AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi
Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq
                <description>Bakı, 4 noyabr, AZƏRTAC Abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 4-də paytaxtın Yasamal və Nizami rayonlarında, həmçinin Abşeron və Binəqədi rayonlarının bəzi ərazilərində təmir və yenidənqurma işləri aparılacaq.Bu barədə AZƏRTAC-a “Azərişıq” ASC-dən məlumat verilib.Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində transformator məntəqəsində (TM) aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Balababa Məcidov, Cəfər Cabbarlı, Əli bəy Hüseynzadə, İbrahim Əbilov, Murtuza Muxtarov və Zərgərpalan küçələrində, eləcə də Birinci Alatava yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.Nizami Rayon RETSİ-nin xidməti ərazisində yerləşən transformator məntəqəsində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Tofiq Abbasov küçəsi, 15 ünvanında elektrik enerjisinin verilişində qısamüddətli fasilə yaranacaq.Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində 35/6 kV-luq 93 saylı yarımstansiyadan çıxan 6 kV-luq “Aşağı Sulutəpə” hava xətti üzrə naqillər yenilənəcək. Yenidənqurma işləri ilə əlaqədar saat 10:00-dan 16:00-dək Binəqədi rayonunun Sulutəpə qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində planlı fasilə olacaq.Bundan başqa, Sumqayıt Regional Enerji Təchizatı və Satışı İdarəsinin xidməti ərazisində yerləşən Abşeron RETSİ-nin bir sıra yaşayış sahələrində də elektrik enerjisinin verilişi müvəqqəti məhdudlaşdırılacaq.Belə ki, 110/35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq hava xəttinin yuvasında aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Heydər Əliyev, Zərifə Əliyeva, Babək, Üzeyir Hacıbəyov, Mirzə İbrahimov, Cəfər Cabbarlı, Əliağa Vahid, Afiq Əbdülhüseynov, Nazim Həsənov və Hamlet Həşimov küçələrinin müəyyən ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Həmçinin 35 kV-luq “Qobu” hava xəttindən qidalanan transformator məntəqələri və komplekt transformator məntəqələrində aparılacaq təmir və təftiş işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişi dayandırılacaq.Qeyd edək ki, görülən işlər elektrik enerjisinin verilişinin keyfiyyət göstəricilərinin yüksəldilməsinə, eləcə də artan yük tələbatının qarşılanmasına xidmət edir.  </description>
Böyük Britaniya qida keyfiyyəti standartlarını Aİ ilə uyğunlaşdıracaq
                <description>Bakı, 4 noyabr, AZƏRTAC Böyük Britaniya Avropa İttifaqı ilə münasibətlərin yaxınlaşdırılması çərçivəsində qida və içki məhsullarına dair keyfiyyət standartlarını Aİ normalarına uyğunlaşdıracaq.AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Endi Börnhem “Sky News” telekanalına müsahibəsində bildirib.Baş nazirin sözlərinə görə, yeni razılaşma ölkənin iqtisadi artımını əlavə 0,4 faiz artırmağa və Britaniya biznesi üçün bürokratik maneələri azaltmağa imkan verə bilər.Razılaşmanın noyabrın 20-də Brüsseldə keçiriləcək Aİ-Böyük Britaniya sammitində imzalanması gözlənilir. Sənədin qida və içki məhsullarının ticarəti zamanı sanitariya və fitosanitar yoxlamalarının aradan qaldırılmasını nəzərdə tutduğu bildirilir.Qeyd edək ki, Böyük Britaniya 2020-ci il fevralın 1-də Avropa İttifaqından rəsmən çıxıb.</description>
Fransa daxili işlər naziri iğtişaşları hökumətin uğursuzluğu adlandırıb
                <description>Bakı, 4 noyabr, AZƏRTAC Fransanın daxili işlər naziri Loran Nunyes oktyabrın 17-də ölkədə baş verən kütləvi iğtişaşlar zamanı ictimai asayişin təmin olunmamasına görə məsuliyyəti üzərinə götürüb.AZƏRTAC xəbər verir ki, nazir bu barədə Milli Assambleyada çıxışı zamanı bildirib.Nunyes qeyd edib ki, həmin gün ictimai binaların və ticarət obyektlərinin təhlükəsizliyini təmin etmək mümkün olmayıb. O, baş verənləri hökumətin uğursuzluğu kimi qiymətləndirərək məsuliyyəti qəbul etdiyini vurğulayıb.Qeyd edək ki, oktyabrın 17-də Paris də daxil olmaqla, Fransanın bir sıra şəhərlərində yaşayış xərclərinin artmasına etiraz olaraq keçirilən aksiyalar kütləvi iğtişaşlara, talanlara və yanğınlara çevrilib.Oktyabrın 18-də Nunyes istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim etsə də, dövlət başçısı istefanı qəbul etməyib.</description>
CNN: Tramp ABŞ-də aralıq seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
                <description>Bakı, 4 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Tramp və administrasiyanın bir sıra üzvləri Konqresə aralıq seçkilərin nəticələrini Ağ Evin Şərq otağından izləyəcəklər.AZƏRTAC xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadla məlumat yayıb.Məlumata görə, Tramp köməkçiləri ilə söhbətində Respublikaçı namizədlərin seçki kampaniyasına dəstək üçün göstərdiyi səyləri vurğulayıb. Bununla yanaşı, o, özəl söhbətlərində partiyanın seçkilərdə ən pis ssenari ilə üzləşə biləcəyini də etiraf edib.Ağ Evin iki rəsmisi administrasiyanın seçkilərin istənilən nəticəsinə hazır olduğunu bildirib.Qeyd edək ki, ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə Senatın 35 üzvü və Nümayəndələr Palatasının bütün 435 üzvü seçilir. Həmçinin 36 ştatda qubernator seçkiləri keçirilir.</description>
Çempionlar Liqasının IV turunun ilk günündə 9 qarşılaşma olub
                <description>Bakı, 4 noyabr, AZƏRTAC UEFA Çempionlar Liqasında IV tura start verilib.AZƏRTAC xəbər verir ki, turun ilk günündə 9 qarşılaşma baş tutub.UEFA Çempionlar LiqasıLiqa mərhələsiIV tur21:45. "Şaxtyor" (Ukrayna) - "Sportinq" (Portuqaliya) – 0:121:45. "Qalatasaray" (Türkiyə) - "Ştutqart" (Almaniya) – 2:000:00. "Barselona" (İspaniya) - "Aston Villa" (İngiltərə) – 3:000:00. "Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya) – 0:200:00. "Mançester Yunayted"(İngiltərə) - "Roma" (İtaliya) -3:200:00. "Feyenoord" (Niderland) - "İnter" (İtaliya) – 0:300:00. "Budyo-Qlimt" (Norveç) - "Lill" (Fransa) – 0:000:00. "Vilyarreal" (İspaniya) - PSJ (Fransa) – 0:600:00. LASK (Avstriya) - "Slovan" (Slovakiya) – 4:0.Qeyd edək ki, Liqa mərhələsində IV turun digər oyunları bu gün keçiriləcək.</description>
“Bavariya” Çempionlar Liqasında “Atletiko Madrid”ə qalib gəlib
                <description>Bakı, 4 noyabr, AZƏRTACAlmaniyanın “Bavariya” klubu UEFA Çempionlar Liqasının dördüncü turunda səfərdə İspaniyanın “Atletiko Madrid” komandasını 2:0 hesabı ilə məğlub edib.AZƏRTAC xəbər verir ki, Madriddə keçirilən görüşdə qolları Lennart Karl (54-cü dəqiqə) və Konrad Laymer (74-cü dəqiqə) vurublar.Bu qələbədən sonra “Bavariya” turnirdə 8 xalla çıxışını davam etdirir. “Atletiko Madrid” isə 4 xalla turnir cədvəlinin aşağı pillələrində qərarlaşıb.Növbəti turda “Atletiko Madrid” səfərdə Norveçin “Vikinq” komandası ilə, “Bavariya” isə Fransanın “Lill” klubu ilə qarşılaşacaq. Görüşlər noyabrın 25-də keçiriləcək.</description>
İspaniyanın nəqliyyat naziri qatar qəzasından sonra istefa verdiyini açıqlayıb
                <description>Bakı, 4 noyabr, AZƏRTAC İspaniyanın nəqliyyat naziri Oskar Puente istefa verdiyini açıqlayıb. Qərar Toledo əyalətində baş verən ağır qatar qəzasından sonra verilib.AZƏRTAC xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.Qeyd edək ki, oktyabrın 28-də Toledo əyalətinin Urda şəhəri yaxınlığında Madrid-Sevilya marşrutu üzrə hərəkət edən iki sərnişin qatarı toqquşub. Qatarların hər ikisində ümumilikdə təxminən 540 sərnişin olub. Hadisə nəticəsində 69 nəfər həlak olub.</description>
PSJ Çempionlar Liqasında 17 dəqiqəyə dörd qol vuraraq rekord müəyyənləşdirib
                <description>Bakı, 4 noyabr, AZƏRTACFransanın PSJ klubu UEFA Çempionlar Liqasının dördüncü turunda İspaniyanın “Vilyarreal” komandası ilə səfər oyununda 17 dəqiqə ərzində dörd qol vuraraq turnirin rekordunu yeniləyib.AZƏRTAC xəbər verir ki, Paris təmsilçisinin qollarını Joao Neveş (9-cu dəqiqə), Desire Due (12), Senny Mayulu (13) və Fabian Ruis (17) vurublar.Bundan əvvəlki rekord 2011-ci ilin noyabrında müəyyənləşib. Həmin vaxt bir komanda Zaqreb “Dinamo”sunun qapısından 20 dəqiqə ərzində dörd top keçirib.</description>
NYT: ABŞ və Venesuela hərbi razılaşma üzrə danışıqlar aparır
                <description>Bakı, 4 noyabr, AZƏRTAC ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuelada Amerika hərbçilərinin uzunmüddətli mövcudluğunu nəzərdə tutan hərbi razılaşma üzrə danışıqlar aparır.AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti mənbələrə istinadla məlumat yayıb.Məlumata görə, danışıqlara ABŞ Dövlət katibi Marko Rubio rəhbərlik edir. Tərəflər arasında qüvvələrin statusu haqqında sazişin imzalanması nəzərdə tutulur. Hərbi kontingentin yerləşdirilməsi və mövcudluğunun detalları sonrakı razılaşmalarla müəyyənləşdirilə bilər.Bununla belə, ABŞ-nin Venesuelada yeni hərbi baza yaratmaq, yoxsa mövcud hərbi obyektlərdən istifadə etmək niyyətində olduğu hələlik məlum deyil.ABŞ Dövlət Departamentinin rəsmisi Vaşinqtonun Venesuela ilə təhlükəsizlik sahəsində əməkdaşlığı genişləndirmək istədiyini, lakin hazırda hərbi baza ilə bağlı danışıqlar aparılmadığını bildirib.</description>
