Müxbir – Günel Alıyeva Foto – Orxan Kərimov</description>
“Balaca səyyah” premyeraya hazırlaşır
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Məktəblilərin payız tətili günləri çərçivəsində noyabrın 16-da Azərbaycan Dövlət Kukla Teatrında “Balaca səyyah” tamaşasının premyerası olacaq.Teatrdan AZƏRTAC-a bildirilib ki, Belarus dramaturqu, rejissoru və aktyoru Dmitri Boqoslavskinin “Mən necə səyyah oldum” əsəri əsasında hazırlanan tamaşa uşaqların böyük arzulara gedən yolunun yalnız xəyal və cəsarətdən deyil, həm də bilik və hazırlıqdan keçdiyini göstərir.Tamaşanın baş qəhrəmanı dünyanı kəşf etmək, yeni ölkələr görmək, üfüqləri aşmaq arzusunda olan balaca bir oğlandır. O, ilk səyahətinə çıxaraq dəniz canlıları və digər maraqlı obrazlarla qarşılaşır, müxtəlif macəralar yaşayır və hər qarşılaşmada yeni bir həqiqəti kəşf edir.Səhnə işinin əsas ideyası uşaqlara öyrənməyin, məktəb biliklərinin və dünyagörüşünün gələcək arzulara çatmaqda mühüm rol oynadığını aşılamaqdır. Qəhrəman səyahət zamanı anlayır ki, coğrafiya ilə yanaşı, riyaziyyat, xarici dil və digər fənlər də onun üçün vacibdir. Beləliklə, macəra yolu ilə o, arzularına çatmaq üçün ilk növbədə öz üzərində çalışmalı olduğunu dərk edir.Yumor, fantaziya, interaktiv dialoqlar və rəngarəng kukla obrazları ilə zəngin olan tamaşa balaca tamaşaçıları həm əyləncəli macəraya, həm də bilik dünyasına dəvət edir.“Balaca səyyah”ın səhnələşdirmə və quruluş müəllifi Anar Məmmədov, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir.Birhissəli uşaq tamaşasında obrazları teatrın aktyorları - Əməkdar artist Cəmilə Allahverdiyeva, aktyorlar Rəhim Rəhimov, Səriyyə Mansurova, Bayram Ağamalıyev, Araz Həsənli, Könül Nəsibli, Səbinə Məmmədova, Ramiz Qəmbərov, Samirə Nəcəfova, Yusif Baxşəliyev, Firuzə Nəsibli və Yasin Abbasov canlandırırlar.</description>
Azərbaycanın turizm imkanları İordaniyanın turizm sənayesi nümayəndələrinə təqdim olunub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Turizm Bürosu (ATB) noyabrın 2-də İordaniyanın paytaxtı Əmmanda “Experience Azerbaijan B2B Networking Event” adlı işgüzar görüş təşkil edib. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə 48 şirkəti təmsil edən 66 turizm sənayesi nümayəndəsi iştirak edib. Görüşün əsas məqsədi Azərbaycanın turizm istiqaməti kimi tanıdılması və iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin genişləndirilməsi olub.Tədbirdə ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və Azərbaycanın İordaniyadakı səfiri Şahin Abdullayev iştirak ediblər.Proqram çərçivəsində iştirakçılara Azərbaycanın ilboyu turizm imkanları barədə məlumat verilib. Təqdimatda Bakı, Qəbələ, Quba, Qusar və Şəki kimi turizm istiqamətlərinə diqqət yetirilib. Həmçinin ailəvi istirahət, lüks kurortlar, təbiət və macəra turizmi, qış turizmi, mədəni irs, qastronomiya, sağlamlıq və halal turizm imkanları təqdim olunub.Tədbir çərçivəsində “Azərbaycan Hava Yolları” (AZAL) da daxil olmaqla, Azərbaycanın üç şirkətinin nümayəndələri ilə İordaniyanın turizm sənayesi təmsilçiləri arasında B2B formatlı görüşlər keçirilib. Görüşlərdə mümkün əməkdaşlıq istiqamətləri, birbaşa işgüzar əlaqələrin qurulması və yeni biznes imkanları müzakirə olunub.Səfər çərçivəsində ATB-nin İdarə Heyətinin sədri Florian Zenqstşmid və İordaniya Turizm Şurasının baş icraçı direktoru Ramzi Al-Maaytah arasında da görüş keçirilib. Görüşdə mövcud uçuşlar, viza prosedurlarının sadələşdirilməsi və gələcəkdə iki ölkə arasında yeni hava əlaqələrinin yaradılması perspektivləri müzakirə olunub.Azərbaycan və İordaniya arasında hava əlaqəsi əsasən yay mövsümündə AZAL və “Fly Jordan” aviaşirkətləri tərəfindən həyata keçirilən həftəlik çarter reysləri vasitəsilə təmin olunur. Bu reyslər İordaniyadan Azərbaycana səfər edən turistlər üçün əlavə səyahət imkanları yaradır.</description>
“Ulduz” jurnalının oktyabr nömrəsi dahi şair Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC“Ulduz” jurnalının oktyabr nömrəsi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub. AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, “Təhsil Nəşriyyat Poliqrafiya” MMC və dərginin birgə layihəsi kimi işıq üzü görən xüsusi nömrə böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə açılır.AZƏRTAC xəbər verir ki, buraxılışda Xaqani Şirvani haqqında müxtəlif dövrlərdə qələmə alınmış yazılar yer alıb.Jurnalın bu nömrəsində filologiya elmləri doktoru, professor Qafar Kəndli Herisçinin “Xaqani Şirvaninin həyatı”, AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “Böyük Azərbaycan şairi Xaqani Şirvani”, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri namizədi Məmmədağa Sultanovun “Xaqani Şirvani və Yaxın Şərq ədəbiyyatı”, AMEA-nın müxbir üzvü Azadə Rüstəmin “Xaqani “Mən”i öz sənətində”, AMEA-nın müxbir üzvü Mahmud İsmayılovun “Həbsdə”, AMEA-nın müxbir üzvü Nüşabə Araslının “Nəvainin fəlsəfəsi qəsidələrində Xaqani təsiri”, filologiya elmləri doktoru, professor İmamverdi Həmidovun “Ərəb şairi Buhturinin “Şiniyyə” qəsidəsi ilə Xaqani Şirvaninin “Mədain xərabələri”nin müqayisəli öyrənilməsi” sərlövhəli yazılar əks olunub.Həmçinin filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əlizadənin “Xaqani Şirvani lirikasının bədii siqləti”, filologiya elmləri doktoru, dosent Könül Hacıyevanın “Xaqani qəsidələrinin tərcüməsi zamanı yol verilən təhriflər haqqında”, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Zeynalovanın “Xaqani Şirvaninin əsərlərində ərəb-islam mədəniyyətinə dair cəhətlər”, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair Fərid Hüseynin “Ağla ki, ağlayasan...”, Dilarə Adilgilin “Xaqani Şirvani yaradıcılığı müasirlik kontekstində” yazıları çap olunub.</description>
Milli irsimizin təbliği: “Kəlağayı bayramı” silsilə tədbirlərinə start verilib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Milli QHT Forumunda “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyi və “Kəlağayı ev-muzeyi”nin birgə təşkilatçılığı ilə Azərbaycanın qədim milli-mədəni irsinin təbliğinə həsr olunmuş tədbir keçirilib.İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, mərasim Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş müqəddəs şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.Tədbirdə çıxış edən birlik sədri, “Kəlağayı ev-muzeyi”nin direktoru, tədqiqatçı-yazıçı Güllü Eldar Tomarlı milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini diqqətə çatdırıb.Mərasimdə müəllifin "Kəlağayı bayramı" və "Kəlağayı milli sərvətimizdir" kitablarının təqdimatı olub. Azərbaycan kəlağayısının beynəlxalq aləmdə tanıdılması baxımından mühüm addım kimi, "Kəlağayı milli sərvətimizdir" kitabı İmir Məmmədlinin tərcüməsində gürcü, İlahə Feyziyevanın tərcüməsində isə rus dillərində ictimaiyyətə təqdim edilib.Çıxış edənlər kəlağayının milli kimliyimizin və qadın zərifliyinin rəmzi olduğunu vurğulayaraq, 2014-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsindən sonra bu təbliğatın daha geniş miqyas aldığını qeyd ediblər.Tədbir çərçivəsində “Kəlağayı ev-muzeyi”nin fonduna aid əsrlərin yadigarı olan qədim kəlağayılar və müasir ustaların əl işlərindən ibarət zəngin sərgi nümayiş etdirilib, ziyarətçilər tematik nəşrlər və videoçarxla tanış olublar.Bu tədbirlə 2026-cı il üzrə "Kəlağayı bayramı" silsilə proqramına rəsmi start verilib.</description>
Aşıq sənətinin tədrisi məsələlərinə dair müzakirələr aparılıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də Azərbaycan Milli Konservatoriyasında “Müasir dövrdə aşıq sənətinin tədrisi məsələləri: problemlər və perspektivlər” mövzusunda dəyirmi masa təşkil olunub.AZƏRTAC xəbər verir ki, dəyirmi masadan əvvəl I Kəlbəcər Aşıq Festivalının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Kamilə Dadaşzadə bu ilin mayında Azərbaycanda ilk dəfə keçirilən Kəlbəcər Aşıq Festivalının ölkənin zəngin mədəni həyatında özünəməxsus yer tutduğunu bildirib.Rektor festivalın əsas məqsədinin qədim aşıq sənətinin ənənələrini yaşatmaq və inkişaf etdirmək, bu sənəti geniş auditoriyaya, o cümlədən beynəlxalq miqyasda tanıtmaq, gənc sənətkarların yaradıcılığına dəstək vermək olduğunu vurğulayıb.“Festivalın məqsədləri “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının əsas müddəalarına uyğundur. Konsepsiyanın başlıca istiqamətlərindən biri milli kimliyimizin parlaq təzahürü olan sənət nümunələrini qoruyub saxlamaq və inkişaf etdirməkdir”, – deyə K.Dadaşzadə əlavə edib.Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov aşıq sənətinin festival formatında təqdim edilməsinin onun təbliği və yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.“Aşıq sənətinə uzun illərdir dəstək göstərilir. Lakin bu sənətin festival formatında təqdim olunması xüsusi əhəmiyyət daşıyır. Bu arzu və təşəbbüs artıq reallaşıb. Festivalın bundan sonra mütəmadi keçirilməsi və Kəlbəcər adını daşıması nəzərdə tutulur. Ustad sənətkar Aşıq Şəmşirin ocağının Kəlbəcərdə yerləşməsi bu məkanın festival üçün seçilməsində mühüm rol oynayır. İnanırıq ki, festival Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də ölkəmizdən kənarda yaşayan aşıqları bir araya gətirəcək”, – deyə C.Səlimxanov qeyd edib.O, aşıq sənətinin 2009-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini mühüm hadisə kimi dəyərləndirib. Bildirib ki, bu irsi qorumaq yalnız onun adını siyahıda görməklə və ya bu barədə danışmaqla mümkün deyil. Sənət gündəlik fəaliyyətlə yaşadılmalı, xüsusilə də gənc nəslə ötürülməlidir.C.Səlimxanov muğam sənətində olduğu kimi, aşıq sənətində də gənc ifaçıların dəstəklənməsinin vacibliyini vurğulayıb.Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı isə aşıq sənətinin inkişafı üçün gənc ifaçıların dəstəklənməsinin və dastan ənənəsinin yaşadılmasının vacibliyindən danışıb.O, dastan ənənəsinin aşıq sənətinin ayrılmaz hissəsi olduğunu vurğulayıb: “Muğam sənəti olmasa, xanəndəlik də öz mahiyyətini itirər. Aşıq sənəti dastanla bağlı olmadıqda isə saz ifaçılığı ilə məhdudlaşır. Buna görə də dastanları qeydə almaq və aşıq sənətinin yeni nümunələrini gələcək nəsillərə çatdırmaq vacibdir”.“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvü, Aşıq Şəmşirin nəvəsi Kəmalə Qasımova festivalın ustad sənətkarın adını daşımasının onda xüsusi sevinc və qürur hissi yaratdığını bildirib. Müxbir - Günel Alıyeva Foto - Orxan Kərimov  </description>
Azərbaycanın turizm potensialı Çində tanıdılır VİDEO
                <description>Pekin, 3 noyabr, AZƏRTAC Çinin paytaxtı Pekində Çin beynəlxalq işgüzar turizm sərgisi (China International MICE Exchange - CIMX 2026) işə başlayıb. AZƏRTAC xəbər verir ki, dünyanın müxtəlif ölkələrinin qatıldığı sərgidə Azərbaycan Turizm Bürosu, ölkəmizin turizm sektorunu təmsil edən 3 şirkət və “Azərbaycan Hava Yolları” QSC (AZAL) birgə iştirak edərək Azərbaycanın turizm imkanlarını, beynəlxalq tədbirlərin təşkili üçün mövcud potensialını və Çin bazarı ilə əməkdaşlıq perspektivlərini təqdim edir.CIMX 2026 işgüzar görüşlər, korporativ tədbirlər, konfranslar, sərgilər və təşviqedici səyahətləri əhatə edən MICE sənayesi üzrə ixtisaslaşmış beynəlxalq platformadır. Tədbir müxtəlif ölkələrdən turizm qurumlarını, peşəkar alıcıları, tədbir təşkilatçılarını, turizm şirkətlərini və aviasiya sektorunun nümayəndələrini bir araya gətirəcək.Azərbaycan nümayəndə heyətinin sərgidə iştirakının əsas məqsədi ölkənin beynəlxalq MICE istiqaməti kimi tanıdılmasını gücləndirmək, Çin turizm bazarında yeni tərəfdaşlıqlar qurmaq və iki ölkənin turizm sənayesi nümayəndələri arasında işgüzar əlaqələrin inkişafına töhfə verməkdir. Sərgi çərçivəsində Azərbaycanın zəngin tarixi-mədəni irsi, müasir turizm infrastrukturu, yüksəksəviyyəli mehmanxanaları, konfrans və tədbir məkanları, eləcə də korporativ və təşviqedici səyahətlər üçün geniş imkanları beynəlxalq iştirakçıların diqqətinə çatdırılır.Azərbaycan Turizm Bürosu və tərəfdaş şirkətlər Çin bazarının nümayəndələri ilə B2B formatında görüşlər keçirərək yeni turizm məhsullarının hazırlanması, korporativ qrupların cəlb edilməsi, beynəlxalq tədbirlərin təşkili və uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə edir. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin</description>
“Ədibin Evi” qəhrəmanlıq mövzusunda milli komiks müsabiqəsinin qaliblərini elan edib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Zəfər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Ədibin Evi”nin birgə təşkilatçılığı ilə keçirilən “Mənim Qəhrəmanım” adlı Milli Komiks Kitabı müsabiqəsinə yekun vurulub və qaliblər elan edilib.AZƏRTAC xəbər verir ki, “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyasının həyata keçirilməsi çərçivəsində elan olunan müsabiqədə 14-17 yaşlı gənclər qrafik hekayəçilik üslubunda dövrümüzün yeni qəhrəman obrazını yaratmağa dəvət olunublar.Ekspertlərdən ibarət münsiflər heyəti müsabiqəyə təqdim edilmiş 31 əsəri nəzərdən keçirərək üç qalibi müəyyənləşdirib. Azərbaycan Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin tələbəsi, 16 yaşlı Zəhra Məmmədova birinci yerə layiq görülüb. Bakı məktəbliləri – 14 yaşlı Xədicə Şirin Derdiyok ikinci, Amir Hüseynli isə üçüncü yeri tutublar.Münsiflər heyəti, həmçinin beş iştirakçını həvəsləndirici mükafatlarla təltif edib.Münsiflər heyətinin sədri, mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov müsabiqənin nəticələrini şərh edərək bildirib:“Məktəblilər çağırışımıza səs verərək bizi yaxşı mənada təəccübləndirdilər. Təsəvvür edin ki, qalib işlərdən birində superqəhrəman bir kitabdır, digərində ixtiraçıdır, başqa birində isə Odlar Yurdunun sönməz odunu şərə qarşı istifadə edən qorxmaz və xeyirxah gəncdir. Qlobal mədəniyyətdə komikslər supergücü daha çox fiziki üstünlükdə görərkən, azərbaycanlı məktəblilər onu bilikdə, yenilikdə, zəngin təxəyyüldə və empatiya qurmaq bacarığında görürlər. Bu, müasir Azərbaycan gəncinin əksidir”.Münsiflər heyətinin digər üzvü, müstəqil ekspert, “Plastilin Media” şirkətinin yaradıcı prodüseri Oqtay Yusubov təqdim olunan işlərin sayını təqdirəlayiq hesab edib:“Bu növ müsabiqənin Azərbaycan üçün bir yenilik olduğunu nəzərə alaraq, iştirakçıların sayı, eləcə də təqdim etdikləri mövzuların və üslubların müxtəlifliyi alqışlanmalıdır. Ümid edirəm ki, ilk qaliblər ölkədə bu populyar janrda yaradıcılığa marağı artıracaqlar”.Vətən müharibəsindən sonra Azərbaycan cəmiyyətinin yeni mərhələyə qədəm qoyması mədəni mühitdə qəhrəmanlıq anlayışının da yenidən dərk edilməsini zəruri edir. Yeni milli mədəni obrazların yaradılması gənc nəslin tarixi Zəfərimizi dərindən anlaması, onu öz dili və yaradıcılığı ilə ifadə etməsi baxımından mühüm əhəmiyyət daşıyır.</description>
Mehdi Hüseynzadəyə həsr edilmiş sənədli filmin premyerası olub VİDEO
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Nizami Kino Mərkəzində əfsanəvi partizan Mehdi Hüseynzadəyə (“Mixaylo”) həsr olunmuş “Onların Mehdisi, bizim Mixaylomuz” (“Njihov Mehdi, naš Mihajlo”) sənədli filminin premyerası keçirilib.AZƏRTAC xəbər verir ki, “RTV Slovenija”nın istehsalı olan film İkinci Dünya müharibəsi illərində Sloveniya xalqı ilə çiyin-çiyinə vuruşmuş Azərbaycan qəhrəmanının döyüş yoluna işıq salır.Tədbirdə çıxış edən Nizami Kino Mərkəzinin direktor vəzifəsini icra edən Turan Məmmədli filmin Azərbaycan və Sloveniya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. O, Mehdi Hüseynzadənin qəhrəmanlığının iki xalqın ortaq tarixində xüsusi yer tutduğunu deyib: “Filmin çəkilişləri 2026-cı ilin mart ayında Bakı şəhərində, Abşeron rayonunun Novxanı kəndində, eləcə də Oğuz və İsmayıllı rayonlarında aparılıb. Sənədli filmin hazırlanmasına Mədəniyyət Nazirliyi, nazirliyin tabeliyində fəaliyyət göstərən Kino Agentliyi, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası, Azərbaycan Dövlət Film Fondu və digər qurumlar dəstək göstərib”.AzTV-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnar Məmmədli sənədli filmin ərsəyə gəlməsi prosesi və çəkilişlər haqqında danışıb. O, ekran əsərinin Mehdi Hüseynzadənin qəhrəmanlıq salnaməsinin beynəlxalq auditoriyaya çatdırılmasına töhfə verdiyini qeyd edib.Mehdi Hüseynzadənin ailə üzvləri Hənifə Əlizadə və Mehdi Əzizbəyov qəhrəman partizanın həyat və döyüş yolunun ekran əsərində əks olunmasının onun irsinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini vurğulayıblar.Qonaqlar sonda filmi izləyiblər.</description>
Vamiq Məmmədəliyev: Ustad görməyən tələbə kamil sənətkar ola bilməz
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Gənc musiqiçinin peşəkar kimi formalaşmasında ustadlarından aldığı təcrübə, mütəmadi məşq və şəxsi zəhmət böyük əhəmiyyət daşıyır.Bunu AZƏRTAC-a açıqlamasında Xalq artisti, tarzən, pedaqoq, professor Vamiq Məmmədəliyev tanınmış kamança ifaçısı Şəhriyar Musayevin solo konsertindən öncə bildirib.O, Şəhriyar Musayevi gənc musiqiçilər arasında istedadı ilə seçilən sənətçilərdən biri kimi xarakterizə edərək, onun həm yüksək ifaçılıq qabiliyyətinə, həm də nümunəvi əxlaqına görə dərin rəğbət qazandığını vurğulayıb. V.Məmmədəliyev gənclərin milli musiqiyə marağının artırılması və onların peşəkar kimi yetişməsi üçün ustad-şagird ənənəsinin vacibliyinə toxunub: “Əsas məsələ öyrənmək, müəyyən səviyyəyə çatmaq, yorulmadan çalışmaq və məşq etməkdir. Hər şeydən əvvəl, ustadlardan dərs almaq lazımdır. Çünki ustad görməyən tələbə kamil sənətkar ola bilməz. Bununla yanaşı, insanın daxili potensialı da olmalıdır. Təkcə yaxşı müəllimin olması kifayət etmir, tələbənin özü də böyük zəhmət çəkməlidir. Bu iki amil birləşdikdə isə ortaya mükəmməl nəticə çıxır”. Müxbir - Lalə Minasazova Fotoqraf - İlkin Cavanşirov</description>
Bakıda tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti keçirilib
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Bakıda ənənəvi Azərbaycan musiqisi ilə müasir janrları birləşdirən konsert keçirilib. Proqramda xalq və bəstəkar mahnıları, film musiqiləri, həmçinin elektron kompozisiyalar və beynəlxalq remikslər səsləndirilib.AZƏRTAC xəbər verir ki, beynəlxalq və respublika müsabiqələrinin laureatı, tanınmış kamança ifaçısı Şəhriyar Musayevin “Xəbərsiz” adlı solo konserti onun səhnə fəaliyyətinin 19 illiyinə həsr olunub. Konsert Bakı Musiqi Akademiyasının Opera Studiyasında baş tutub.Gecənin əsas özəlliyi kamançanın ənənəvi ifasının müasir aranjimanlarla uzlaşdırılması olub. Şəhriyar Musayevlə yanaşı, səhnəni Xalq artisti Gülyanaq Məmmədova və xanəndə Mirələm Mirələmov bölüşüblər. Tamaşaçılara Anar Atakişinin iştirakı ilə poetik kompozisiya da təqdim olunub.Şəhriyar Musayev açıqlamasında konsertin onun üçün xüsusi şəxsi əhəmiyyət daşıdığını bildirib.“Bu gün həm səhnə fəaliyyətimin 19 ili tamam olur, həm də mənim doğum günümdür — 38 yaşım qeyd edilir. Bu axşam mənim üçün həm də ona görə çox önəmlidir ki, bu il valideynlərimin 70 illik yubileyidir. Böyük bir komanda ilə bu konserti onlardan xəbərsiz hazırlayaraq məhz onlara ithaf etdik.Konsertin devizi ənənəvi və müasir musiqinin eyni səhnədə qovuşmasıdır. Azərbaycan kamança sənəti mərhum ustadımız Habil Əliyevdən nəsildən-nəslə bizə ötürülüb və biz bu ənənənin davamçılarıyıq. Bu irsi qoruyaraq milli musiqilərimizi, bəstəkar və film mahnılarını, eləcə də bu gün qlobal musiqi sənayesində geniş istifadə olunan beynəlxalq remiksləri və elektron musiqiləri dinləyicilərə təqdim etdik.Bu konsert Azərbaycan kamança ifaçılığı və solo ifa sənəti üçün yeni bir konsepsiya oldu. Ümid edirik ki, layihəmiz davamlı olacaq”, - deyə ifaçı bildirib.Onun sözlərinə görə, konsertə hazırlıq prosesi altı ay davam edib. Layihədə musiqiçilər, xoreoqraflar və teatr xadimlərindən ibarət böyük bir heyət yer alıb. Səhnə quruluşunda isə Əməkdar artist, quruluşçu rejissor Bəhruz Vaqifoğlu da yaxından dəstək göstərib. Müxbir - Lalə Minasazova Fotoqraf - İlkin Cavanşirov  </description>