Oman sahillərində tankerə hücum edilib
                <description>Bakı, 4 noyabr, AZƏRTAC Oman sahillərində tankerdə insident baş verib. Gəmiyə iki naməlum mərmi düşüb.AZƏRTAC xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) məlumat yayıb.Bildirilib ki, hadisə Oman sahillərindən 14 dəniz mili şimal-şərqdə, Lima yaxınlığında qeydə alınıb. Mərmilərdən ikisi tankerin mühərrik otağına dəyib.İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar və ətraf mühitə ziyan barədə məlumat yoxdur.</description>
Baş məşqçi: “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm
                <description>Bakı, 4 noyabr, AZƏRTAC “Sabah” üçün hazır və yaxşı formada olan 23 futbolçunu seçdiyimizi düşünürəm. Bir-iki oyunçu ilə bağlı yekun qərarı isə məşqdən sonra verəcəyik.AZƏRTAC xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının liqa mərhələsinin IV turunda Norveçin “Vikinq” komandası ilə keçiriləcək oyun ərəfəsində təşkil olunan mətbuat konfransında bildirib.Litvalı mütəxəssis süni örtüklü meydançaların futbolçuların sağlamlığına təsiri ilə bağlı fikirlərini bölüşüb. O, bu cür meydançaların daha çox zədəyə səbəb olduğunun elmi cəhətdən sübut edilmədiyini qeyd edib.Dambrauskas sıx oyun qrafikinin futbolçuların fiziki vəziyyətinə təsirindən də danışıb: “Belə sıx qrafikdə futbolçularda həmişə xırda zədələr və zərbələr olur. Hər üç-dörd gündən bir meydana çıxırıq. Bununla belə, bu, hamımız üçün böyük oyundur və bir çoxlarının arzusudur. Bu turnirdə iştirak etdiyimiz üçün xoşbəxtik”.Səfərlərin bərpa prosesinə təsirinə toxunan mütəxəssis beş saatlıq təyyarə və ümumilikdə 12 saatlıq qatar səfərinin futbolçuların istirahəti üçün ayrılan vaxtı azaltdığını vurğulayıb: “Əsas çətinlik futbolçuları mümkün qədər dincəlmiş və sağlam vəziyyətdə saxlamaqdır. Bu məsuliyyət həm tibbi heyətin, həm də məşqçilərin üzərinə düşür”.Norveçə 26 ildən sonra qayıtması barədə danışan Dambrauskas burada yenidən olmağın onun üçün xoş olduğunu bildirib: “26 il əvvəl Norveçdə təxminən üç ay yarım, bəlkə də dörd aya yaxın qalmışdım. Burada yenidən olmaq çox xoşdur və möhtəşəm hisslər yaradır. Xüsusilə də başqa səbəblə deyil, futbol üçün burada olmaq”.</description>
Media: İsrail Trampın 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına təəccüblənib
                <description>Bakı, 4 noyabr, AZƏRTAC İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın yəhudi dövlətinə illik 4 milyard dollarlıq maliyyə yardımının dayandırılması ilə bağlı açıqlamasına hazır olmayıb.AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Kan dövlət televiziyası məlumat yayıb.İsrail Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi bildirib ki, Vaşinqtonla davamlı təmaslara baxmayaraq, belə bir açıqlama gözlənilməz olub. Onun sözlərinə görə, qərarın nəticələri hələlik tam aydın deyil.Telekanalın məlumatına görə, cəmi iki həftə əvvəl İsrailin müdafiə heyəti ABŞ-yə səfər edərək amerikalı hərbi rəsmilərlə gələcək silah alışını müzakirə edib.Qeyd edək ki, noyabrın 3-də Tramp “Fox News” telekanalına müsahibəsində ABŞ-nin ilin sonunadək İsrailə illik 4 milyard dollarlıq maliyyə yardımını dayandıracağını bildirib. Onun sözlərinə görə, bu məsələ İsrailin Baş naziri Binyamin Netanyahu ilə bir neçə ay əvvəl razılaşdırılıb.</description>
“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC UEFA Çempionlar Liqasının liqa mərhələsində IV turun oyunları keçirilir.AZƏRTAC xəbər verir ki, Türkiyənin “Qalatasaray” klubu doğma meydanda Almaniyanın “Ştutqart” komandasını 2:0 hesabı ilə məğlub edib. İstanbul təmsilçisinin hər iki qolunu 12-ci və 15-ci dəqiqələrdə Aleksey Batrakov vurub.Turun digər qarşılaşmasında Portuqaliyanın “Sportinq” klubu səfərdə Ukraynanın “Şaxtyor” kollektivini 1:0 hesabı ilə məğlub edib. Yeganə qola 59-cu dəqiqədə İssa Dumbiya imza atıb.Qeyd edək ki, turun digər oyunlarında “Barselona” – “Aston Villa”, “Atletiko” – “Bavariya”, “Mançester Yunayted” – “Roma”, “Feyenoord” – “İnter”, “Budyo-Qlimt” – “Lill”, “Vilyarreal” – PSJ və LASK – “Slovan” komandaları üz-üzə gələcəklər. IV turun digər matçları noyabrın 4-də keçiriləcək.</description>
Əmir Əlişir Nəvainin irfani dünyası” kitabının Daşkənddə təqdimatı olub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Tanınmış ədəbiyyatşünas alim, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor Nurbay Cabbarovun böyük şair və mütəfəkkir Əlişir Nəvainin həyat və yaradıcılıq irsinin tədqiqinə həsr olunmuş “Məni əhlinin sahibqiranı” monoqrafiyası Azərbaycan dilində nəşr edilib.AZƏRTAC xəbər verir ki, Bakıda “Elm və təhsil” nəşriyyatında “Əmir Əlişir Nəvainin irfani dünyası” adı ilə çap olunan kitabı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Özbəkistan-Türkmənistan ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Almaz Ülvi Binnətova və Təbriz Universitetinin professoru, filologiya elmləri doktoru Hüseyn Xoşbatin Azərbaycan dilinə tərcümə ediblər. Tərcüməçilər kitaba yazdıqları “Ön söz”də əsərin elmi məziyyətlərini diqqətə çatdıraraq onu Azərbaycan oxucularına təqdim ediblər.“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev arasında mövcud olan qarşılıqlı dostluq və yaxın əməkdaşlıq Azərbaycan-özbək ədəbi əlaqələrinin inkişafı üçün də geniş imkanlar açır. Ölkə rəhbərimizin hər bir çıxışında ədəbi dostluğun əbədi dostluq olduğunu vurğulamasının kökündə də məhz bu həqiqət dayanır. Bu gün təqdimatı keçirilən kitab da belə bir əməkdaşlığın bəhrəsidir”, – deyə Özbəkistan Yazıçılar Birliyinin sədri, Özbəkistanın xalq şairi Sirasəddin Seyyid təqdimat mərasimini açarkən bildirib.O vurğulayıb ki, tanınmış ədəbiyyatşünas alim Nurbay Cabbarovun dahi Əlişir Nəvayiyə həsr etdiyi bu kitab nəvaişünaslıq sahəsində əldə olunmuş elmi yeniliklərin qardaş Azərbaycan xalqına, xüsusilə də gənc nəslə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.Tədbirdə Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Maqsud Asadov, kitabın tərcüməçisi, professor Almaz Ülvi Binnətova, ədəbiyyatşünas alimlər Sayfiddin Rafiddinov və Abdumurod Tilavov, Azərbaycan şairi İntiqam Yaşar, eləcə də şair Axtamqul Karim çıxış ediblər. Natiqlər təqdim olunan əsərin elmi və ədəbi əhəmiyyətini vurğulayaraq onun Əlişir Nəvainin həyat yolu, yaradıcılığı və ədəbi-elmi irsi ilə bağlı tədqiqatlara yeni məlumatlar və orijinal şərhlər gətirdiyini bildiriblər. Onlar, həmçinin yüksək səviyyədə həyata keçirilmiş tərcümənin iki qardaş xalq arasında ədəbi-elmi dialoqun genişlənməsindəki roluna dair fikirlərini bölüşüblər.Kitabda Əlişir Nəvainin şəxsiyyəti, dövlət xadimi kimi fəaliyyəti və quruculuq missiyası yeni elmi şərhlər əsasında işıqlandırılıb. Dahi sənətkarın irfani və ədəbi-estetik dünyası ilə bağlı yeni elmi yanaşmalar irəli sürülüb. “Xəmsə”də sənətkarın bədii konsepsiyası, ana obrazının poetik təfsiri ilə bağlı elmi-nəzəri mülahizələr təqdim edilib. Əlişir Nəvai yaradıcılığının milli ədəbi-estetik təfəkkürün təkamülünə təsiri məsələləri araşdırılıb.Bununla yanaşı, böyük şairin yaradıcılıq ənənələrinin Zakircan Furqat, Abdulla Aripov və Sirasəddin Seyyidin poeziyasında layiqincə davam etdirilməsinə dair analitik mülahizələr də monoqrafiyada öz əksini tapıb.</description>
Fransada zərgərlik fabrikindən 50 kiloqramadək qızıl oğurlanıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Fransanın şərqində yerləşən Besanson şəhərində zərgərlik fabrikinə silahlı basqın edilib. Nəticədə 50 kiloqramadək qızıl və zərgərlik məmulatları oğurlanıb.AZƏRTAC xəbər verir ki, bu barədə “Franceinfo” radiostansiyası məlumat yayıb.Məlumata görə, noyabrın 3-də səhər saatlarında beş silahlı şəxs fabrikə daxil olaraq qiymətli əşyaları ələ keçirib və hadisə yerindən qaçıb.Polis daha sonra cinayətkarların qaçmaq üçün istifadə etdikləri yanmış avtomobili aşkarlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.</description>
Yəmən hökuməti SEPAH-ı husilərə hərbi dəstəyi artırmaqda ittiham edib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin rəhbəri Rəşad Məhəmməd Əl-Əlimi İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) husilərə hərbi dəstəyi artırmaqda ittiham edib.AZƏRTAC xəbər verir ki, bu barədə SABA xəbər agentliyi məlumat yayıb.Əl-Əliminin sözlərinə görə, SEPAH husilərin hərbi əməliyyatlarını istiqamətləndirmək, onlara raket texnologiyaları və pilotsuz uçuş aparatlarının hazırlanmasında dəstək göstərməkdə getdikcə daha fəal rol oynayır.O, İranın regional təsirini qorumaq məqsədilə Yəməndəki hərbi iştirakını genişləndirdiyini bildirib.“Əl-Cəzirə”nin məlumatına görə, İran husilərə dəstək göstərdiyini dəfələrlə təkzib edib. Husilər də Tehrandan müstəqil fəaliyyət göstərdiklərini bəyan ediblər.Qeyd edək ki, oktyabrın 4-də Yəmənin beynəlxalq səviyyədə tanınmış hökumətinin qüvvələri husilərə qarşı əks-hücuma keçib. Tərəflər arasında toqquşmalar davam edir.</description>
Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bolqarıstanın paytaxtı Sofiya şəhərində oktyabrın 31-dən noyabrın 1-dək 16-cı “WSF - şotokan karate" üslubu üzrə Avropa ölkələrinin çempionatı keçirilib.Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, yarışda Azərbaycan Karate Federasiyasının (AKF) deflimpiya və parakarate üzrə yığma komandaları, eləcə də digər idmançılarımız uğurla çıxış ediblər.Çempionatda ölkəmizi təmsil edən idmançılar müxtəlif yaş və çəki kateqoriyaları üzrə mübarizə apararaq yüksək nəticələr əldə ediblər.Parakarate yarışlarında Aysel Əhmədli bütün rəqiblərini geridə qoyaraq qızıl medala sahib olub.Deflimpiyaçılar arasında keçirilən yarışlarda isə Hikmət Ağayev, 75 kiloqram çəki dərəcəsində Elmin Hüseynli və kata üzrə Aytən Qədirova qızıl medal qazanıblar.16-17 yaşlı idmançılar arasında 61 kiloqram çəki dərəcəsində Yusif Əzimzadə, böyüklər arasında 60 kiloqramda Nizaməddin Əzimzadə və 75 kiloqramda Ələkbər Əlizadə gümüş medala layiq görülüblər.Elnur Qasımzadə və Fəqan Yasimov isə 67 kiloqram çəki dərəcəsində bürünc medal qazanaraq yığmamızın uğurlarına töhfə veriblər.Şotokan karate üzrə fərdi yarışlarda da Azərbaycan təmsilçiləri uğurlu nəticələr əldə ediblər. Böyüklər arasında “Şobu Nihon” kateqoriyasında 75 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Elçin Şiriyev qızıl medal qazanıb. Eyni çəki dərəcəsində Ramin Mazanov, kata üzrə isə Nihad Məmmədzadə gümüş medala sahib olublar.Gənclər arasında 16-17 yaş kateqoriyasında 68 kiloqram çəki dərəcəsində çıxış edən Əbülfəz Rəfiyev də qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.Komanda yarışlarında da Azərbaycan təmsilçiləri fərqləniblər. Kişilərdən ibarət yığma komandamız final görüşündə Türkiyə idmançılarına qalib gələrək qızıl medal qazanıb.Azərbaycan Karate Federasiyasının “Şotokan karate” üslubu üzrə rəhbəri Rənad Əliyevin müşayiəti ilə çempionat və birincilikdə iştirak edən idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil ediblər.</description>
“Turan” klubu CEV Çempionlar Liqasında qələbə qazanıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Qadın voleybolçulardan ibarət “Turan” komandası CEV Çempionlar Liqasında növbəti oyununa çıxıb.AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu III təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın “Maritsa” klubunu məğlub edib.Plovdivdə keçirilən qarşılaşma təmsilçimizin 3:0 (25:22, 25:22, 25:20) hesablı qələbəsi ilə başa çatıb.Komandalar arasında cavab görüşü noyabrın 10-da keçiriləcək.Qeyd edək ki, “Turan” II təsnifat mərhələsində Xorvatiyanın “Mladost” kollektivini hər iki oyunda məğlub edib – 3:0, 3:2.</description>
Ankarada Azərbaycanın Zəfər Günü qeyd olunub
                <description>Ankara, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də Ankaradakı “Qazi” Ordu Evində Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin altıncı ildönümü münasibətilə təntənəli qəbul və konsert proqramı təşkil olunub.AZƏRTAC xəbər verir ki, ölkəmizin Türkiyədəki səfirliyinin və SOCAR-ın təşkilatçılığı ilə keçirilən tədbirdə qardaş ölkənin rəsmi şəxsləri və siyasətçiləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Azərbaycanın hərbi attaşelik aparatı və Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi təmsilçiləri, ictimai xadimlər, alimlər və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.Tədbir iştirakçıları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə həyatlarını qurban vermiş şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.Tədbirdə çıxış edən Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən danışıb.Onun sözlərinə görə, dövlətimizin başçısının qətiyyəti və 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığı sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa edib və dünyada qalib dövlət kimi tanınıb.O qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörən və düşünülmüş siyasəti ölkəmizin gələcək inkişafı üçün möhkəm təməl və stimuldur.Diplomat Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının inkişafı prosesinə də toxunub. “On minlərlə Azərbaycan vətəndaşı ölkəmizin işğaldan azad edilmiş ərazilərində yaşayır və çalışır”, – deyə R.Aslanov xüsusi vurğulayıb.Səfir Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı fonunda Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin sarsılmazlığını da qeyd edib.“Şəhidlərimiz qarşısında borcumuz Azərbaycanın maraqlarını möhkəmləndirmək və qorumaqdır. Qardaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində mühüm mərhələ Şuşa Bəyannaməsinin imzalanması olub”, – deyə R.Aslanov çıxışını “Yaşasın Azərbaycan! Yaşasın Türkiyə!” sözləri ilə yekunlaşdırıb.Tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı 44 günlük müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərin regionda uzunmüddətli sülh və sabitlik üçün imkanlar yaratdığını bildirib.O, regionda davamlı sülhün təmin edilməsinin hamının ortaq məsuliyyəti olduğunu vurğulayıb, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində uğurla həyata keçirilən bərpa və quruculuq işlərinə diqqət çəkərək bu prosesdə Türkiyə şirkətlərinin iştirakını xatırladıb.Daha sonra Azərbaycanın Zəfər Gününə həsr olunmuş sənədli film nümayiş etdirilib.Tədbir çərçivəsində Xalq artisti Azər Zeynalovun və “Zəngəzur” rəqs qrupunun iştirakı ilə konsert proqramı təqdim olunub. Ramin Abdullayev AZƏRTAC-ın xüsusi müxbiri Ankara</description>
Ayxan Mehdizadə: XIX əsrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC XIX əsrin ilk üçdəbirində Azərbaycanda istehsal olunan çaxmaqlı tüfənglər uzaq məsafədən atəş açmaq və yüksək dəqiqliklə hədəfi vurmaq xüsusiyyətləri ilə seçilirdi. Tarixi sənədlərə əsasən, bəzi nümunələr 25-40 metr məsafədən 3 millimetr qalınlığında polad lövhəni deşə bilirdi. Həmin dövrdə Bakı, Gəncə, Şuşa və Dərbənd silah istehsalının mühüm mərkəzləri olub.Bunu AZƏRTAC-ın müxbirinə Azərbaycan Milli Elmlər Akademiyasının Süni intellekt, rəqəmsal tarix və etnologiya şöbəsinin elmi işçisi, Tarix və Etnologiya İnstitutunun Gənc Alimlər Şurasının sədri Ayxan Mehdizadə deyib.Onun sözlərinə görə, XIX əsrdə Azərbaycanda silah istehsalının öyrənilməsi təkcə əsas istehsal mərkəzlərini müəyyənləşdirməyə deyil, həm də yerli silahların texniki xüsusiyyətlərini, növlərini və yayılma arealını izləməyə imkan verir. Cənubi Qafqazda imperiya qoşunlarının irəlilədiyi dövrdə tərtib edilmiş hərbi hesabatlar, silahların müsadirə olunmasına dair aktlar və digər arxiv sənədləri bu araşdırmada mühüm əhəmiyyət daşıyır.Bu sahədə mühüm mənbələrdən biri 1866-1904-cü illərdə nəşr olunmuş 12 cildlik “Qafqaz Arxeoqrafiya Komissiyası tərəfindən toplanmış aktlar” toplusudur. Burada rəsmi hərbi yazışmalar, müsadirə edilmiş silahlar barədə məlumatlar və ələ keçirilmiş əşyaların siyahıları yer alır. Bu mövzuya dair materiallar Rusiya Dövlət Hərbi-Tarix Arxivində, xüsusilə Qafqaz Ordusunun qərargahı ilə əlaqəli 446 nömrəli fondda, eləcə də Gürcüstanın Mərkəzi Dövlət Tarix Arxivində saxlanılır.Əlavə məlumatlara XIX əsrin dövri nəşrlərində, xüsusilə “Tiflisskiye vedomosti” və “Kavkaz” qəzetlərində, həmçinin P.Butkov və N.Dubrovinin tarixi əsərlərində rast gəlmək mümkündür.A.Mehdizadə qeyd edib ki, arxiv materialları yalnız odlu silahları deyil, digər silah növlərini də öyrənməyə imkan verir. Sənədlərdə Azərbaycan şəmşirləri, qalxanlar, döyüş baltaları və digər silah nümunələri haqqında məlumatlar yer alır. Arxiv təsvirlərini günümüzədək qorunub saxlanılan əşyalarla müqayisə etmək imkanı xüsusi maraq doğurur. Belə ki, İbrahimxəlil xanın altıhissəli toppuzunun arxivlərdəki təsviri hazırda Azərbaycan Milli Tarix Muzeyinin fondlarında saxlanılan nümunəyə uyğun gəlir. Bu isə arxiv məlumatlarının maddi sübutlarla təsdiqlənməsinə imkan verir.Bununla yanaşı, tədqiqatçı silah ustaları haqqında məlumatların fraqmentlər halında qorunub saxlanıldığına diqqət çəkib. Sənədlərdə yerli istehsalla bağlı ayrı-ayrı məlumatlara rast gəlinsə də, ustaların sistemli uçotu aparılmayıb. Bundan əlavə, arxiv materiallarını araşdırarkən onların mənşə xüsusiyyətlərini nəzərə almaq lazımdır. Belə ki, bəzi müəlliflər yerli silah istehsalını qərəzli şəkildə qiymətləndirib, bəzi silah növlərinin adları isə rus hərbi terminologiyasına uyğunlaşdırılarkən təhrifə məruz qalmış ola bilər.A.Mehdizadənin fikrincə, Azərbaycanda silah istehsalının tarixini daha dolğun bərpa etmək üçün müxtəlif mənbələrdəki məlumatları qarşılıqlı müqayisə etmək lazımdır. Rusiya sənədləri ilə yanaşı, Osmanlı və İran mənbələri, Gürcüstan arxivlərinin materialları və yerli xanlıqların salnamələri də mühüm əhəmiyyət daşıyır. Bu mənbələrin müqayisəli şəkildə öyrənilməsi XIX əsrdə Azərbaycanda silah istehsalının, yayılmasının və istifadəsinin xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə, həmçinin yerli silah ustalığının texniki və bədii səviyyəsini üzə çıxarmağa imkan verəcək. Müxbir – Lalə Minasazova</description>