Film Fondunda Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib VİDEO
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Noyabrın 2-də Azərbaycan Dövlət Film Fondunda tanınmış kinorejissor və ssenarist, Əməkdar incəsənət xadimi Yavər Rzayevin 70 illik yubileyi qeyd edilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev rejissorun həyat və yaradıcılığından danışaraq onun bədii və sənədli filmlərini təhlil edib. Sonra çıxış edən Xalq artisti Siyavuş Kərimi, Əməkdar incəsənət xadimləri Elxan Cəfərov, Rövşən Quliyev, Əməkdar mədəniyyət işçisi İlqar Fəhmi, sənətşünaslıq doktoru Hatəm Əsgərov yubilyara təbriklərini çatdırıblar, ona yaradıcılıq uğurları arzulayıblar.Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Film Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən tədbirin sonunda Yavər Rzayevin 2020-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkdiyi “Bizim Həsən müəllim” filmi nümayiş etdirilib.</description>
Lüksemburqda azərbaycanlı rəssam Taleh Mirkazımın “TRACES” adlı fərdi sərgisi açılıb
                <description>Lüksemburq, 2 noyabr, AZƏRTAC Lüksemburqda Mədəniyyət Mərkəzində Azərbaycan–Lüksemburq Dostluq Assosiasiyasının (Lux-Ax) təşkilatçılığı ilə bu ölkədə yaşayan azərbaycanlı rəssam Taleh Mirkazımın hərəkət, zaman və yaddaş mövzularına həsr olunan “TRACES” (“İzlər”) adlı fərdi sərgisi açılıb.AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyinin, CLAE (Comité de liaison des associations issus de l’immigration) təşkilatının, Almaniyanın Trier Universitetinin, diplomatik korpusun və beynəlxalq təşkilatların əməkdaşları, eləcə də akademik dairələrin təmsilçiləri, Azərbaycan icmasının üzvləri və yerli sənətsevərlər iştirak ediblər.Sərgidə rəssamın müxtəlif mövzuları əhatə edən 20-yə yaxın rəngkarlıq əsəri yer alıb. Açılış mərasimində LuxAz-ın sədri Seymur Əhmədov, assosiasiyanın vitse-prezidenti Sevinc Ömərli və sərginin müəllifi Taleh Mirkazım çıxış edərək, tədbirin əhəmiyyətindən və təqdim olunan əsərlərin bədii xüsusiyyətlərindən danışıblar.Mərasim iştirakçıları rəssamın əsərləri ilə yaxından tanış olmaq, onun yaradıcılıq yanaşması barədə fikir mübadiləsi aparmaq və sərgidən aldıqları təəssüratları bölüşmək imkanı əldə ediblər. “TRACES” fərdi sərgisi insan həyatının ayrılmaz hissələri olan hərəkət, zaman və yaddaş arasındakı mürəkkəb əlaqəni bədii müstəvidə araşdırır. Taleh Mirkazımın əsərlərində velosipedlər, insan fiqurları və şəhər mənzərələri keçmiş anların, həyat təcrübəsinin və zamanın insan üzərində buraxdığı izlərin simvolik ifadəsidir.Fiqurativ təsvirlə abstrakt ifadə vasitələrinin vəhdətindən yararlanan müəllif işıq-kölgə münasibəti və sərbəst fırça texnikası ilə kompozisiyalara dinamizm qazandırır. Sərgidə hərəkətli səhnələrlə yanaşı, insanın daxili dünyasını, düşüncə və mənəvi yaşantılarını əks etdirən əsərlər də təqdim olunur.1984-cü təvəllüdlü rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunudur. Hazırda Almaniyada yaşayan T.Mirkazımın əsərləri Sürix, Lüksemburq, Köln və Trierdəki beynəlxalq platformalarda nümayiş etdirilib. Müəllifin iki rəsm əsəri Trierdəki Simeonstift Şəhər Muzeyinin daimi fondunda, digər işləri isə ABŞ, Avstraliya, İspaniya, İsveçrə və İtaliyadakı şəxsi kolleksiyalarda yer alır.Azərbaycan müasir incəsənətinin Avropada tanıdılmasına və mədəniyyətlərarası dialoqa xidmət edən sərgi noyabrın 14-dək davam edəcək.</description>
Norveçdə Zəfər Günü və NAYO-nun 20 illik yubileyinə həsr olunmuş tədbirlər təşkil edilib
                <description>Stokholm, 2 noyabr, АZƏRTAC Norveçin Stavanger və Oslo şəhərlərində 8 Noyabr – Zəfər Gününə və Norveç Azərbaycanlıları Gənclər Təşkilatının (NAYO) yaranmasının 20 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramları təşkil edilib.AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbirlərdə müxtəlif siyasi partiyaların nümayəndələri, türk və çeçen icmalarının üzvləri, eləcə də Fransa, İsveçrə və Latviyadan gələn Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.Tədbirlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Samir Bayramov çıxış edib. O, Zəfər Gününün Azərbaycan xalqının tarixində xüsusi yer tutduğunu və bu əlamətdar günün xaricdə qeyd edilməsinin milli yaddaşın qorunmasına xidmət etdiyini bildirib. S.Bayramov, həmçinin NAYO-nun ötən 20 il ərzində Norveçdə Azərbaycan diasporunun formalaşması və inkişafı istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayıb.“Bu cür tədbirlər xaricdə yaşayan soydaşlarımız arasında milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, Azərbaycan mədəniyyətinin təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda yetişməsi baxımından mühüm rol oynayır”, – deyə S.Bayramov qeyd edib.Daha sonra Oslo Azərbaycan Evinin sədri Ramil Əliyev çıxış edərək Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib və Qələbəni xalqımıza bəxş edən şəhidlərin xatirəsini ehtiramla anıb.“Zəfər Günü Azərbaycan xalqının birliyinin, qəhrəmanlığının və tarixi ədalətin təntənəsidir. Bu əlamətdar günün xarici ölkələrdə qeyd edilməsi Vətənə bağlılığın, milli yaddaşın və həmrəyliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə R.Əliyev bildirib.NAYO-nun 20 illik yubileyindən söz açan R.Əliyev qeyd edib ki, ötən 20 il ərzində təşkilat azərbaycanlı gənclərin bir araya gəlməsi, ana dilinin, milli-mənəvi dəyərlərin və mədəni irsin qorunması, eləcə də Azərbaycanın Norveçdə tanıdılması istiqamətində mühüm fəaliyyət göstərib.Oslo şəhərinin meri Anne Lindboe tədbir iştirakçılarına videomüraciət ünvanlayaraq NAYO-nun 20 illik yubileyi münasibətilə təbriklərini çatdırıb.Konsert proqramlarında Azərbaycanın “Eurovision 2024” mahnı müsabiqəsindəki təmsilçisi İlkin Dövlətov, V “Muğam” televiziya müsabiqəsinin qalibi, xanəndə Nisbat Sədrayeva, Əməkdar mədəniyyət işçisi, tarzən Elçin Abbasov, Əməkdar artist, kamança ifaçısı Xəyyam Məmmədov, nağara ifaçısı Cəfər Həsənov, etnocaz ifaçısı Tural Raphael və “Ritm” rəqs qrupu çıxış ediblər.İfaçıların təqdim etdikləri muğam, xalq və müasir musiqi nümunələri, milli musiqi alətlərimizin özünəməxsus səslənişi və rəqs nömrələri tədbirlərə xüsusi bayram ovqatı bəxş edib. Nərgiz Cəfərli AZƏRTAC-ın xüsusi müxbiri Stokholm</description>
Pakistanlı influenserlər Azərbaycanın turizm imkanları ilə tanış olublar
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycanın mədəni irsini, tarixini və turizm imkanlarını tanıtmaq məqsədilə Pakistanın 10 influenserinin iştirakı ilə ölkəmizə infotur təşkil olunub.Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Bakı, Gəncə, Şuşa və Xankəndini əhatə edən səfər çərçivəsində iştirakçılara Azərbaycanın müxtəlif turizm istiqamətləri və onların xüsusiyyətləri barədə məlumat verilib.Proqram çərçivəsində influenserlər Bakının müasir şəhər mühiti, eləcə də Gəncənin tarixi və mədəni irsi ilə tanış olublar. İştirakçılara şəhərlərin memarlıq nümunələri, milli-mədəni dəyərləri və turizm imkanları barədə məlumat təqdim edilib.“Böyük Qayıdışa dair Dövlət Proqramı” çərçivəsində təşkil olunan səfər zamanı iştirakçılar Qarabağ və Şərqi Zəngəzurun tarixi və mədəni əhəmiyyəti, eləcə də ərazidə aparılan bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıblar. Həmçinin bölgədə formalaşan turizm infrastrukturu və ziyarətçilər üçün yaradılan imkanlar diqqətə çatdırılıb.İnfoturun məqsədi Pakistan auditoriyasında Azərbaycanın turizm imkanları barədə məlumatlılığı artırmaq, paytaxtla yanaşı, digər şəhər və bölgələrə marağı təşviq etməkdir. Səfər iştirakçılarının təəssüratlarını öz rəqəmsal platformalarında paylaşması vasitəsilə ölkəmizin turizm istiqamətlərinin daha geniş auditoriyaya tanıdılması nəzərdə tutulur.</description>
“Bu ki, od parçasıymış!” — Səməd Vurğunun seminariyaya qəbul hekayəsi
                <description>AZƏRTAC Xalq şairi Səməd Vurğunun həyat və yaradıcılıq irsinə həsr olunmuş silsilə yazılarını davam etdirir Bakı, 2 noyabr, AZƏRTAC Layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.AZƏRTAC silsilə yazıların növbəti hissəsində şairin qardaşı, ictimai-siyasi xadim, tarixçi-alim və yazıçı Mehdixan Vəkilovun xatirələrini təqdim edir. O, Səməd Vurğunun uşaqlıq illərindən, təhsilindən və müəllimlik fəaliyyətinin ilk dövründən bəhs edir.“…Yeni açılan məktəbə axın başlamışdı, necə deyərlər, atını minən çapırdı… Mən ilk yoxlamadan sonra qəbul olundum… Səmədin balaca boyunu, zəif və cılız bədənini görən Firidun bəy onu imtahana buraxmaq istəmirdi. O, nənəmiz Ayişə xanıma (atamız isə təvazökarlıq edərək bir tərəfdə dayanmışdı) müraciət edib deyirdi: “Arvad! Bu uşağı lət basıb öldürür, belə cırtdan boyda uşaqdan müəllim çıxmaz, o, oxuya bilməz, həm də iki qardaşı birdən qəbul etmək düz çıxmaz”. Yazıq nənəmiz isə: “Firidun bəy! Üzüm ayaqlarının altına, mənə yazığın gəlsin, o, mənim nəvəmdir, anadan yetim qaldığına görə, bir də kasıblıqdan bu günə düşüb, Badsəba xanım bu yetimlərin vəziyyətini yaxşı bilir”, - deyə yalvarırdı. Firidun bəy heç bir güzəştə getmək istəmirdi. Birdən “Eh! Firidun bəy, haradan biləsən ki, bu ürəkdə nə var?!” - deyən bir uşaq səsi eşidildi. Firidun bəy cəld döndü. Nənəsinin ətəyindən tutub dayanan “xəstə uşaq” onun üzünə, gözlərinin içinə baxırdı. Bu səs Səmədin səsi idi.Firidun bəy fikrə getdi, ətrafı tam sükut bürümüşdü. O, birdən İbrahim Əfəndi Qayıbzadəyə: “Bir yoxla görək”, - dedi.O zamanlar bir ənənə olaraq əvvəlcə Qurandan bir surə oxudurdular. İbrahim Əfəndi “Əmma” surəsini açıb Səmədə oxumağı tapşırdı. Səməd o surəni oxumadı. Quranı ortasından açıb bir-iki sətir oxuduqdan sonra kitabı örtdü, gözlərini yumdu və qalan ayələri də əzbərdən, gözəl səslə oxumağa başladı. Hamı heyrət içində dərin sükuta qərq olaraq onu uzun müddət dinlədi. Sükutu Firidun bəy pozdu. O, Səmədə yaxınlaşıb əlini çiyninə qoydu və dedi: “Bu ki, od parçasıymış!”.Kitabda qeyd olunur ki, Səməd Vurğun, demək olar, Quranı əzbər bilirdi. O, kənddə molla yanında da oxumuşdu. Səmədin cəsarəti və heyrətamiz hafizəsi Firidun bəyi “məğlub” etdi. Səməd sonrakı imtahanları da müvəffəqiyyətlə verərək seminariyaya qəbul olundu…Mehdixan Vəkilov xatırlayır ki, Səməd seminariyada oxuduğu zaman türk şair və ədiblərindən Tofiq Fikrəti, Məhməd Əmini, Yurdəqulunu, Rza Tofiqi, Əbdülhəq Hamidi və başqalarını həvəslə oxuyur, onların yaradıcılığındakı demokratik və humanist fikirlərə maraq göstərirdi. Müəllim Yusif Qasımov şagirdləri bu yazıçıların, məhz, demokratik və humanist meyilləri ilə tanış edirdi. O dövrün tədris proqramında türk ədəbiyyatına daha çox yer verilirdi. Səməd Vurğun Tofiq Fikrətin əsərlərini sevə-sevə oxuyurdu:“Torpaq - vətənim, növi-bəşər millətim - insan,Dünya dönəcək cənnətə insanla, inandım, -” misralarını daim təkrar edərdi. Sonralar Səməd “Fikrətin qarşısında” şeirini yazmağa başladı, lakin yalnız kiçik bir hissəsini yaza bildi…”.Mehdixan Vəkilov, həmçinin yazır ki, Səməd Vurğun türk inqilabçı-demokratı Namiq Kamalın vətənpərvərliyini və imperializmə qarşı üsyan ruhunu ifadə edən iki parçanı da həmişə təkrar edərdi:“Ölərsəm, görmədən millətdə ümid etdiyim feyzi,Yazılsın səngi-qəbrimdə Vətən məhzun, mən məhzun!”yaxud:“Külabi-zülmə qaldı gəzdiyin nazəndə səhralar,Oyan, ey şiri-jəyan, oyan, bu xabi-qəflətdən!”Əbdülhəq Hamidin “Məqbər” əsərini də sevə-sevə oxuyardı. Səməd Vurğun Vaqifi, Vidadini və Sabiri daha dərin məhəbbətlə sevər, onların əsərlərini əzbərləyərdi. Təsadüfi deyil ki, Səməd Vurğunun sonrakı yaradıcılığı Vaqif poeziyasından qidalanmışdır…”.Mehdixan Vəkilov yazır ki, 1924-cü il iyunun 1-də Qazax Müəllimlər Seminariyasını bitiriblər:“Səməd 1924–1925-ci tədris ilində Şıxlı məktəbində çalışmışdır. O, müəllim Şərif Cavadzadə (Şikəstə) ilə dostlaşmışdı və onun evində qalırdı… 1925-ci ilin sentyabrında Səməd Köçəsger kənd məktəbinə müdir təyin edildi…Səməd Vurğun Köçəsger kəndində 1926-cı ilin yanvarına kimi işləyə bildi. Müəllimlərin qış konfransında Səməd Vurğun tənqidi çıxış edərək “Süpürgə almağa pul yoxdur”, — dedikdə, Qazax Qəza İcraiyyə Komitəsinin sədri Abdal Usubov onu susdurmaq üçün: “Pul yoxdur, papağınla süpür!” — deyə qışqırdı. Buna cavab olaraq Səməd Vurğun əsəbi və acı şəkildə: “Əgər papaqla məktəb süpürmək yaxşıdırsa, onda gəl, sən özün qiymətli papağınla süpür”, — dedi. Bu hadisədən sonra onu təqib etməyə başladılar…”.   Ardı var... Əvvəlki materialı oxu  Müxbir – Günel Alıyeva</description>
İstanbulda ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsəri təqdim olunub VİDEO
                <description>Ankara, 2 noyabr, AZƏRTAC İstanbul Arxeologiya Muzeyində ABŞ-dən Türkiyəyə qaytarılan 100 sənət əsərinin təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy artefaktları təhvil vermək qərarına görə Amerika hakimiyyətinə təşəkkür edib.Nazir xatırladıb ki, Anadoludan qaçaqmalçılıq yolu ilə aparılan antik əşyalar 2026-cı ilin may ayında ABŞ hərrac evi tərəfindən satışa çıxarılıb. Buna cavab olaraq, Türkiyə hakimiyyəti Manhetten rayon prokurorluğuna və ABŞ Vətən Təhlükəsizliyi Təhqiqatlarına (HSI) qarşı iddia qaldırıb. Sənət əsərlərinin satışı dayandırılıb və onlar Türkiyəyə qaytarılıb.Artefaktlardan 40 ədədi Tokat vilayətinin Erbaa rayonunda aparılan qanunsuz qazıntılar zamanı aşkar edilib. “Eramızdan əvvəl 2300-2000-ci illərə aid əsərlər təxminən 70 il əvvəl ölkəmizdən Qərbə qanunsuz olaraq aparılıb”, - deyə M.N. Ersoy bildirib.Nazir Ankaranın mədəni irsin qaçaqmalçılığına qarşı mübarizəni davam etdirəcəyinə əminlik ifadə edib. Eyni zamanda, Türkiyə metropolunda Burdur vilayətindəki qədim Bubo şəhərinin yerində aparılan qazıntılar zamanı aşkar edilmiş bürünc heykəllər və digər artefaktları nümayiş etdirən sərgi açılıb. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara</description>
Şəkidə sənət əsərlərinə yeni nəfəs verən bərpaçı - MÜSAHİBƏ
                <description>Şəki, 2 noyabr, AZƏRTAC Rəsm əsərinin bərpaya ehtiyacı olub-olmadığını müəyyən etmək üçün ilk növbədə onun ümumi vəziyyətini diqqətlə araşdırmaq lazımdır. Zaman keçdikcə əsərlərin səthində çirklənmə, boya qatında çatlar, qopmalar, rənglərdə dəyişikliklər və digər zədələnmələr yarana bilər. Bərpa prosesində əsas məqsəd əsərin orijinal xüsusiyyətlərini, rəng çalarlarını və bədii dəyərini qorumaqdır. İlk mərhələdə əsərin vəziyyəti qiymətləndirilir, mövcud zədələnmələr müəyyənləşdirilir və uyğun bərpa üsulu seçilir. Daha sonra əsərin vəziyyətinə uyğun təmizləmə və möhkəmləndirmə işləri aparılır, zəruri hallarda boya qatındakı itkilər üzərində işlənilir. Bu proses böyük diqqət, səbir və məsuliyyət tələb edir.Bu fikirləri AZƏRTAC-ın bölgəyə ezam olunan müxbirinə müsahibəsində Şəki Dövlət Rəsm qalereyasında altı ildir bərpaçı rəssam vəzifəsində çalışan Aytən Pirməmmədli deyib.Bərpaçı rəssam diqqətə çatdırıb ki, ən vacib məqam əsərə müdaxilə edərkən onun müəllifinin üslubunu və orijinallığını qorumaqdır. “Bərpa etdiyim hər bir əsər mənim üçün özünəməxsusdur. Çünki hər bir tablonun öz tarixi, öz hekayəsi və daşıdığı bir mənəvi dəyər var. Köhnə rəsm əsərləri üzərində işləyərkən insan yalnız rənglərlə deyil, həm də keçmişdən bu günə gəlib çatmış sənət nümunələri ilə təmasda olur. Məni ən çox təsirləndirən məqamlardan biri zamanın təsirinə məruz qalmış bir əsərin üzərində işləyərək onun bədii xüsusiyyətlərini yenidən üzə çıxarmaqdır. Düşünürəm ki, bərpaçı rəssamın işi yalnız zədələri aradan qaldırmaq deyil, həm də gələcək nəsillərin bu əsərləri görməsi, öyrənməsi və qiymətləndirməsi üçün onların qorunmasına töhfə verməkdir”, - deyə o əlavə edib. Şəkinin zəngin tarixi, özünəməxsus memarlığı, füsunkar təbiəti və qədim sənətkarlıq ənənələri ilə Azərbaycan mədəniyyətində xüsusi yer tutduğunu deyib: “Şəhərimizin tarixi irsi, milli geyimləri, adət-ənənələri və təbiət gözəllikləri rəssamların yaradıcılığında öz əksini taparaq keçmişimizlə bu günümüz arasında mənəvi bir körpü yaradır. Şəki Dövlət Rəsm Qalereyasında nümayiş olunan əsərlər arasında bu dəyərləri əks etdirən sənət nümunələri xüsusi maraq doğurur. Qalereyamızda sərgilənən şəkili rəssam İsmət İsmayılovun parça eskizləri və “Milli geyimdə şəkili oğlan” əsəri milli geyim ənənələrimizin və Şəkinin mədəni kimliyinin yaşadılması baxımından diqqətə layiqdir. Tahir Həmidlinin “Şəki mənzərəsi” əsəri isə doğma şəhərimizin təbiət gözəlliklərini və özünəməxsus mənzərəsini sənət dili ilə təqdim edir.  Qalereyamızda, həmçinin Söhrab Ərəbovun “Gövdə” rəsm əsəri, Qüdrət Məmmədovun Məhsəti Gəncəviyə həsr olunmuş əsəri və Səbuhi Məmmədovun “Leyli və Məcnun” poemasına həsr olunmuş iki qrafik əsəri nümayiş etdirilir. Bu nümunələr Azərbaycan təsviri sənətinin mövzu və ifadə müxtəlifliyini, milli mədəniyyətimizin və ədəbiyyatımızın incəsənətdəki təcəssümünü əks etdirir. Hesab edirəm ki, rəsm əsərləri yalnız estetik zövq formalaşdırmır, həm də tariximizi, milli-mənəvi dəyərlərimizi və mədəni yaddaşımızı yaşadır. Rəssam-bərpaçı kimi mənim üçün bu əsərlərin qorunması, onların bədii və tarixi dəyərinin gələcək nəsillərə çatdırılması xüsusi əhəmiyyət daşıyır. Çünki mədəni irsimizi qorumaq keçmişimizi yaşatmaq və gələcəyimizə ötürmək deməkdir”. Müxbir – Fidan Əlizadə  </description>
Azərbaycan muğamı Moskvada musiqisevərləri birləşdirib
                <description>Moskva, 2 noyabr, AZƏRTAC Moskvada Azərbaycan muğamı və xalqımızın milli mədəniyyətinə həsr olunmuş musiqi axşamı keçirilib.AZƏRTAC xəbər verir ki, Moskvadakı “Caspian” restoranında keçirilən gecə “Dostluq-Drujba” muxtar qeyri-kommersiya qurumu və MC teatr təşkilatı tərəfindən təşkil olunub.Musiqi proqramında musiqiçi, müəllim və tarzən Elman Həsənlinin rəhbərlik etdiyi “Buta Trio” ansamblı, eləcə də istedadlı tələbələr iştirak ediblər.Gecədə “Bayatı-Şiraz” muğamı, Azərbaycan xalq mahnıları və milli bəstəkarların əsərləri səsləndirilib.Qonaqlara Azərbaycanın muğam ənənələri təqdim edilib.Tədbirin əsas məqsədi Moskva tamaşaçılarını Azərbaycan musiqi mədəniyyətinin zənginliyi ilə tanış etmək, gənc istedadları dəstəkləmək və incəsənət vasitəsilə mədəni əlaqələri gücləndirmək olub. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva</description>
İnklüziv incəsənət təbiətə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir
                <description>Bakı, 2 noyabr, AZƏRTAC İnklüziv incəsənət təkcə insanları bir araya gətirməyin yolu deyil, həm də ətraf mühit məsələləri və biomüxtəlifliyin qorunması barədə məlumatlılığın artırılması üçün güclü vasitə ola bilər. İnsanların incəsənət vasitəsilə ətraf mühitə təhdidlər haqqında məlumat əldə etməsi ilə yanaşı, həm də onun mühafizəsi üçün öz məsuliyyətlərini anlaması vacibdir.AZƏRTAC xəbər verir ki, incəsənət, inklüzivlik və qorunmanı birləşdirən “Sərhədsiz uçuş” (“Flight Without Borders”) sərgisi ziyarətçiləri Şərq imperiya qartalı, digər yırtıcı quşlar və Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş 78 quş növü dünyası ilə tanış edir. Sərgi “Bakıya uçuş: Art-uikend. Gələcəyi indi hiss et” Beynəlxalq İncəsənət Festivalı çərçivəsində təqdim edilib. Layihə rəqəmsal performans, illüstrasiyalı hekayələr və interaktiv fəaliyyətlər vasitəsilə quşların üzləşdiyi təhdidləri və insan fəaliyyətinin təbii ekosistemlərə təsirini vurğulayır. Təşkilatçılar müxtəlif tələbatları olan ziyarətçilər üçün əlçatanlığa xüsusi diqqət yetiriblər.“DanceAbility Azerbaijan”ın təsisçisi və direktoru Nigar Sultanova AZƏRTAC-a verdiyi müsahibədə incəsənətin sosial və ətraf mühit dəyişikliklərinə necə töhfə verə biləcəyi, insanlarla təbiət arasında emosional əlaqənin inkişaf etdirilməsinin vacibliyi və təşkilatçıların layihəni daha da inkişaf etdirmək niyyətində olduqları barədə danışıb.   Onun sözlərinə görə, təşkilat doqquz ildir ki, insanları birləşdirmək, habelə sosial dəyişikliklər yaratmaq məqsədilə incəsənət və mədəniyyətdən istifadə edir. COP29-dan bəri bu diqqət tədricən ətraf mühit gündəliyi ilə əlaqələndirilir.“İnsanların təbiətlə bağlı olduqlarını hiss etmələrini, quşların üzləşdiyi təhlükələri anlamalarını və həll yollarının tapılmasına necə töhfə verə biləcəklərini öyrənmələrini istəyirdik. Bizim üçün incəsənət sadəcə təqdim etdiyimiz layihədən daha çox əhəmiyyətə malikdir. Bu, birlikdə dəyişiklik yaratmaq üçün istifadə etdiyimiz alətdir”, - deyə N. Sultanova qeyd edib.O izah edib ki, sərginin əsas obrazını seçərkən, təşkilatçılar ziyarətçilərdə təkcə nadir quş növlərinə maraq yaradılmasını deyil, həm də emosional reaksiya doğurmağı qarşılarına məqsəd qoyublar. Müsahibimiz əlavə edib: “Biz Şərq imperiya qartalını seçdik, çünki insanların sadəcə nəsli kəsilməkdə olan vəhşi təbiət haqqında statistika oxumaqdansa, bu quşla emosional əlaqə qurmalarını istəyirdik. Təbiətlə əlaqəni hiss etdiyimiz zaman onun qorunması şəxsi məsələyə çevrilir”.N. Sultanova inklüzivlik məsələsinə ayrıca toxunub. Onun sözlərinə görə, əlçatanlıq təşkilatın işinin əsasını təşkil edir və təkcə mədəni tədbirlərdə iştirak etmək üçün lazımi şəraitin yaradılmasını deyil, həm də hər kəsin tam iştirakının təmin edilməsini nəzərdə tutur.  Sərgidə əlil arabasından istifadə imkanı, işarət dilinin tərcüməsi, audiotəsvir, vizual məlumat və sensor vasitələr yer alırdı. Ziyarətçilər, həmçinin quşlardan və Azərbaycan milli rəqsindən ilhamlanan hərəkətlərdə iştirak edə bildilər.“İnklüzivlik əlçatanlıqdan daha genişdir. Biz hər bir ziyarətçinin özünü sərgidə göründüyünü, eşidildiyini və iştirak etdiyini hiss etməsini istəyirdik”, - deyə o bildirib.Layihənin əsas mesajından danışan N. Sultanova insanlarla ətraf mühitin qarşılıqlı əlaqəsini vurğulayıb: “Biz təbiətin mərkəzi deyilik. Biz onun bir hissəsiyik. Hər şey bir-biri ilə bağlıdır və hərəkətlərimiz paylaşdığımız dünyaya, eləcə də gələcək nəsillərə qoyduğumuz mirasa təsir göstərir”.Agentliyin müsahibinin sözlərinə görə, festivalın başa çatması layihənin sonu demək deyil. Təşkilatçılar artıq sərgi zamanı qaldırılan məsələləri və təklifləri müvafiq qurumlarla bölüşməyə başlayıblar, habelə quşlar üçün təhlükələrin azaldılması məqsədilə praktik həll yollarının müzakirə ediləcəyi əlavə görüşlər planlaşdırırlar.“Məqsədimiz məlumatlılığı və kollektiv iştirakı konkret hərəkətlərə, ölçülə bilən, uzunmüddətli dəyişikliklərə çevirməkdir. Bu işi il ərzində davam etdirəcək və əldə edilən nəticələr barədə hesabat verəcəyik”, - deyə N. Sultanova sözlərini yekunlaşdırıb. Müxbir - Lalə Minasazova</description>
Şərq memarlığının incisi – Şəki Xan Sarayı
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Azərbaycan Respublikasında 2026-cı ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkəmizin zəngin memarlıq irsinin, tarixi abidələrinin qorunması və təbliği məsələlərini bir daha diqqət mərkəzinə gətirir.Bu məqsədlə ölkəmizin zəngin memarlıq irsinin tanıdılması, tarixi abidələrin qorunması və təbliğinə həsr olunan silsilə materialların təqdimatı davam etdirilir.AZƏRTAC memar, professor Elçin Əliyevin Şəki Xan Sarayına həsr olunmuş məqaləsini oxuculara təqdim edir. Şəki Xan Sarayı 1968-ci ilədək Nuxa adlanan Şəki şəhərində yerləşən, Şəki xanlarının keçmiş iqamətgahıdır. Şəki Xan Sarayı muzey, ümumdünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə Şərq üslubunda tikilmiş saray şəhərin şimal-qərb hissəsindəki təpənin üzərində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.  Uzunluğu təxminən 32 metr, eni isə 9 metr olan saray ümumi sahəsi 300 kvadratmetr təşkil edən iki mərtəbədən, altı otaqdan, dörd dəhlizdən və bir-birinin əks tərəfində yerləşən iki eyvandan ibarətdir. Binanın hündürlüyü 10 metr, hər mərtəbənin hündürlüyü isə 3,5 metrdir. Sarayın fasadı ov və müharibə səhnələrini əks etdirən rəsmlər, həndəsi və bitki naxışları ilə bəzədilib. Sarayın divarları, zalların və otaqların pəncərə boşluqları çıxarılıb-taxılan naxışlı şəbəkələrlə örtülüb. Müxtəlif rəngli şüşələrlə doldurulmuş şəbəkə-pəncərələrin həndəsi rəsmləri sarayın əsas fasadının ümumi kompozisiyası ilə vəhdət təşkil edir.Şəbəkə rəsmləri xalq ustaları tərəfindən xırda ağac hissələrindən və rəngli şüşə parçalarından yapışqansız və mismarsız birləşdirilməklə yaradılıb. Saray binasının kompozisiyası həm fasadda, həm də planlaşdırmada simmetrikdir. Üst mərtəbə şaquli istiqamətdə alt mərtəbənin planlaşdırmasını tamamilə təkrar edir. Zallar və otaqlar uzununa ox üzrə eyni cərgədə yerləşir.  Sarayın bəzəkləri dörd qrupa – həndəsi və bitki rəsmlərinə, süjetli bəzəklərə, eləcə də bitki motivlərinin quş təsvirləri ilə birləşdirilməsindən yaranan kompozisiyalara bölünür. Sarayın bəzədilməsində qızılı rəngdən geniş istifadə olunması da səciyyəvi xüsusiyyətlərdəndir. Sarayın daxili hissəsi müxtəlif dövrlərdə bəzədilib. Avropalı ustaların vurduqları bəzəklər alt mərtəbədəki zalın tavanında qalıb. XX əsrin əvvəllərində şuşalı məşhur usta Qəmbər, onun qardaşı Səfər və oğlu Şükür də bəzək işlərini yerinə yetiriblər. Eyni zamanda, Şamaxıdan gəlmiş ustalar Əliqulu, Qurbanqulu və Cəfər, həmçinin Abbas, Əli və başqa sənətkarlar sarayın bəzədilməsində iştirak ediblər.Birinci mərtəbədəki rəsmlər 1895-1896-cı illərdə şamaxılı Mirzə Cəfər, üst mərtəbədəki rəsmlər isə 1902-ci ildə şuşalı Usta Qəmbər tərəfindən işlənib. Şamaxılı rəssamlar Əliqulu və Qurbanqulu əsasən üst mərtəbədə çalışıblar.Üst mərtəbə iki hissəyə – kişilər və qadınlar üçün nəzərdə tutulan bölmələrə ayrılıb. Qadınlar üçün nəzərdə tutulan hissə güllər və Şərq naxışları ilə bəzədilib.  Tarixçilər sarayın XVIII əsrdə inşa edildiyini bildirirlər. Bununla belə, Çikaqo Universitetinin professoru Odri Altştadt sarayın XVII əsrdə tikildiyini qeyd edir. Digər alim Şandor Rado sarayın 1760-cı ildə Hüseyn xan tərəfindən ucaldıldığını, az sonra isə yenidən qurulduğunu yazıb. “Bədii ensiklopediya”da Şəki Xan Sarayının 1761-1762-ci illərdə inşa edildiyi göstərilir.1848-1851-ci illərdə Hüseyn xan Müştaqın nəvəsi, şair Kərim ağa Fatehi sarayın bərpasını həyata keçirib.1853-cü ildə Şəki qalasının planı tərtib edilib. Həmin plana əsasən, qalada xan əyanlarının ailələri üçün müxtəlif təyinatlı çoxsaylı tikililər yerləşib. Saraydan başqa, burada kazarmalar, xəzinə, həbsxana və 1828-ci ildə xan məscidindən pravoslav kilsəsinə çevrilmiş tikili də olub.  Lakin vaxtilə Şəki qalasında mövcud olmuş, bir neçə binadan ibarət böyük kompleksdən günümüzədək yalnız ikimərtəbəli saray və kilsə gəlib çatıb. 2012-ci ildə Şəki Xan Sarayının 250 illik yubileyi qeyd olunub.Bir vaxtlar sarayın qarşısında gözəl bağ salınıbmış. İndi həmin bağdan yalnız tikili ilə yaşıd olan iki qollu-budaqlı çinar ağacı qalıb. Artıq bir neçə yüz ildir ki, həmin çinarlar etibarlı gözətçilər kimi Azərbaycanın bu memarlıq incisini qoruyur. Müxbir – Gülay Nəzərova</description>
Milli Kitabxana tərəfindən hazırlanmış metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Milli Kitabxana tərəfindən hazırlanmış “Kitabxana-informasiya fəaliyyətində süni intellektin imkanlarından istifadə” adlı metodik vəsait onlayn rejimdə istifadəçilərə təqdim olunub.AZƏRTAC xəbər verir ki, kitabxana-informasiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulan metodik vəsaitin əsas məqsədi süni intellektin imkanlarını təqdim etmək, eləcə də kitabxana əməkdaşlarına bu texnologiyalardan praktik istifadə üzrə metodik dəstək göstərməkdir.Vəsaitdə süni intellektin əsas anlayış və texnologiyaları, kitabxana fəaliyyətində tətbiq istiqamətləri, müxtəlif süni intellekt alətlərindən istifadə imkanları, onların üstünlükləri və məhdudiyyətləri haqqında məlumat verilir.Nəşrdə süni intellekt vasitəsilə yaradılan məlumatların yoxlanılması, istifadə olunan mənbələrin etibarlılığının qiymətləndirilməsi, müəlliflik hüququnun qorunması, şəxsi məlumatların təhlükəsizliyinin təmin edilməsi və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilir.Metodik vəsait kitabxana əməkdaşlarının rəqəmsal bacarıqlarının inkişaf etdirilməsinə, süni intellekt texnologiyalarının kitabxana-informasiya proseslərinə səmərəli inteqrasiyasına və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə töhfə vermək məqsədi daşıyır.Metodik vəsait ilə bu linkindən istifadə edərək tanış ola bilərsiniz.  </description>
Rayan Kompans: Bakı memarlığında köhnə ilə yeninin vəhdəti xüsusi maraq doğurur