Leo Qabriadze: Teatrımızın tamaşasını Azərbaycan auditoriyasına təqdim etməkdən məmnunuq
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Nəhayət ki, sizin qonağınız olduq və bunun üçün çox xoşbəxtik. Bakı gözəl şəhərdir və burada olmaqdan böyük zövq alırıq.Bunu jurnalistlərlə söhbətində Tbilisi Kukla Teatrının bədii rəhbəri və prodüseri Leo Qabriadze deyib. O, “Alfred və Violetta” tamaşası ərəfəsində Bakı Beynəlxalq İncəsənət Festivalı – BIAF-2026 çərçivəsində media nümayəndələri ilə görüşüb. “Teatrımızın tamaşasını Azərbaycan auditoriyasina təqdim etməkdən və sizi sənətimizlə tanış etməkdən məmnunuq. Çox uzun illər əvvəl Bakıda olmuşam və bu müddət ərzində şəhər xeyli dəyişib. Burada bizi çox mehriban qarşıladılar. Dəvətə görə festivala təşəkkürümü bildirmək istəyirəm. Uzun müddətdir Bakıya gəlmək arzusunda idik, lakin müxtəlif səbəblərdən bu, mümkün olmurdu. Bu festival isə arzumuzu gerçəkləşdirdi. Bir daha böyük məmnuniyyətlə gələrdim”, – deyə müsahibimiz vurğulayıb.AZƏRTAC-ın müxbirinin sualını cavablandıran L.Qabriadze azərbaycanlı həmkarları – Kukla Teatrının nümayəndələri ilə də tanış olmaq istədiyini bildirib.“Bu sahədə çalışanların hamısı bir ailənin üzvləridir. Müasir dünyada kukla teatrı ilə məşğul olmaq asan iş deyil. Azərbaycanlı həmkarlarıma ən xoş arzularımı çatdırıram”, – deyə L.Qabriadze əlavə edib. Müəllif: Anara Axundova Foto: İlkin Cavanşirov</description>
Samuxda yeniyetmə və gənclər şanlı Zəfər dastanını qəhrəmanların dilindən dinləyiblər
                <description>Samux, 3 noyabr, AZƏRTAC Samuxda yeniyetmə və gənclərin iştirakı ilə “Vətən müharibəsi Qəhrəmanları ilə bir gün” adlı tədbir keçirilib. AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, “Vətən Müharibəsi Qəhrəmanı” xüsusi fərqlənmə nişanı ilə təltif olunmuş Əli Hüseynov və ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Aydın Şıxalıyev keçdikləri şərəfli döyüş yolundan, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edərək, döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Vurğulanıb ki, Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi ilə hərb tarixinin yeni və şanlı salnaməsini yazıb. Vətən müharibəsinin qəhrəmanları döyüşlərə qatıldıqları ilk günlərdən etibarən qarşıya qoyulan tapşırıqların lazımınca yerinə yetirilməsi, silahdaşları ilə çiyin-çiyinə apardıqları mübarizə və tarixi Zəfərə gedən yol barədə ətraflı danışıblar. Vətənə sevgi və sədaqətin, milli-mənəvi dəyərlərə hörmətin əhəmiyyətini xüsusi vurğulayan qonaqlar yetişən nəslin nümayəndələrinə ölkəmizin əldə etdiyi şanlı Zəfərin mahiyyətini dərindən öyrənməyi, şəhidlərimizin və qazilərimizin qəhrəmanlığını daim ehtiramla yad etməyi tövsiyə ediblər.Görüş iştirakçılarını maraqlandıran suallar da cavablandırılıb.  Müxbir – Vüsalə Cənnətova    </description>
“Xilasedici” komandası CEV Çempionlar Liqasında ilk oyununa çıxıb
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Kişilərdən ibarət “Xilasedici” voleybol komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununu keçirib.AZƏRTAC xəbər verir ki, Azərbaycan təmsilçisi Bakıda Portuqaliyanın “Sportinq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb – 25:23, 19:25, 23:25, 25:23, 15:10.Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında təşkil olunub.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 11-də Portuqaliyada keçiriləcək.  </description>
Pakistanlı ekspert: Rifah dövləti konsepsiyası tənəzzülə uğramaq üzrədir - ŞƏRH  VİDEO
                <description>Bakı, 3 noyabr, AZƏRTACAvropada keçirilən müxtəlif etiraz aksiyaları, xüsusilə Z nəslinin bu aksiyalardakı rolu liberal dünya nizamının dağıldığını, liberalizm və kapitalizm prinsipləri əsasında formalaşan rifah dövləti konsepsiyasının isə tənəzzülə uğradığını göstərir. Bütün bunlar həmin ölkələrin Qlobal Cənuba münasibətdə yürütdüyü xarici siyasətin nəticəsidir.Bunu AZƏRTAC-a şərhində beynəlxalq münasibətlər üzrə pakistanlı ekspert Münəvvər Hüseyn deyib. O hesab edir ki, nəticədə dünya iqtisadiyyatında inflyasiya müşahidə olunur və Avropada da eyni vəziyyət yaranıb.“Məhz bu səbəbdən Fransa, Almaniya, Belçika, İtaliya və Polşada etiraz aksiyaları keçirilir. Bütün bunlara Qlobal Cənuba münasibətdə yürüdülən kapitalist siyasəti səbəb olub. Həmin siyasət etirazlara yol açıb, inflyasiyaya səbəb olub və liberal dünya nizamını dağıdıb”, – deyə müsahibimiz qeyd edib. Müəllif- Leyla Muradzadə</description>
Şərur rayonunun bəzi kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq
                <description>Naxçıvan, 3 noyabr, AZƏRTAC Noyabrın 4-də 154/110/35 kV-luq "Arpaçay" yarımstansiyasında AzərEnerji” ASC-nin Naxçıvan Enerji MMC tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar verilən sifariş əsasında 35 kv luq "Xanlıqlar" və "Mahmudkənd" hava elektrik xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bununla əlaqədar, sabah saat 13:00-dan 15:00-dək Şərurun Cəlilkənd, Mahmudkənd, Oğlanqala, Yeni Havuş, Xətai, Oğuz, Aşağı Daşarx, Tənənəm, Danyeri, Xanlıqlar, Püsyan, Təzəkənd, Stansiya Daşarx, Ələhli, Vərməziyar, İbadulla, Qışlaq Abbas və Tumaslı kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Görülən işlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur. Müxbir- Nail Əsgərov</description>
Avropada bomba hədələri ilə əlaqədar yeddi təyyarədə axtarış aparılıb
                <description>London, 3 noyabr, AZƏRTAC Avropanın müxtəlif ölkələrində bomba hədələri ilə əlaqədar yeddi sərnişin təyyarəsində axtarış aparılıb.AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisələr İtaliya, Polşa, İspaniya və Bolqarıstanda qeydə alınıb. Yoxlamalar zamanı təyyarələrin heç birində partlayıcı maddə aşkar edilməyib. İtaliyanın paytaxtı Romada “Ryanair” aviaşirkətinə məxsus iki təyyarə yoxlanılıb. Lissabon və Dublindən gələn təyyarələrdən biri İtaliya Hərbi Hava Qüvvələrinin müşayiəti ilə hava limanına eniş edib.Polşada isə iki təyyarədə təhlükəsizlik yoxlamaları həyata keçirilib. Londonun Hitrou hava limanından Varşavaya uçan təyyarə bomba hədəsi səbəbindən planlaşdırılan Şopen hava limanı əvəzinə Modlin hava limanına yönləndirilib. Kopenhagendən gələn digər təyyarə isə planlaşdırıldığı kimi eniş etdikdən sonra yoxlanılıb. İspaniyanın Mursiya şəhərində Mançesterdən gələn “Ryanair” təyyarəsində də axtarış aparılıb. Yerli rəsmilər təyyarədə partlayıcı maddə aşkarlanmadığını bildiriblər.Bolqarıstanın paytaxtı Sofiyada da iki təyyarə bomba hədələri ilə əlaqədar yoxlanılıb. Onlardan birinin İtaliyanın Berqamo şəhərindən gəldiyi bildirilir. Məlumata görə, bomba hədəsi elektron poçt vasitəsilə göndərilib.Bundan əlavə, noyabrın 2-də Londonun Luton hava limanından Sofiyaya uçan təyyarə bomba hədəsi səbəbindən Budapeştdə təcili eniş edib.Hadisələrlə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London</description>
Qazaxda Vətən müharibəsi iştirakçıları gənclərlə görüşüblər
                <description>Qazax, 3 noyabr, AZƏRTAC 8 Noyabr – Zəfər Gününün altıncı ildönümü ərəfəsində Qazaxda Vətən müharibəsi iştirakçıları ilə gənclərin görüşü təşkil olunub.AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax Ədəbiyyat Muzeyində “Vətən müharibəsi qəhrəmanları ilə bir gün” adlı görüş keçirilib. Görüşün əsas məqsədi gəncləri Vətən müharibəsində qazanılmış tarixi Zəfər haqqında məlumatlandırmaq, müharibə iştirakçılarının döyüş xatirələrini dinləmək və gənclərdə vətənpərvərlik ruhunu daha da gücləndirməkdir.Görüşün məqsədi gəncləri Vətən müharibəsində qazanılan tarixi Zəfər haqqında məlumatlandırmaq, müharibə iştirakçılarının döyüş xatirələrini bölüşmək və gənclərdə vətənpərvərlik ruhunu gücləndirmək olub.Tədbirdə müxtəlif orden və medallarla təltif edilmiş Vətən müharibəsi iştirakçıları, Qazax Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin müəllim və tələbələri iştirak ediblər.Əvvəlcə iştirakçılar muzeyin foyesində şəhidlərimizin və Vətən müharibəsi qəhrəmanlarının xatirəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar. Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən müharibə iştirakçıları 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən, keçdikləri döyüş yolundan, cəbhədə yaşadıqları çətin və qürurverici anlardan, şəhid və qazilərimizin qəhrəmanlığından söz açıblar. Onlar tarixi Zəfərin əldə olunmasında xalq-ordu birliyinin, Azərbaycan əsgər və zabitlərinin şücaətinin mühüm rol oynadığını vurğulayıblar.Qazilər gənclərə müraciətlərində Vətənə sədaqətlə xidmət etməyin, qalib Azərbaycanın adını daim uca tutmağın, şəhidlərin xatirəsini yaşatmağın və qazilərə qayğı göstərməyin hər bir vətəndaşın borcu olduğunu bildiriblər. Gənclərin vətənpərvərlik ruhunda yetişməsində belə görüşlərin əhəmiyyətini qeyd ediblər.Diskussiya formatında davam edən görüşdə gənclər müharibə iştirakçılarına suallar ünvanlayıb, qazilər isə döyüş xatirələrini bölüşərək onlara tövsiyələrini veriblər. Müxbir -Ruslan Novruzoğlu</description>