                <description>Bakı, 2 noyabr, AZƏRTAC “Baku Art Weekend” layihəsində tərəfdaşım Elis Veksel ilə birlikdə yaratdığımız “İçimizdəki vəhşi təbiət” (“The Wild Within” ) adlı əsərlər silsiləsini nümayiş etdiririk.Bunu AZƏRTAC-a açıqlamasında layihənin iştirakçısı, Niderland-Kanada əsilli rəssam Rayan Kompans deyib.O bildirib ki, onlar təxəyyüllərində yaratdıqları dünyanı real memarlıq məkanlarına gətirməklə maraqlanırlar. Bu məqsədlə, əsasən, zamanın izlərini daşıyan binaları seçirlər. Həmin tikililər zamanla aşınmış, baxımsız vəziyyətə düşmüş, yaxud özünəməxsus memarlıq xüsusiyyətləri və sənətkarlıq nümunələri ilə seçilən məkanlar ola bilər. Rəssamları xüsusilə müəyyən bir dövrün izlərini qoruyub saxlayan binalar cəlb edir.Rayan Kompansın sözlərinə görə, daha sonra üçölçülü modelləşdirmə vasitəsilə güllər və bitkilər yaradır, onları seçdikləri məkanlara inteqrasiya edirlər.“Beləliklə, reallıqla təxəyyülü, fiziki və rəqəmsal dünyanı, keçmişlə bu günü bir araya gətiririk. Əsərlərimizi iri formatlı çaplar, videolar və əl işi şüşə mozaikalar şəklində təqdim edirik. Mozaikalar vasitəsilə memarlıq materialını da əsərlərin fiziki tərkibinə daxil edirik”, – deyə rəssam əlavə edib.O qeyd edib ki, layihənin ideyası binaları həyatlarının müəyyən bir mərhələsində, mövcud vəziyyətləri ilə təqdim etməkdir. Onlara bitkilər və güllər əlavə etməklə həmin məkanlar barədə şəxsi təəssüratlarını əks etdirirlər.“Məqsədimiz apokaliptik gələcəyi və ya distopik dünyanı təsvir etmək deyil. Biz daha çox zamanın müəyyən bir anına dair öz xəyalımızı təqdim edirik”, – deyə Rayan Kompans vurğulayıb.Rəssam əsərlərinin dünyanın müxtəlif ölkələrində nümayiş olunduğunu, hazırda Nyu-Yorkda böyük fərdi sərgisinin açıq olduğunu bildirib. O, Azərbaycanda olmaqdan, eləcə də ölkənin memarlıq nümunələri əsasında yaratdıqları əsərləri burada təqdim etməkdən məmnunluğunu ifadə edib.Bakıda onu ən çox cəlb edən məqamlardan danışan rəssam bildirib ki, bunlardan biri şəhərin tarixi qatlarının, köhnə ilə yeninin bir araya gəlməsidir.“Sovet dövrü memarlığından ənənəvi Azərbaycan memarlıq formalarınadək müxtəlif üslublar burada vəhdət təşkil edir. Bu müxtəliflik olduqca maraqlı mənzərə yaradır və diqqətimi xüsusilə cəlb edir”, – deyə Rayan Kompans vurğulayıb. Müxbir – Günel Alıyeva</description>
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi tərəfindən (MEMİM) Quba-Xaçmaz bölgəsində təşkil olunan “Mədəniyyət rüzgarı” layihəsi Quba şəhər Uşaq İncəsənət Məktəbində tar və qarmon ixtisaslarına dair ustad dərsləri ilə yekunlaşıb.Bu barədə AZƏRTAC-a MEMİM-dən məlumat verilib.Bildirilib ki, tədbirdən əvvəl MEMİM-in sektor müdiri Nicat Həsənzadə və Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin aparıcı məsləhətçisi Fərid Musayev ustad dərslərinin musiqi təhsilindəki rolundan danışıblar. Qeyd olunub ki, ustad dərsləri musiqi ifaçılığı ənənələrinin qorunub yaşadılması, bu sahədə yeni yanaşmaların tətbiqi, eləcə də təcrübəli pedaqoqların bilik və bacarıqlarını gənc ifaçılarla bölüşməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.Daha sonra N.Həsənzadə MEMİM tərəfindən nəşr olunan “Asəf Zeynallı. Seçilmiş əsərlər” not kitabını Quba şəhər Uşaq İncəsənət Məktəbinə hədiyyə edib.Tar ixtisası üzrə ustad dərsi Əməkdar müəllim, Azərbaycan Milli Konservatoriyasının professoru, Xalq çalğı alətləri kafedrasının müdiri Ramiz Əzizov, qarmon ixtisası ilə bağlı ustad dərsi isə Bakı şəhər Gözdən əlil uşaqlar üçün 38 nömrəli Onbirillik Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının müəllimi Vüsal Qəhrəmanov tərəfindən aparılıb.R.Əzizov və V.Qəhrəmanov tar və qarmon alətlərində ifa texnikasının xüsusiyyətləri barədə ətraflı məlumat verib, müəllim və şagirdlərlə öz təcrübələrini bölüşərək onlara müvafiq tövsiyələrini çatdırıblar. Ustad dərsləri zamanı iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, bəzi məqamlar alətlərin ifası üzərindən əyani icra olunub. Xatırladaq ki, “Mədəniyyət rüzgarı” layihəsinin budəfəki tədbirləri Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında həyata keçirilib.</description>
Daşkənddə 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub VİDEO
                <description>Bakı, 2 noyabr, AZƏRTACÖzbəkistanın paytaxtı Daşkənd şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.Bildirilib ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən rəsmi qəbulda dövlət və hökumət nümayəndələri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, elm, mədəniyyət və incəsənət xadimləri, diaspor üzvləri, eləcə də yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər. Tədbir çərçivəsində Azərbaycanın şanlı Zəfər salnaməsini əks etdirən “Şanlı tariximizin 44 günü” adlı fotosərgi təşkil olunub. Burada 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlığı, torpaqlarımızın işğaldan azad edilməsini və tarixi Qələbəmizin unudulmaz anlarını əks etdirən fotoşəkillər nümayiş etdirilib. Fotomateriallar tədbirdə iştirak edən dövlət və ictimaiyyət nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb.Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixindəki müstəsna əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan xalqının birlik, əzm və qətiyyətinin təntənəsinə çevrilib. Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq, şücaət və fədakarlıq nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edilib, 2020-ci il noyabrın 8-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin azad olunması ilə tarixi Zəfər qazanılıb.Diplomat vurğulayıb ki, 8 Noyabr Zəfəri Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunub, ölkəmizin müasir dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyub.Tədbir konsert proqramı ilə davam edib.</description>
Beynəlxalq Muğam Mərkəzində Zəfər sədası
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Vətən sevgisini, xalqımızın qəhrəmanlıq salnaməsini və milli qürur hissini özündə ehtiva edən musiqi əsərləri Zəfər tariximizin yaşadılmasında mühüm rol oynayır. Bu əsərlər tarixi Qələbəmizin sevincini, Vətənə bağlılığı və azadlıq ruhunu musiqinin dili ilə ifadə edərək gələcək nəsillərə çatdırır.Noyabrın 6-da Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin iştirakı ilə Beynəlxalq Muğam Mərkəzində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert keçiriləcək.AZƏRTAC xəbər verir ki, orkestrə dirijor, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edəcək.Konsert proqramında vətənpərvərlik ruhunu tərənnüm edən musiqi əsərləri təqdim olunacaq. İfa ediləcək nümunələrdə Vətənə məhəbbət, xalqımızın qəhrəmanlığı, milli qürur və tarixi Zəfərimizin sevinci öz əksini tapacaq.Qeyd edək ki, bu il Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 95 ili tamam olur. İl ərzində kollektivin yubileyinə həsr olunmuş silsilə tədbirlər və konsert proqramlarının təşkili nəzərdə tutulub.Konsertə biletləri şəhərin kassalarından əldə etmək mümkündür.</description>
Cənubi Koreyada Azərbaycanın zəngin mədəni irsi tanıdılıb
                <description>Pekin, 2 noyabr, AZƏRTACKoreya Respublikasının Çanqvon şəhərində keçirilən 21-ci “Miqrantların Ariranq Multikultural Festivalı”nda (MAMF) Azərbaycan mədəniyyəti tanıdılıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə dəstəyi ilə yaradılan Azərbaycan guşəsində ölkəmizin zəngin tarixi və mədəni irsi, milli geyimləri, kəlağayı sənəti, ənənəvi çay mədəniyyəti və milli musiqisi koreyalı və əcnəbi ziyarətçilərə təqdim olunub. Festival iştirakçıları Azərbaycan xalqının milli adət-ənənələri və mədəni dəyərləri ilə yaxından tanış olmaq imkanı əldə ediblər. Azərbaycan guşəsi müxtəlif xalqlar arasında mədəni dialoqun təşviqinə və ölkəmizin mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verib.Koreyada yaşayan soydaşlarımızdan Günay Kərimovanın rəhbərliyi ilə həyata keçirilən layihədə Leyla Məsimli və Əzizə Hüseynzadə də fəal iştirak ediblər.Qeyd edək ki, Cənubi Koreyanın ən böyük multikultural festivallarından biri olan MAMF yerli hökumət, Kyonqsannam əyaləti Miqrant İşçilərin Rifahı Mərkəzi və Çanqvon Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçirilir. Şahin Cəfərov AZƏRTAC-ın xüsusi müxbiri Pekin</description>
Ori Gerşt: “Nar” filmində dağıntı anı yeni kompozisiyanın başlanğıcına çevrilir
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Sərgidə nümayiş olunan “Nar” adlı filmim XVII əsrdə yaşamış ispan barokko rəssamı Xuan Sançes Kotanın eyniadlı rəsm əsəri əsasında hazırlanıb.Bunu AZƏRTAC-a açıqlamasında “Baku Art Weekend” layihəsinin iştirakçısı, Londonda yaşayan rəssam Ori Gerşt deyib.Rəssam bildirib ki, Kotanın yaradıcılığında onu cəlb edən məqamlardan biri kompozisiyada tarazlıq, mükəmməl müvazinət yaratmaq cəhdi olub. Onun sözlərinə görə, sənət tarixi ilə müasir dövr arasındakı münasibət, eləcə də yeni texnologiyaların dünyanı təsvir və qavrama üsullarına təsiri yaradıcılığında mühüm yer tutur.Ori Gerşt qeyd edib ki, əsəri yaradarkən XVII əsrə xas statik kompozisiyadan çıxış edib və həmin mənzərəni studiyada yenidən quraraq canlandırıb. İlk baxışdan rəsm əsərini xatırladan bu görüntüdə qəfil, cəmi bir saniyə ərzində baş verən şiddətli müdaxilə qeydə alınıb: güllə kadrdan keçərək narı parçalayır.“Hadisə saniyədə 1600 kadr sürətlə lentə alınıb. Beləliklə, real vaxtda cəmi bir saniyədə baş verənləri zamanın ayrı-ayrı anlarında müşahidə etmək mümkündür. Adi gözlə görə bilməyəcəyimiz hadisələri izləyə bilirik. XVII əsrdə Xuan Sançes Kota belə bir şeyi təsəvvürünə belə gətirə bilməzdi”, – deyə rəssam vurğulayıb.O bildirib ki, texnologiyaların inkişafı ilə reallıq da daim dəyişir və dünya haqqında biliklərimizi genişləndirir. Yeni texnologiyalar dünyanın mahiyyətini görmək və dərk etmək üçün qarşımızda fərqli imkanlar açır. Bir şeyi gördükdən sonra isə əvvəlki düşüncə tərzimizə qayıtmaq mümkün olmur.“Bunun üçün mikroskopu misal göstərmək olar. Mikroskop vasitəsilə mikroskopik canlıları görənədək onların mövcudluğundan xəbərsiz idik. Lakin onları gördükdən sonra həmin canlılar düşüncəmizin və dünyanı qavrayışımızın bir hissəsinə çevrildi. Artıq virusların və digər mikroskopik canlıların mövcudluğunu nəzərə almadan dünyanı təsəvvür edə bilmərik”, – deyə Ori Gerşt əlavə edib.Rəssamın sözlərinə görə, yaradıcılığında onu düşündürən digər mövzulardan biri dağıntı ilə yaradılış arasındakı gərginlikdir. Bəzən bir şey məhv olarkən başqa bir şey yaranır. Dağıntı anı yalnız fəlakət deyil, həm də yeni imkanların meydana çıxması üçün başlanğıc ola bilər.“Bunun ən bariz nümunəsi kainatın Böyük partlayış nəticəsində yaranmasıdır. Bu, kainat tarixində ən şiddətli hadisə olub, həyat isə məhz onun nəticəsində meydana gəlib. Bu əsərdə dağıdıcı hadisənin şahidi oluruq. Lakin az sonra təcrübə tamamilə fərqli mərhələyə keçir: narın hərəkətini izlədikcə meditativ, düşüncəyə dalmağa imkan verən mənzərə ilə qarşılaşırıq. Nar kadr boyunca hərəkət edir və nəticədə yeni kompozisiya yaranır”, – deyə rəssam bildirib. Müxbir – Günel Alıyeva</description>