ABŞ-də aralıq seçkiləri keçirilir VİDEO
                <description>Vaşinqton, 3 noyabr, AZƏRTAC Bu gün ABŞ-də aralıq seçkiləri keçirilir. Seçkilər Prezident Donald Trampın ikinci prezidentlik müddətinin qalan iki ilində Konqresdə qüvvələr balansının müəyyənləşməsi baxımından mühüm əhəmiyyət daşıyır. AZƏRTAC xəbər verir ki, amerikalılar Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri uğrunda keçirilən seçkilərdə səs verirlər. Seçki sisteminə əsasən, vətəndaşlar seçki günündən əvvəl də səs verə bilirlər və bu imkandan artıq 57 milyondan çox amerikalı istifadə edib. Erkən səsvermədə demokrat seçicilərin daha yüksək fəallığı müşahidə olunsa da, respublikaçıların məhz bu gün, yəni seçki günü daha fəal iştirakı gözlənilir. Erkən saatlardan artıq məntəqələr qapılarını seçicilər üçün açıb. Bu gün seçkilərdə təxminən 60 milyona yaxın seçicinin səs verməsi proqnozlaşdırılır. Yerli vaxtla axşam saatlarından etibarən ilkin nəticələrin artıq müəyyən olunacağı gözlənilir. Məlahət Nəcəfova AZƏRTAC-ın xüsusi müxbiri Vaşinqton</description>
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
                <description>Bakı, 3 noyabr, AZƏRTACAzərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva noyabrın 3-də Fəxri xiyabanı ziyarət edib.AZƏRTAC xəbər verir ki, ombudsman Ulu Öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə ehtiramını ifadə edərək məzarı üzərinə tər güllər düzüb.Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad olunub.</description>
Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub
                <description>Sankt-Peterburq, 3 noyabr, AZƏRTAC Sankt-Peterburqda keçirilən Kreativ İqtisadiyyat Günlərində Azərbaycanın turizm potensialı təqdim olunub. MDB ölkələrinin dövlət qurumlarının, biznes dairələrinin və ekspert ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi beynəlxalq tədbirdə Azərbaycan Turizm Bürosunun Rusiyadakı nümayəndəliyi də iştirak edib.AZƏRTAC xəbər verir ki, “Sodrujestvo” TRAVEL HUB Beynəlxalq Turizm layihəsi çərçivəsində təşkil edilən işgüzar proqram zamanı Tavriçeski sarayında “Kreativ iqtisadiyyat və turizm: ərazilərin inkişaf strategiyası” mövzusunda işgüzar səhər yeməyi keçirilib.Tədbirdə Azərbaycan Turizm Bürosunun nümayəndəsi ölkənin turizm imkanlarına həsr olunmuş təqdimatla çıxış edib. Təqdimatda Azərbaycanın mədəni irsinə, moda və şopinq-turizmə, eləcə də müasir kreativ sənaye sahələrinə xüsusi diqqət yetirilib.Azərbaycan tarixi ənənələrin müasir incəsənət, memarlıq, moda və qastronomiya ilə vəhdət təşkil etdiyi, ilin bütün fəsillərində turistləri qəbul edə bilən turizm məkanı kimi təqdim olunub.Tədbir iştirakçıları regionun mədəniyyət və yaradıcılıq mərkəzlərindən biri kimi Bakının turizm imkanları ilə tanış olublar. Milli sənətkarlıq nümunələrinə, o cümlədən ənənəvi kəlağayı istehsalı sənətinə və Azərbaycan ornamentləri ilə bəzədilmiş zərgərlik məmulatlarına ayrıca diqqət yetirilib. Təqdimatda, həmçinin Bakının və ölkənin bölgələrinin tarixi-mədəni görməli yerləri, “Şahdağ” və “Tufandağ” dağ-xizək kurortlarında istirahət imkanları, milli mətbəx, şərabçılıq ənənələri və "Slow Food Azerbaijan" qastronomiya istiqamətinin inkişafı barədə məlumat verilib. Fəridə Abdullayeva AZƏRTAC-ın xüsusi müxbiri Moskva</description>
Bu saata olan əsas xəbərlər
                <description>      AZƏRTAC bu gün saat 20:00-dək olan əsas xəbərləri təqdim edir:          Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında Sərəncam 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Futbol üzrə Asiya Kuboku turniri regional gərginlik səbəbindən təxirə salınıb Kembric alimləri atomdan 100 milyard dəfə kiçik miqyasda siqnallar aşkar ediblər Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir? Ursula Fon der Lyayen: Hörmüz böhranı Avropa üçün 127 milyard avro əlavə xərc yaradıb Ukraynanın Zaporojye vilayətində aviazərbələr nəticəsində ölənlərin sayı 31-ə çatıb, 50-yə yaxın insan itkin düşüb Budapeştdə İkinci Dünya müharibəsi dövrünə aid 240-dan çox partlayıcı aşkarlanıb</description>
Aktyor İsrael Demidov: BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır
                <description>Bakı, 3 noyabr, AZƏRTACŞübhəsiz ki, BIAF kimi layihənin bir hissəsi olmaq çox maraqlıdır. Bakıda müxtəlif enerjilərin və zəngin ruhun şahidi oluram.Bu sözləri “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov, Təl-Əvivin “Qeşer” teatrı) baş rollardan birini ifa edən aktyor İsrael Demidov jurnalistlərlə söhbətində deyib.BIAF-2026 çərçivəsində nümayiş olunan tamaşa başlamazdan əvvəl aktyor media nümayəndələri ilə görüşüb.“Mən gözəl Bakıya ilk dəfə deyil gəlirəm. Ötən il burada “Anna Karenina” tamaşasını təqdim etmişdik (BIAF-2025 çərçivəsində). Həmin tamaşada baş qəhrəmanın həyat yoldaşı Aleksey Karenin rolunu ifa edirdim. O zaman da, indi də burada olmaqdan məmnunam. Bura çox gözəldir”, – deyə aktyor təəssüratlarını bölüşüb.O, tamaşada mürəkkəb obrazlardan biri olan Kraliça Elizabet rolunu ifa edir. AZƏRTAC-ın müxbirinin kişi aktyorun qadın obrazını canlandırmasının nə dərəcədə çətin olması ilə bağlı sualını cavablandıran müsahibimiz bildirib ki, bu, ilk təcrübəsi deyil.“Sizə bir sirr açım: mən qadın rolları üzrə mütəxəssisəm. Belə rolları ifa etmək çox maraqlıdır”, – deyə o əlavə edib.   Müəllif – Anara Axundova Foto – Tofiq Babayev</description>
Suha Çubukçuoğlu: Avropanın rəqabət qabiliyyətliliyi müdafiə potensialı kimi ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır - ŞƏRH
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Avropanın mövcud iqtisadi modeli sosial rifaha xələl gətirmədən uzun müddət ərzində yüksək müdafiə xərclərini qarşılamağa hazır deyil. İkinci Dünya müharibəsindən sonra Avropada formalaşmış sosial dövlət modeli ABŞ-nin təhlükəsizlik təminatına arxalanırdı. Xüsusilə də Almaniya nisbətən ucuz olan Rusiya təbii qazını güclü sənaye infrastrukturu və ixrac potensialı ilə birləşdirirdi. Lakin 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi bu modelin zəif tərəflərini üzə çıxardı. Çinin istehsal miqyası və maya dəyəri baxımından üstünlüyü də Avropa sənayesinə rəqabət təzyiqini daha da artırdı.Bunu "TRENDS Research & Advisory" tədqiqat mərkəzinin Türkiyə üzrə proqramının direktoru Suha Çubukçuoğlu AZƏRTAC-a açıqlamasında deyib.Onun fikrincə, bütün bunlarla yanaşı, Avropada əhalinin yaşlanma prosesi də müşahidə olunur. Ötən il Avropa İttifaqı əhalisinin 22 faizini 65 və daha yuxarı yaşda olan şəxslər təşkil edib. Pensiya təminatı və səhiyyə xərclərinin artması fonunda bu xərcləri maliyyələşdirməli olan əmək qabiliyyətli gənc əhalinin üzərinə düşən yük getdikcə ağırlaşır. Enerji xərcləri də sənayenin rəqabət qabiliyyətliliyini məhdudlaşdırır. Ötən ilin məlumatlarına əsasən, Avropa İttifaqında enerji tutumlu sənaye sahələri üçün elektrik enerjisinin orta qiyməti ABŞ-dəki müvafiq göstəricidən iki dəfə çox, Çindəkindən isə təxminən 50 faiz yüksəkdir. Bu fərq istehsalın və iş yerlərinin Avropada saxlanılmasını çətinləşdirir, həmçinin kiçik və orta müəssisələrin investisiya imkanlarını məhdudlaşdırır.“Məsələn, Fransada büdcə kəsiri ÜDM-in 5,1 faizini təşkil edir, dövlət borcu isə 115,7 faizə çatıb. Belə şəraitdə büdcə vəsaitlərinin müdafiə xərcləri, borc üzrə faiz ödənişləri və sosial xərclər arasında bölüşdürülməsi getdikcə çətinləşir. Avropada ümumilikdə müşahidə olunan sosial narazılığı da məhz bu büdcə problemləri və əhalinin həyat səviyyəsinə təsir edən təzyiqlər kontekstində qiymətləndirmək lazımdır. Muzdla çalışan insanların alıcılıq qabiliyyətindən, dövlət xidmətlərinin keyfiyyətindən və pensiya təminatından narahat olan əhali təbəqələri artıq 4,5-5 ildir davam edən Ukraynadakı müharibə kimi uzunmüddətli və nəticəsi əvvəlcədən bəlli olmayan münaqişələrə büdcə vəsaitlərinin ayrılmasına qarşı çıxır, təhlükəsizliyin təmin edilməsi ilə bağlı xərclərin onların üzərinə qoyulmasını şübhə altına alırlar. Dövlət xidmətlərinin keyfiyyətinin aşağı olması, borclanma, bərabərsizlik və məhdud məşğulluq imkanları hökumətlərə olan etimadı sarsıdır. Etirazların səbəbləri ölkələrə və əhali qruplarına görə fərqlənsə də, hökumətlərin prioritetləri ilə vətəndaşların gözləntiləri arasındakı uçurum cəmiyyətləri alternativ yollar axtarmağa sövq edir. Bu narazılığın əsasında neoliberal siyasətin yaratdığı iqtisadi imkanların daralması və siyasi təcrid dayanır”, – deyə müsahibimiz izah edib. Onun sözlərinə görə, Avropa İttifaqı yalnız müdafiə sahəsinə yatırımları artırmağı deyil, həm də öz sənaye potensialını gücləndirməyi hədəfləyir. "ReArm Europe" və "SAFE" kimi proqramlar çərçivəsində nəzərdə tutulan 800 milyard avroluq müdafiə xərclərinin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin böyük hissəsi milli büdcələr hesabına borclanma və xərcləmə qaydalarında çevikliyin təmin edilməsi ilə qarşılanır. Beləliklə, maliyyə yükü və dövlət borcunun dayanıqlılığı problemi həllini tapmamış qalır. Almaniya infrastruktur layihələrinə investisiyaların yatırılması və iqlim dəyişikliyi ilə mübarizə məqsədilə 12 il müddətinə bölünmüş 500 milyard avroluq fond ayırıb. Bu, Avropanın yalnız təhlükəsizlik xərclərini deyil, həm də infrastruktur sahəsində investisiyaların gecikməsindən yaranan boşluğu aradan qaldırmağa çalışdığını göstərir.