Manal Al-Dovayan: Biz “zikra” konsepsiyasını yaddaş, xatirələr və unutqanlıq ilə bağlı düşüncələr əsasında yaratmışıq
                <description>Bakı, 2 noyabr, AZƏRTAC “Zikra” tamaşasının ideyası Səudiyyə Ərəbistanında yerləşən Al-Ula Kral Komissiyasının təşəbbüsü ilə yaranıb. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan obyektin yerləşdiyi və Vadi-al-Fan – “İncəsənət vadisi” adlanan bu ərazidə rəssamlara bilavasitə təbiət landşaftında incəsənət əsərləri yaratmaq sifariş edilir. Komissiya ecazkar səhnə quruluşu vasitəsilə bu məkanı canlandırmaq qərarına gəldi, bu məqsədlə rəssam və xoreoqrafın yaradıcı birliyini təşkil etdi. Məhz bu əməkdaşlıq sayəsində məni rəssam qismində, Akram Xanı isə xoreoqraf kimi seçdilər. Vizual rejissor, geyim rəssamı və səhnə dizayneri Manal Al-Dovayan bu barədə jurnalistlərlə danışıb. Dizayner BIAF 2026 çərçivəsində təqdim olunan “Zikra: xatirə gecəsi” tamaşasından əvvəl media nümayəndələri ilə görüşüb.“Bir qış günü səhraya getdik və söhbət etməyə başladıq. Bir anda səhranın ortasında bitən kiçik bitki gördük. Ona yaxınlaşdıq, yanında oturduq və düşünməyə başladıq: səhraya həsr olunmuş tamaşaya nə gətirə bilərik?Tamaşa ideyası təbiətin ortasında, mənzərələrlə əhatə olunmuş və təxminən beş min il əvvələ aid məzarlardan uzaq olmayan yerdə yarandı. Biz yaddaş, xatirə və unutqanlıq üzərində düşündük. “Zikr” (zikr ərəb sözüdür və “xatirə” və ya “xatırlama” mənasını verir-red.) anlayışı məhz belə yarandı”, -deyə Al-Dovayan bildirib.O qeyd edib ki, bu tamaşanın yaradılması prosesində rolu dəfələrlə dəyişib. “Əvvəlcə yaradıcı direktor vəzifəsində çalışdım: “Akram Xan” şirkəti üçün bütün bu elementləri hazırlayan komanda ilə əməkdaşlıq edərək geyimlərə, dekorasiya dizaynına, səhnə dekorasiyasına və işıqlandırma quruluşuna nəzarət etdim. Lakin zaman keçdikcə, özümüz də hekayəçi olduq. Akram və mən şounun hekayəsini hərtərəfli inkişaf etdirmək üçün birlikdə işləmək qərarına gəldik. Al-Ulada yaşayan bir çox qadının evlərini ziyarət etdik, onlarla rəqs ənənələrinin xüsusiyyətləri, uşaqlıqda eşitdikləri hekayələr və əfsanələr haqqında danışdıq.Beləliklə, məsuliyyət dairəm xeyli genişləndi. Buraya təkcə Akram Xanla süjet üzərində işləmək deyil, həm də yerli qadınlar və sənətkarlarla əməkdaşlıq edərək gözəl geyimlər yaratmaq daxil idi. Bütün parçaları özümüz boyadıq, materialları kəsdik və yerli mütəxəssisləri cəlb edərək geyimləri yerində hazırladıq.Daha sonra səhnə dizaynını hazırlamağa başladıq ki, bunun da mühüm hissəsi xalçaçılıq idi. Bu ənənə Azərbaycanda da mövcuddur. Bizim vəziyyətimizdə UNESCO tərəfindən qorunan başqa bir sənət növü olan sadu toxuma texnikasından istifadə etdik.Bu tamaşanın yaradılmasında rolum tədricən Bmanal al elə inkişaf etdi”, - deyə sənətkar sözlərini yekunlaşdırıb. Müəllif – Anara Axundova Foto – İlkin Cavanşirov</description>
İzabel Tamen: BIAF kimi festivallar böyük əhəmiyyətə malikdir
                <description>Bakı, 2 noyabr, AZƏRTAC Hesab edirəm ki, Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) kimi festivallar inanılmaz dərəcədə vacibdir, çünki onlar dünyanın hər yerindən insanları və sənətçiləri bir araya gətirməyə kömək edir.Bu barədə “Akram Khan Company” şirkətinin icraçı direktoru İzabel Tamen BIAF- 2026 çərçivəsində təqdim olunan “Zikra: xatirələr gecəsi” tamaşasından əvvəl jurnalistlərə verdiyi müsahibədə bildirib.O qeyd edib ki, bu cür təşəbbüslər yaradıcı insanların bir-biri ilə ünsiyyətdə olması, prodüserlər və menecerlər arasında təcrübə mübadiləsi, habelə peşəkar əlaqələr qurulması üçün yaxşı fürsətdir.“Tamaşaçılar müxtəlif səhnə quruluşları ilə tanış olmaq imkanı əldə edirlər. Buna görə də belə festivallar çox vacibdir”, - deyə İzabel Tamen vurğulayıb.O əlavə edib ki, “Akram Khan Company” şirkəti 26 ildir qastrol səfərləri həyata keçirir. İcraçı direktorun sözlərinə görə, “Zikra: xatirələr gecəsi” onun son qastrol tamaşası olacaq.“Buna görə də bu an bizim üçün həqiqətən xüsusidir! Bu gün Bakıda olduğumuz üçün çox xoşbəxtik, amma hələ də bir neçə ölkədə və müxtəlif məkanlarda qastrol səfərlərimiz var. Səyahətimiz 2027-ci il martın sonunda Hindistanın Yeni Dehli şəhərində başa çatacaq. Beləliklə, sanki tam bir dairəni qət etmiş kimi olacağıq və bundan sonra yeni mərhələ başlayacaq”.İzabel Tamen vurğulayıb ki, qastrol şirkəti artıq mövcud olmayacaq, amma “Akram Khan” xoreoqrafiya ilə məşğul olmağa və bədii karyerasını inkişaf etdirməyə davam edəcək.Qonaq qeyd edib ki, bu, kollektivin Azərbaycana ilk səfəridir. “Şəxsən mən inanılmaz dərəcədə məmnunam. Düşünürəm ki, bütün komandamız çox sevinir və rəqqaslar buradakı insanların nə qədər qonaqpərvər, mehriban olmasına heyran qalırlar. Özümüzü evdəki kimi hiss edirik. Burada olmaq bizim üçün böyük şərəfdir. Bakı inanılmaz dərəcədə gözəl şəhərdir”, - deyə İ. Tamen təəssüratlarını bölüşüb. Müəllif – Anara Axundova Foto – İlkin Cavanşirov  </description>
Bakıda “Çin, mənim arzum” kitabının imza günü olub
                <description>Bakı, 2 noyabr, AZƏRTACBakıda Çinin humanitar elmlər sahəsində nüfuzlu ali təhsil müəssisələrindən biri olan Jenmin Universitetinin doktorantura məzunu, Çin dili müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Katana Qafarovanın “Çin, mənim arzum” kitabının imza günü keçirilib.AZƏRTAC xəbər verir ki, imza günü çərçivəsində oxucular müəlliflə görüşmək, onun yaradıcılığı və kitabın ərsəyə gəlmə prosesi ilə yaxından tanış olmaq, fikir mübadiləsi aparmaq və nəşri müəllifin imzası ilə əldə etmək imkanı qazanıblar.Bədii-publisistik üslubda qələmə alınmış “Çin, mənim arzum” kitabında müəllifin Çində tələbəlik həyatı, təhsil təcrübəsi, ölkənin akademik mühitinin özünəməxsus xüsusiyyətləri və şəxsi müşahidələri əksini tapıb.Əsər yalnız bir ölkədə təhsil almaq təcrübəsini əks etdirən xatirələr toplusu deyil, həm də arzuların gerçəkləşməsi yolunda əzmkarlığın, iradənin və davamlı inkişafın əhəmiyyətini önə çəkən bir həyat hekayəsidir. Müəllif şəxsi təcrübəsi əsasında məsuliyyət, özünəinam, çətinliklərin öhdəsindən gəlmək və qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləmək kimi mövzulara toxunur.Kitabda Çin dili və mədəniyyəti, Pekində tələbə həyatı, magistratura və doktorantura təhsili, beynəlxalq akademik mühit, eləcə də xaricdə təhsil almaq arzusunda olan gənclər üçün praktik tövsiyələr yer alır. Müəllif əldə etdiyi nailiyyətlərlə yanaşı, bu uğurların arxasında dayanan uzunmüddətli hazırlıq prosesini, qarşılaşdığı çətinlikləri, tərəddüdləri və şəxsi inkişaf mərhələlərini də oxucularla bölüşür.Əsərin əsas ideyası böyük arzuların gerçəkləşməsi üçün inamla yanaşı, ardıcıl zəhmətin və əzmkarlığın vacibliyini önə çəkməkdir. Bu baxımdan “Çin, mənim arzum” yalnız Çin və xaricdə təhsillə maraqlanan gənclər üçün deyil, həyatında yeni səhifə açmaq, özünü inkişaf etdirmək və qarşısına böyük məqsədlər qoymaq istəyən hər kəs üçün ilham mənbəyidir.Kitabın əsas mesajı isə belədir: insanın taleyini dəyişən təkcə arzuları deyil, həmin arzulara doğru hər gün atdığı kiçik, lakin ardıcıl addımlardır.</description>
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub
                <description>Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər Bakı, 1 noyabr, AZƏRTAC Daş Salnamə Muzeyində rəssam, heykəltaraş Orxan Nəbizadənin “Qədim daş, müasir yaddaş” və Elvin Nəbizadənin isə “Məsuliyyət radiusu” adlı layihələri təqdim olunub.AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alyona Əliyeva tədbirdə iştirak ediblər.“Qədim daş, müasir yaddaş” layihəsi Qobustanın qədim qayaüstü təsvirlərindən ilhamlanaraq ərsəyə gətirilib. Heykəltaraşlıq nümunələrində Qafqaz bəbiri, ceyran, boz canavar, qonur ayı və şah qartalı təsvir olunub. “Məsuliyyət radiusu” adlı layihədə isə insanın vəhşi təbiətə münasibəti interaktiv formada təqdim edilib.</description>
Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub
                <description>Bakı, 1 noyabr, AZƏRTAC Noyabrın 1-də Milli Kitabxanada “Füyuzat” jurnalı – 120” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim edilib.AZƏRTAC xəbər verir ki, sərgidə “Füyuzat” dərgisinin tarixi, fəaliyyəti, füyuzatçıların milli-tarixi və ictimai-siyasi xidmətləri, milli ideologiyası haqqında, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.“Füyuzat” jurnalının ilk sayı 1906-cı il noyabr ayının 1-də dərc olunub. İctimai xarakter daşıyan jurnalın il ərzində 32 sayı işıq üzü görüb. “Füyuzat” kəlməsi mənşəcə ərəb sözu olub, mənası həyat gerçəklərini duymaq, dərk etmək, onlardan zövq almaq deməkdir.“Füyuzat" jurnalı füyuzatçılıq jurnalistika məktəbindən Azərbaycanda müstəqil dövlətçilik ideyasını, konstitusiyalı azad vətəndaş cəmiyyətini yaratmaqda mühüm rol oynayıb.Maarifpərvər, milyonçu-mesenat Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə çap olunan jurnalın baş redaktoru Əli bəy Hüseynzadə idi. Burada dövrünün görkəmli ziyalılarından M.Hadinin, M.Ə.Sabirin, H.Cavidin, S.Səlmasinin, A.Şaiqin, Ə.Kamalın, Ə.Raiqin və başqa müəlliflərin müxtəlif mövzulu yazıları dərc edilirdi. Jurnal Azərbaycanda neoromantizmi yaradan mətbuat orqanı kimi xarakterizə olunur.Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə (mavi, qırmızı, yaşıl) simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri jurnalın redaktoru Əli bəy Hüseynzadənin müvafiq tezisi və füyuzatçıların tarixi xidmətləri ilə bağlı olub.Əli bəy Hüseynzadənin hələ “Füyuzat”ın nəşrindən əvvəl təbliğ və şərh etdiyi “türklük, müsəlmanlıq və avropaçılıq” şüarı, mahiyyət etibarı ilə bu gün ictimai həyatımızda özünə yer tapan “azərbaycançılıq, müsəlmançılıq və müasirlik” doktrinasının yaranmasında mühüm rol oynayıb.Əli bəy Hüseynzadənin başçılıq etdiyi “Füyuzat” jurnalı və eyni adlı ədəbi cərəyan əsrimizin əvvəllərində Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında ciddi xidmətlər göstərib.“Füyuzat” jurnalını Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu 2007-ci ildə bərpa edib, tanınmış alim, professor Teymur Əhmədovun baş redaktorluğu ilə “Füyuzat”ın davamı kimi 33-cü nömrədən nəfis şəkildə çap etdirməyə başlayıb. Artıq 15 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir “Füyuzat” milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir.Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarında Azərbaycançılıq və Turan məfkurəsinin təbliğində əsas rol oynaması ictimaiyyət tərəfindən yüksək səviyyədə qarşılandığını deməyə əsas verir.</description>
Dövlət Kukla teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb
                <description>Naxçıvan, 1 noyabr, AZƏRTAC Naxçıvan Dövlət Kukla Teatrı ilə Salyan Dövlət Kukla Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.Naxçıvan Dövlət Kukla Teatrından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, memorandum Naxçıvan Dövlət Kukla Teatrının direktoru Səyyad Məmmədov və Salyan Dövlət Kukla Teatrının direktoru Yaşar Muradlı tərəfindən imzalanıb.Sənədin əsas məqsədi iki teatr arasında mədəni əlaqələrin genişləndirilməsi, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi və teatr sənəti sahəsində təcrübə mübadiləsinin inkişaf etdirilməsidir. Memoranduma əsasən, teatrlar arasında birgə yaradıcılıq layihələrinin hazırlanması və həyata keçirilməsi, tamaşaların qarşılıqlı nümayişi, yaradıcı kollektivlərin təcrübə mübadiləsinin təşkili, eləcə də qarşılıqlı qastrol səfərlərinin keçirilməsi nəzərdə tutulur. Memorandumun hər iki teatrın yaradıcılıq fəaliyyətinə yeni imkanlar qazandıracağı, teatr kollektivləri arasında peşəkar əlaqələrin möhkəmlənməsinə, mədəni əməkdaşlığın daha da genişlənməsinə və kukla teatrı sənətinin inkişafına töhfə verəcəyi gözlənilir. Müxbir - Nail Əsgərov</description>
Niyə “O”? – Rəssamla görüş
                <description>Bakı, 1 noyabr, AZƏRTAC “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” festivalı çərçivəsində Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadə ilə görüş keçirilib. Görüş rəssamın “O” adlı fərdi sərgisinə həsr olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə Anar Hüseynzadənin yaradıcılıq prosesi, əsərlərinin arxasında dayanan hekayələr və fəlsəfi düşüncələr ətrafında müzakirələr aparılıb.Rəssam üçün “O” hazır cavab deyil. Bu anlayış insanın tam izah edə bilmədiyi, lakin bütün həyatı boyu yaxınlaşmağa çalışdığı həqiqəti ifadə edir. Buna görə də sərgi tamaşaçıya vahid və qəti yozum təqdim etmir, hər kəsi öz sualları və “O”su ilə qarşılaşmağa dəvət edir. Sərginin adı da bu axtarışın açıq sonluğunu ifadə edir: “O” kimdir?Qeyd edək ki, Anar Hüseynzadə 1995–1999-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. 2005-ci ildə bakalavr və magistr təhsilini başa vurub. 2006-cı ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.Rəssam yaradıcılığında müxtəlif mövzu və obrazlar vasitəsilə insan, yaddaş, mənəvi axtarış və varlıq məsələlərinə müraciət edir. Onun əsərləri Azərbaycanla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Avstriya, Lüksemburq, Norveç, Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada və Avstraliyadakı şəxsi və dövlət kolleksiyalarında yer alır. Müxbir - Günel Alıyeva Fotoqraf - İlkin Cavanşirov</description>
Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub
                <description>Bakı, 31 oktyabr, AZƏRTACOktyabrın 31-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF-2026) çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub. AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının Əl-Ula şəhərində yerləşən və müasir incəsənətə həsr edilmiş beynəlxalq mədəniyyət məkanı “Wadi AlFann”ın sifarişi ilə hazırlanan “Zikra: xatirələr gecəsi” tamaşası çoxsaylı mükafatlara layiq görülmüş rejissor və xoreoqraf Əkrəm Xanın ən son yaradıcılıq işidir.Müasir rəqs və klassik hind rəqsinin özünəməxsus hərəkət dilini bir araya gətirən Əkrəm Xan bu layihədə vizual rejissor Mənal Əl-Dovayan ilə əməkdaşlıq edib. Tamaşanın səhnə tərtibatı və geyim dizaynı da onun tərəfindən hazırlanıb. Layihə Əbu-Dabi Mədəniyyət və Turizm Departamentinin nəzdində fəaliyyət göstərən Mədəniyyət Fondunun tərəfdaşlığı ilə təqdim olunur.Ərəb dilində “yaddaş” və “xatırlama” mənalarını verən “Zikra” bir gecəlik ritual kimi düşünülüb. Tamaşada qadınlar bir gecəlik bir araya gələrək özlərindən əvvəl yaşamış insanların ruhlarını oyatmağa çalışırlar. Müqəddəs mərasim və ortaq xatirələrin yada salınması vasitəsilə onlar zamanın sərhədlərini aşaraq keçmişlə bu günü birləşdirir, mənəvi yenilənmə aktını gerçəkləşdirirlər.Tamaşanın orijinal musiqisi hindəsilli amerikalı müğənni və bəstəkar Aditya Prakaş tərəfindən bəstələnib. Musiqi 40-dan çox beynəlxalq ifaçının iştirakı ilə hazırlanıb. Buraya Əl-Ula şəhərinin yerli musiqiçilərinin ifalarının audioyazıları da daxildir. Layihə Əl-Ulanın incəsənət və dizayn mərkəzi olan “Madrasat Addeera”, Əl-Ula Musiqi Mərkəzi və yerli icmanın üzvləri ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlib.“Akram Khan Company”nin bədii rəhbəri və həmtəsisçisi Əkrəm Xan bildirib: “Zikra: xatirələr gecəsi” yaddaş, nələri gələcəyə daşımağı seçdiyimiz və nələri geridə qoymalı olduğumuz barədə şəxsi və mənəvi düşüncələri əks etdirən bir əsərdir. Mənal Əl-Dovayan ilə əməkdaşlıq etmək və Əl-Ulanın təbii mənzərələri fonunda “Zikra”nı yaratmaq mənə incəsənətin müxtəlif mədəniyyətləri, coğrafiyaları və nəsilləri birləşdirmək gücünü bir daha xatırlatdı. Bu əsər şirkətin hazırkı yaradıcılıq mərhələsi üçün mənalı bir yekun təsiri bağışlayır. O, son 25 ildə bizi formalaşdıran hekayələrin, ideyaların və əlaqələrin bir növ bayramıdır”Tamaşanın vizual dünyası “Wadi AlFann”ın rəssamı Mənal Əl-Dovayan tərəfindən yaradılıb. O, 60-cı Venesiya Biennalesində Səudiyyə Ərəbistanı pavilyonunda nümayiş etdirilən irimiqyaslı multimedia instalyasiyası ilə tanınır.“Zikra” layihəsində rəssam ənənəvi sənətkarlıq nümunələrini müasir formalarla birləşdirib. Təbii boyalar səhranın rəng çalarlarını əks etdirir, Əl-Ulanın irsindən qaynaqlanan həndəsi naxışlar isə hər bir obrazın rolunu və simvolik mənasını vurğulayır.Mənal Əl-Dovayan deyib: “Zikra: xatirələr gecəsi” yaddaşın gücü, qadınların hekayələri və icmanın birliyi haqqındadır. Bu layihə mənim üçün şəxsi baxımdan da mühüm mərhələdir. Çünki ilk dəfədir ki, həm geyim, həm də səhnə tərtibatı üzərində çalışıram. Eyni zamanda, dostum və böyük yaradıcılıq potensialına malik Əkrəm Xanla ilk əməkdaşlığımdır. Bu unikal fürsət mənə ifaçılıq sənətini öz yaradıcılıq fəaliyyətimə daxil etmək, səhnə performansını, səsi, geyim dizaynını və yerli sənətkarlığı bir araya gətirərək, keçmişə ehtiram göstərmək və gələcəyə ilham vermək imkanı yaradıb”.Əsər Əl-Ulanın qədim miflərindən və möhtəşəm təbiət mənzərələrindən ilhamlanaraq hazırlanıb. Tamaşanın məkan üçün xüsusi olaraq yaradılmış dünya premyerası 2025-ci ilin yanvarında Əl-Ulanın qədim vahəsində, səhranın qayalı kanyonları fonunda, açıq səma altında nümayiş etdirilib. Bu təqdimat “AlUla Arts Festival 2025” çərçivəsində baş tutub. Müxbir - Gülay Nəzərova Fotomüxbir - İlkin Cavanşirov</description>
Britaniyalı rəqqaslar: Bakı festivalı yarışdan daha çox beynəlxalq rəqs bayramını xatırladır
                <description>Bakı, 31 oktyabr, AZƏRTAC Beynəlxalq rəqs tədbirləri təkcə yarışlarda iştirak etmək deyil, həm də rəqqasların peşəkar inkişafı, təcrübə mübadiləsi aparması və müxtəlif ölkələrdən olan həmkarları ilə tanışlığı baxımından geniş imkanlar yaradır.Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində “Azerbaijan Dance Festival 2026”da iştirak etmək üçün yenidən Bakıya gələn Böyük Britaniya təmsilçiləri, rəqs cütlüyü Paulyus Vaskelis və Yuste Butçünayte səsləndiriblər.Rəqqasların sözlərinə görə, festivalın proqramına təkcə yarışlar deyil, müəllimlərin iştirakı ilə təlimlər, eləcə də peşəkar rəqqaslarla həvəskarları bir araya gətirən Pro-Am turniri də daxildir.“Hər şey çox maraqlıdır. Çünki bu tədbir bəzi yarışlarla müqayisədə daha çox festivala bənzəyir”, – deyə həmsöhbətlərimiz qeyd ediblər.Paulyus Vaskelis və Yuste Butçünayte yenidən Bakıda çıxış etməkdən məmnun olduqlarını da vurğulayıblar. Onların sözlərinə görə, uzun illərdir Londonda yaşayırlar və bu dəfə Dumanlı Albionu təmsil edən yeganə britaniyalı rəqs cütlüyüdürlər.Onlar bildiriblər ki, ilk dəfə Bakıda ötən il olublar və şəhərin müasir görkəmi, gözəlliyi, eləcə də yerli sakinlərin qonaqpərvərliyi onlarda xoş təəssürat yaradıb. Müxbir – Lalə Minasazova Fotoqraf – Elşad Mirzə  </description>