“Yüksək texnologiyalar və sənaye sahəsində, məsələn, Almaniyada "Volkswagen" zavodunun müdafiə sənayesi məhsullarının istehsalına yönəldilməsi planlaşdırılır. Şirkətin açıqlamalarına əsasən, gələn il avtomobil istehsalı dayandırılacaq, İsrailin "Rafael" şirkəti ilə əməkdaşlıq və yeni tərəfdaşlıq modeli çərçivəsində zavod hava hücumundan müdafiə sistemləri və komponentlərinin istehsalına hazırlanacaq. Bu cür tədbirlər müəyyən istehsal güclərinin və iş yerlərinin qorunmasına kömək edə bilər. Lakin onların avtomobil sənayesində və ya digər sənaye sahələrində yaranan itkiləri tamamilə kompensasiya edəcəyini düşünmək olmaz. Nə qədər ki, bütün resurslar büdcə kəsirlərinin aradan qaldırılmasına və enerji sektoruna subsidiyaların verilməsinə sərf olunur, Avropa İttifaqının yüksək texnologiyalar və yaşıl keçid sahələrində qlobal rəqabət qabiliyyətini qoruyub saxlaması çətin olacaq”, – deyə S. Çubukçuoğlu bildirib.Ekspert diqqətə çatdırıb ki, yüksək texnologiyalar və yaşıl transformasiya sahələrində rəqabət qabiliyyətliliyin qorunması da uzunmüddətli maliyyələşdirmə tələb edir. Avropanın transformasiyasını təmin etmək üçün dövlət və özəl sektor hər il əlavə olaraq 750-800 milyard avro investisiya yatırmalıdır. Təhsil, elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə, elektrik enerjisinin paylanma şəbəkələrinə və enerji saxlama sistemlərinə investisiyaların təxirə salınması qısamüddətli perspektivdə büdcə yükünü azaltsa da, uzunmüddətli perspektivdə istehsal həcminin və məhsuldarlığın azalmasına gətirib çıxaracaq. Yaşıl keçiddən dayanıqlı fayda əldə edilməsi enerjinin əlçatan qiymətə olmasından, zəruri infrastrukturun mövcudluğundan və müəssisələrin dəyişikliklərə uyğunlaşmaq qabiliyyətindən asılıdır.“Avropanın qarşısında duran əsas vəzifə müdafiə və təhlükəsizlik sahələrinə investisiya yatırmaqla yanaşı, sosial rifah dövlətinin maliyyələşdirilməsini təmin edən istehsal potensialını qoruyub saxlamaqdır. Bunun üçün dövlətlərarası birgə satınalmalar vasitəsilə müdafiə xərclərinin səmərəliliyini artırmaq, özəl investisiyaları təşviq etmək və yaşıl keçidin maliyyə yükünü cəmiyyətin üzvləri arasında ədalətli bölüşdürmək lazımdır. Siyasi baxımdan da dövlət xidmətlərinin azalması və gəlirlərin aşağı düşməsi ilə müşayiət olunan müdafiə xərclərinə uzunmüddətli ictimai dəstəyin təmin olunacağına güvənmək çətindir. Avropanın rəqabət qabiliyyətliliyi, eləcə də müdafiə potensialı ictimai dəstəyin qorunub saxlanılmasından asılıdır”, – deyə o, fikrini yekunlaşdırıb.  Müxbir- Leyla Muradzadə</description>
Günay Əfəndiyeva: Azərbaycan-Özbəkistan qardaşlığını əcdadlarımızın əmanəti kimi qoruyub saxlamalıyıq
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bu gün parlamentdə müzakirə olunan qanun layihələri sırasında Azərbaycan ilə Özbəkistan qardaşlığının, tərəfdaşlığının dərinləşdirilməsinə xidmət edən çox mühüm sənədlər yer alıb. Müasir dünyada geosiyasi gərginliklərin, yeni çağırışların və beynəlxalq sistemin dəyişilməsi fonunda tarixi bağları, ortaq dəyərləri, qarşılıqlı etimadı qorumaq vacib əhəmiyyət kəsb edir. Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva deyib. Azərbaycan-Özbəkistan münasibətlərinin çoxəsrlik tarixinə diqqət çəkən deputat bildirib: “Orta əsrlərdə böyük Əlişir Nəvainin dahi Nizami Gəncəvi irsinə bağlılığı, ötən yüzillikdə məşhur şairlərimiz Mirvarid Dilbazi ilə Zülfiyyənin səmimi dostluğu, repressiya dönəminin qurbanları olmuş görkəmli yazıçılarımız Hüseyn Cavid və Əbdürrauf Fitrət yaradıcılığı arasındakı mənəvi yaxınlıq xalqlarımızın müxtəlif dövrlərdəki əlaqələrini nümayiş etdirir. Ona görə də keçmişimizə hörmətlə yanaşdığımız kimi, Azərbaycan-Özbəkistan qardaşlığını da əcdadlarımızın qiymətli əmanəti kimi qoruyub saxlamalıyıq”. Günay Əfəndiyeva etibarlılıq, güvən, mövqeyində qətiyyətliliyi Azərbaycanın xarici siyasətinin ana xəttini təşkil edən başlıca dəyərlər kimi qiymətləndirib: “Bu prinsiplər ilə əsrlərin sınaqlarına qalib gələn münasibətlərimiz müasir dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin birgə siyasi iradəsi nəticəsində üst səviyyəyə çatdırılıb. Azərbaycan Prezidentinin cari il avqustun 23-də Daşkənddə Özbəkistan Prezidenti ilə imzaladığı “Əbədi dostluq haqqında Müqavilə” tarixi-mədəni yaddaşımızda yaşatdığımız qardaşlıq duyğularını dövlətlərarası miqyasda güclü şəkildə əks etdirir”. Milli Məclisin deputat bildirib ki, ölkələrimizin parlamentlərinin mövcud dostluq əlaqələri uğurla davam etdirilir. Bu kontekstdə keçən il Xivə şəhərində gerçəkləşdirilən Birinci Özbəkistan–Azərbaycan parlamentlərarası Forumu yeni ənənənin əsasını qoyaraq qanunverici orqanlarımız arasında əməkdaşlıq ruhunu daha da qüvvətləndirir.</description>
Süni intellekt jurnalistin faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyasını əvəz etməməlidir – RƏY
                <description>Bakı, 3 noyabr, AZƏRTACMüasir jurnalistika təhsili yalnız nəzəri biliklərin mənimsənilməsi ilə məhdudlaşmamalı, tələbələrə xəbər redaksiyalarının gündəlik fəaliyyətində zəruri olan praktik, rəqəmsal və analitik bacarıqlar aşılamalıdır. Bu baxımdan universitetlərlə media qurumları arasında əməkdaşlığın genişləndirilməsi, mentorluq proqramlarının və davamlı peşəkar təcrübə imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır.Bunu AZƏRTAC-a açıqlamasında media və kommunikasiya üzrə ekspert Günel Əhmədova deyib.G.Əhmədovanın sözlərinə görə, xəbər yazmaq, müsahibə aparmaq, araşdırma aparmaq və etik prinsiplərə riayət etmək jurnalistikanın fundamental bacarıqları olaraq qalır. Bununla yanaşı, müasir jurnalist multimedia məzmununun hazırlanması, məlumatların təhlili, rəqəmsal mühitdə xəbərlərin doğrulanması, auditoriya ilə effektiv kommunikasiya və süni intellekt alətlərindən məsuliyyətli istifadə sahələrində də səriştəli olmalıdır.O qeyd edib ki, jurnalistika tələbələrinin real redaksiya mühitinə hazırlanmasının effektiv yollarından biri universitetlərdə tələbə xəbər otaqlarının yaradılmasıdır. Belə platformalar tələbələrə müstəqil reportajlar hazırlamaq, müsahibələr götürmək, məlumatları yoxlamaq, redaksiya müddətlərinə əməl etmək və real iş şəraitində materiallar dərc etmək imkanı yarada bilər.Ekspert vurğulayıb ki, jurnalistika təhsilində inteqrasiya olunmuş praktik tapşırıqlara da üstünlük verilməlidir: “Məsələn, tələbələrdən konkret ekoloji problem barədə məlumat toplamaq, mütəxəssislərlə müsahibələr aparmaq, əldə olunan məlumatları təhlil etmək, yazılı məqalə hazırlamaq, həmçinin mövzuya uyğun video və ya audiomaterial yaratmaq tələb oluna bilər. Bu yanaşma müxtəlif peşə bacarıqlarının vahid iş prosesi çərçivəsində inkişafına şərait yaradır”.G.Əhmədova süni intellekt savadlılığının müasir jurnalistika təhsilinin prioritet istiqamətlərindən birinə çevrilməli olduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, tələbələr süni intellekt alətlərindən səmərəli istifadə etməyi öyrənməklə yanaşı, bu texnologiyaların yaratdığı riskləri, o cümlədən yanlış məlumatların yayılması, müəllif hüquqlarının qorunması və şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı problemləri də anlamalıdırlar.“Süni intellekt jurnalistin müstəqil reportaj hazırlamaq, faktları yoxlamaq və redaksiya məsuliyyətini daşımaq funksiyalarını əvəz etməməli, əksinə, bu proseslərə dəstək göstərməlidir”, – deyə ekspert bildirib.O əlavə edib ki, jurnalistika təhsilində qiymətləndirmə mexanizmləri də müasir tələblərə uyğunlaşdırılmalıdır. Ənənəvi imtahanlarla yanaşı, tələbələrin peşəkar portfolioları, xəbər hazırlamaq və faktları yoxlamaq üzrə praktiki tapşırıqları, eləcə də media qurumlarının rəyləri onların peşəkar hazırlıq səviyyəsinin müəyyənləşdirilməsində nəzərə alınmalıdır.Ekspertin fikrincə, akademik biliklərin mentorların rəhbərliyi ilə həyata keçirilən davamlı peşəkar təcrübə proqramları ilə birləşdirilməsi gələcək jurnalistlərin hazırlanmasında mühüm rol oynayır. Bu model məzunların hadisələri dəqiq işıqlandırmaq, məlumatları tənqidi qiymətləndirmək, etik prinsipləri qorumaq və texnoloji yeniliklərə uyğunlaşmaq bacarıqlarını inkişaf etdirə bilər.G.Əhmədova qeyd edib ki, universitet təhsili ilə xəbər redaksiyalarının real ehtiyacları arasında əlaqənin gücləndirilməsi daha hazırlıqlı, çevik və məsuliyyətli jurnalist nəslinin formalaşmasına xidmət edəcək. Müxbir – Pərvanə Qafarova</description>
Kansler: Ukraynadakı müharibənin nəticəsi uzun illər Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək
                <description>Berlin, 3 noyabr, AZƏRTAC Ukraynadakı müharibənin nəticəsi uzun illər ərzində Avropanın təhlükəsizlik mühitini müəyyən edəcək. Buna görə də Ukraynaya dəstəyimiz həm Almaniyanın, həm də bütövlükdə Avropanın maraqlarına uyğundur.AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts Berlində səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra mətbuata bəyanatında deyib.Ukraynanın ən böyük dəstəkçisi kimi Almaniyanın üzərinə düşən məsuliyyəti yerinə yetirdiyini vurğulayan Kansler qeyd edib: “Biz bunu ona görə edirik ki, bu müharibə bizə birbaşa təsir göstərir”. Lakin məsuliyyətin təkcə Almaniyanın deyil, bütün Avropa ölkələrinin üzərinə düşdüyünü deyən F.Merts NATO çərçivəsində 2026-cı il üçün Ukraynaya 70 milyard avro həcmində hərbi yardımın göstərilməsi barədə razılığa gəlindiyini, bütün tərəfdaşların bu öhdəliyə əməl etməli olduğunu vurğulayıb. Kansler bu məqsədlə gələn həftə Fransa və Böyük Britaniya ilə birlikdə, ondan sonrakı həftə isə Berlində “İstəklilər Koalisiyası”nın Sammitini keçiriləcəyəyini deyib. Hökumət başçısı həmin görüşdə üç əsas məqsədin - Ukraynaya göstəriləcək əlavə yardımın əlaqələndirilməsinin, atəşkəs əldə olunduqdan sonra Ukraynaya təhlükəsizlik təminatlarının verilməsinə hazırlığın bir daha təsdiqlənməsinin və praktiki olaraq davam edən diplomatik səylər çərçivəsində mövqelərin uzlaşdırılmasının müzakirə ediləcəyini bildirib.“Biz Ukraynanı öz milli maraqlarımız naminə dəstəkləyirik. Çünki bu dəstək bütün Avropada təhlükəsizliyin, siyasi sabitliyin və sülhün qorunması baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə F.Merts vurğulayıb. Elvin Mövsüm AZƏRTAC-ın xüsusi müxbiri Berlin</description>
Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub
                <description>Buxarest, 3 noyabr, AZƏRTACRumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.AZƏRTAC xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Club Diplomatic” sarayında keçirilən tədbirdə Rumıniya Senatının sədri Mirça Abrudyan, hökumət nümayəndələri, deputatlar, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri, türk və tatar icmalarının, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların nümayəndələri iştirak ediblər.Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycan torpaqları təxminən 30 il işğal altında qalıb, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb.Səfir vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb.Qüdsi Osmanov müharibədənsonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs edib. O, bölgədə yeni infrastruktur layihələrinin reallaşdırıldığını, yaşayış məntəqələrinin yenidən qurulduğunu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının davam etdiyini diqqətə çatdırıb.Tədbirin əsas qonağı, Rumıniya Senatının sədri Mirça Abrudyan çıxışında 8 Noyabr tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu tarixin Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.Senatın sədri Rumıniyanın Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslandığını söyləyib.Mirça Abrudyan müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal təhlükəsizliyə təhdidlərin artdığını diqqətə çatdırıb. O, belə bir şəraitdə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, mübahisələrin diplomatik vasitələrlə həllinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.Rumıniya Senatının sədri Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlandığını qeyd edərək, regionun gələcəkdə iqtisadi, enerji və nəqliyyat layihələri ilə daha çox tanınacağına ümidvar olduğunu ifadə edib.Tədbirdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.Qonaqlar, həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və mina problemini əks etdirən fotosərgi ilə tanış olublar.Rəsmi qəbulun sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.</description>
İki avtobus marşrutunun hərəkət sxemi müvəqqəti dəyişdirilir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 4-də Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Qobustan rayonu ərazisində yerləşən Qobustan körpüsünün köməkçi hissəsinin (Bakı istiqamətində) yenidən inşası ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, məhdudiyyət səbəbindən 195 və 195E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdiriləcək. Dəyişikliyə əsasən, avtobusların hərəkəti Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun əsas hərəkət hissəsi ilə təşkil ediləcək.</description>
Avropada siyasi elitalara inamın azalması Avropa İttifaqının birliyini təhdid edir -  ŞƏRH
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Fransa, Almaniya və digər aparıcı Avropa ölkələrində son dövrlər müşahidə olunan siyasi gərginliklər, hökumət böhranları və ənənəvi siyasi qüvvələrə ictimai etimadın azalması Avropanın gələcək siyasi arxitekturası ilə bağlı ciddi suallar doğurur. Sosial-iqtisadi problemlərin dərinləşməsi, seçicilərin mövcud hakimiyyətlərdən narazılığı və populist siyasi qüvvələrin mövqelərinin güclənməsi artıq ayrı-ayrı ölkələrin daxili siyasi prosesləri çərçivəsindən kənara çıxaraq Ümumavropa miqyasında müzakirə olunur.Bu barədə AZƏRTAC-a açıqlamasında “Dialoq və İnkişaf Naminə” İctimai Birliyin sədri Çingiz Bayramov bildirib.Onun sözlərinə görə, Avropanın aparıcı dövlətlərində baş verən siyasi prosesləri yalnız ayrı-ayrı ölkələrin daxili problemləri kimi qiymətləndirmək düzgün olmazdı. “Çünki bu ölkələrdə müşahidə olunan siyasi qeyri-sabitliyin arxasında bir-biri ilə əlaqəli olan iqtisadi, sosial və institusional amillər dayanır. Əhalinin yaşayış səviyyəsi, inflyasiya, enerji təhlükəsizliyi, miqrasiya, məşğulluq və sosial təminatla bağlı problemlər hökumətlərin fəaliyyətinə münasibəti birbaşa formalaşdırır. Uzun illər Avropada siyasi sistemin əsas dayaqlarından biri hesab olunan ənənəvi partiyalar hazırda seçicilərin etimadını qorumaqda çətinlik çəkirlər. Seçkiqabağı vədlərlə real idarəçilik nəticələri arasındakı fərqin böyüməsi, hökumətlərin cəmiyyətin gözləntilərinə uyğun addımlar ata bilməməsi siyasi narazılığı artırır. Nəticədə seçicilərin bir qismi alternativ siyasi qüvvələrə, o cümlədən populist platformalara üz tutur. Populist qüvvələrin mövqelərinin güclənməsi təkcə ayrı-ayrı ölkələrin daxili siyasi balansına deyil, bütövlükdə Avropa İttifaqının gələcək fəaliyyətinə də təsir göstərə bilər. Çünki bu siyasi qüvvələrin bir qismi Avropa İttifaqının ümumi siyasətinə, inteqrasiya proseslərinə, miqrasiya və iqtisadi məsələlərə fərqli yanaşmalar nümayiş etdirir. Milli maraqların ümumavropa maraqlarından üstün tutulması isə üzv dövlətlər arasında fikir ayrılıqlarını dərinləşdirə bilər”, - İctimai Birliyin sədri vurğulayıb. Ç.Bayramovun fikrincə, Avropa İttifaqının siyasi birliyi yalnız iqtisadi inteqrasiya və institusional mexanizmlərlə təmin olunmur. Bu birlik, eyni zamanda, üzv dövlətlərin ortaq siyasi dəyərləri, qarşılıqlı etimadı və ümumi qərarların qəbulunda uzlaşması üzərində qurulub. Əgər ayrı-ayrı ölkələrdə daxili siyasi qütbləşmə güclənərsə, bu, Brüsselin ümumi qərarlar qəbul etməsini və vahid siyasət həyata keçirməsini çətinləşdirə bilər.İctimai birlik sədri hesab edir ki, Avropanın üzləşdiyi əsas çağırışlardan biri cəmiyyətlə siyasi elita arasında yaranmış etimad boşluğunun aradan qaldırılmasıdır. Bunun üçün hökumətlər vədlərlə kifayətlənməməli, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində konkret nəticələr ortaya qoymalıdırlar.Ç.Bayramovun qənaətinə görə, mövcud tendensiyalar davam edərsə, Avropa İttifaqında siyasi parçalanma meyilləri daha da güclənə, ümumi qərarların qəbulunda ziddiyyətlər arta bilər. Bu baxımdan, Avropanın gələcək sabitliyi üzv dövlətlər arasında həmrəyliyin qorunmasından, siyasi dialoqun gücləndirilməsindən və vətəndaşların problemlərinə real həll yollarının təqdim edilməsindən asılı olacaq.</description>
Professor: Fransa ilə Almaniyada etirazlar sosial-iqtisadi çağırışların və ictimai etimad məsələlərinin aktuallığını göstərir
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Avropanın aparıcı dövlətləri olan Fransa və Almaniyada baş verən sosial etirazlar iqtisadi siyasətin nəticələri, yaşayış xərcləri, sosial ədalət və dövlət institutlarına ictimai etimad məsələlərini yenidən gündəmə gətirir. Bu prosesləri yalnız ayrı-ayrı hökumətlərin fəaliyyətinə etiraz kimi deyil, müasir Avropa dövlətlərinin qarşılaşdığı iqtisadi və institusional çağırışlar kontekstində qiymətləndirmək lazımdır.Bu fikirləri AZƏRTAC-a açıqlamasında iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib. Professorun sözlərinə görə, Emmanuel Makronun daxili siyasətinə qarşı səsləndirilən tənqidlər cəmiyyətdə sosial-iqtisadi problemlər və siyasi qərarların qəbulu mexanizmləri ilə bağlı narazılıqların mövcudluğunu göstərir. Bununla belə, müxalifətin hakimiyyəti “Makron diktaturası” və ya “Makron rejimi” kimi xarakterizə etməsi siyasi qiymətləndirmədir və ölkədəki idarəetmə sisteminin hüquqi mahiyyətini müəyyənləşdirmək üçün özlüyündə kifayət qədər əsas sayıla bilməz. Z.Məmmədov qeyd edib ki, demokratik idarəetmənin dayanıqlılığı yalnız seçkilərin keçirilməsi ilə deyil, vətəndaşların hüquq və azadlıqlarının qorunması, hakimiyyətin hesabatlılığı, ictimai dialoqun təmin edilməsi və sosial problemlərə effektiv cavab verilməsi ilə ölçülür. Bu baxımdan, Fransada baş verən hadisələrin nəticələri hökumətin narazılıqları nə dərəcədə konstruktiv dialoqa və real islahatlara çevirə bilməsindən asılı olacaq.Almaniya və Fransadakı vəziyyətə toxunan professor vurğulayıb ki, enerji qiymətləri, inflyasiyanın əhalinin alıcılıq qabiliyyətinə təsiri, iqtisadi artımın zəifliyi, mənzil əlçatanlığı və sosial bərabərsizlik kimi amillər Avropa hökumətləri qarşısında ciddi vəzifələr qoyur. Miqrasiya və sosial inteqrasiya məsələləri də bəzi ölkələrdə ictimai müzakirələrin əsas istiqamətlərindən biridir. Bununla belə, etirazların səbəblərini yalnız bir amillə izah etmək düzgün deyil. Hər bir ölkənin iqtisadi göstəriciləri, sosial strukturu və siyasi şəraiti ayrıca təhlil edilməlidir.  Professorun fikrincə, Almaniyada sənayenin rəqabət qabiliyyətinin qorunması və iqtisadi artımın sürətləndirilməsi, Fransada isə sosial narazılıqların azaldılması və ictimai etimadın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu problemlər hökumətlərin iqtisadi və sosial siyasətinin səmərəliliyinə yenidən baxılmasını zəruri edir.“Avropa ölkələrində müşahidə olunan kütləvi etirazlar mövcud idarəetmə sistemləri qarşısında ciddi sosial-iqtisadi və siyasi çağırışların olduğunu göstərir. Bu proseslər əhalinin yaşayış səviyyəsi, sosial ədalət, dövlət siyasətinin effektivliyi və hakimiyyətlə cəmiyyət arasında qarşılıqlı etimad məsələlərində müəyyən problemlərin mövcudluğunu üzə çıxarır. Hesab edirəm ki, bu çağırışlar Avropa hökumətlərindən daha çevik, sosialyönümlü və cəmiyyətin gözləntilərini nəzərə alan siyasət yürütməyi tələb edir. Əsas məsələ mövcud problemləri vaxtında müəyyənləşdirmək, onların həlli üçün konkret tədbirlər görmək və ictimai etimadı möhkəmləndirməkdir”, – deyə o bildirib. Z.Məmmədov hesab edir ki, Avropa hökumətləri üçün əsas prioritetlər iqtisadi rəqabət qabiliyyətinin artırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, enerji və mənzil əlçatanlığının yaxşılaşdırılması, gənclərin təhsil və məşğulluq imkanlarının genişləndirilməsi olmalıdır. Eyni zamanda, şəffaf idarəetmə, vətəndaşlarla davamlı dialoq və qərarların qəbulunda ictimai maraqların nəzərə alınması dövlət institutlarına etimadın bərpasında mühüm rol oynaya bilər.Professor vurğulayıb ki, Fransada və Almaniyada müşahidə olunan proseslər Avropada sosial-iqtisadi və siyasi idarəetmə sahəsində ciddi çağırışların mövcudluğunu göstərir. Lakin bu hadisələri bütün Avropa üçün təsdiqlənmiş sistem böhranı kimi xarakterizə etmək üçün daha geniş statistik və siyasi təhlilə ehtiyac var. “Nəticə etibarilə, müasir dövlətlərin dayanıqlılığı problemlərin tamamilə aradan qaldırılması ilə deyil, həmin problemlərə çevik, ədalətli və nəticəyönümlü cavab vermək qabiliyyəti ilə müəyyən olunur. Avropa ölkələrinin qarşısında duran əsas vəzifə iqtisadi inkişafı sosial ədalətlə uzlaşdırmaq, ictimai etimadı qorumaq və demokratik institutların effektivliyini gücləndirməkdir”, - deyə o əlavə edib. Müxbir: Pərvanə Qafarova    </description>
Folklor İnstitutu Zəfər Gününü qəhrəmanlar və qazilərlə birlikdə qeyd edib
                <description>Bakı, 3 noyabr, AZƏRTACAMEA Folklor İnstitutunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfər yaddaşı: qəhrəmanlıq, qürur və milli kimlik” mövzusunda elmi-mədəni tədbir keçirilib. Bu barədə AZƏRTAC-a institutdan bildirilib.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Folklor İnstitutu “Folklor” studiyasının hazırladığı “44 günün Zəfər dastanı” sənədli filmi nümayiş olunub. Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbirdə iştirak edən Vətən Müharibəsi Qəhrəmanı Cavid Behbudovu və Qarabağ qazisi Süleyman Heydərovun timsalında Vətən uğrunda döyüşmüş insanlara ehtiramını ifadə edib. Hikmət Quliyev Zəfər Gününün Azərbaycan dövlətçiliyi və xalqımızın tarixi yaddaşı baxımından əhəmiyyətinə toxunaraq bildirib ki, 2020-ci ildə qazanılan tarixi Qələbə Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən mühüm tarixi hadisədir. Bu Qələbə, eyni zamanda, təxminən otuz il davam edən işğalın xalqımızın ictimai şüurunda və milli yaddaşında yaratdığı ağır mənəvi yükün aradan qaldırılması baxımından yeni mərhələnin başlanğıcı olub. İnstitut direktoru xatırladıb ki, tarixi Zəfər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasətinin, məqsədyönlü hərbi-siyasi strategiyanın, Azərbaycan Ordusunun peşəkarlığının və xalq-dövlət birliyinin məntiqi nəticəsidir. Bu Qələbənin təməlində şəhidlərin fədakarlığı, qazilərin qəhrəmanlığı və hərbi qulluqçuların döyüş əzmi dayanır. İnstitut direktoru vurğulayıb ki, Zəfərdən sonrakı dövrdə milli maraqların qorunması, tarixi yaddaşın yaşadılması, informasiya və ideoloji müstəvidə baş verən proseslərə ayıq-sayıq münasibət göstərilməsi xüsusi aktuallıq kəsb edir. Şəhidlərin xatirəsinə ehtiram yalnız anım mərasimlərində deyil, elmi araşdırmalarda, ictimai düşüncədə və gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında da yaşadılmalıdır.Daha sonra Vətən müharibəsi qəhrəmanı Cavid Behbudov qarşılaşdığı çətinlikləri və döyüş yoldaşları ilə bağlı xatirələrini bölüşüb. Çıxışında müharibə zamanı şəhid olmuş silahdaşlarını da yad edən Cavid Behbudov tarixi Qələbənin əldə olunmasında ən böyük payın şəhidlərə məxsus olduğunu bildirib. Tədbirdə Qarabağ qazisi Süleyman Heydərov da çıxış edərək 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının tarixindəki yeri və milli qürurun bərpasındakı rolundan danışıb. O, tarixi Qələbənin yalnız torpaqlarımızın işğaldan azad edilməsi deyil, həm də xalqımızın özünəinamının və milli qürurunun bərpası baxımından mühüm hadisə olduğunu diqqətə çatdırıb. Qələbənin əldə olunmasında hərbi güclə yanaşı, dövlətin ardıcıl diplomatik fəaliyyətinin və xalq-dövlət birliyinin də mühüm rol oynadığını qeyd edən Süleyman Heydərov Prezident İlham Əliyevin beynəlxalq müstəvidə həyata keçirdiyi siyasətin əhəmiyyətini vurğulayıb. O, müharibə dövründə cəmiyyətin müxtəlif təbəqələrinin – yaşlıların, gənclərin və məktəblilərin dövlət və ordu ətrafında birləşməsini milli həmrəyliyin bariz nümunəsi kimi dəyərləndirib. Süleyman Heydərov, həmçinin hərbi xidmətindən və ixtisasından bəhs edərək partlayıcı maddələrin və qurğuların zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərdiyini bildirib. Müharibədənsonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatlarla bağlı təhlükələrin aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Ağdam rayonunda xidməti fəaliyyəti zamanı mina partlayışı nəticəsində görmə qabiliyyətini və bədəninin bir hissəsini itirdiyini qeyd edib.Daha sonra şəhid mayor Vüsal Vəliyevin qardaşı, Folklor İnstitutunun Qərbi Azərbaycan folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev çıxış edərək qardaşının həyat və hərbi xidmət yolundan, Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışıb. Tədbirdə, həmçinin Folklor İnstitutunun əməkdaşları – Atəş Əhmədli, Ləman Süleymanova, İlhamə Qəsəbova və “Folklor” studiyasının rəhbəri Mahir Ordubadi çıxış ediblər. Onlar Zəfər Gününün tarixi yaddaşımızdakı yeri, Vətən müharibəsinin Azərbaycan cəmiyyətində yaratdığı dəyişikliklər və qəhrəmanlıq nümunələrinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.</description>
Futzal liqalarında transfer pəncərələrinin tarixləri müəyyənləşib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC 2026/2027-ci illər mövsümü üzrə futzal liqalarında oyunçu keçidlərinin və qeydiyyatının həyata keçirilməsi üçün transfer pəncərələrinin tarixləri müəyyənləşib.AFFA-dan AZƏRTAC-a bildirilib ki, payız transfer pəncərəsi noyabrın 10-u saat 23:59-dək davam edəcək.Qış transfer pəncərəsi isə 2027-ci il yanvarın 15-dən fevralın 15-i saat 23:59-dək açıq olacaq.Azad agent statusuna malik peşəkar oyunçuların sifarişi üçün son tarix 2027-ci il martın 31-i müəyyən edilib.</description>
Turizm eksperti: Qış turizminin inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Azərbaycanın qış turizm infrastrukturu və peşəkar xidmət imkanları ölkəmizin rəqabətqabiliyyətliliyi və cəlbediciliyi baxımından müvafiq standartlara cavab verir. Eyni zamanda, ölkəmizdə təqdim olunan turizm xidmətlərinin qiymətləri qlobal qış turizmi bazarı ilə müqayisədə daha münasib və sərfəlidir. Müxtəlif turist seqmentlərinə uyğun təklif və xidmətlərin mövcudluğu da bu sahənin inkişafına müsbət təsir göstərir.Bunu AZƏRTAC-a açıqlamasında turizm üzrə ekspert Kənan Hənifəyev deyib.O diqqətə çatdırıb ki, ölkəmiz qış turizminin gələcək inkişafında davamlılıq əsas istiqamətlərdən biri olmalıdır. “Çünki turizmin yalnız mövsümi xarakter daşımaması, ilboyu xidmətlərin təqdim edilməsi baxımından qış turizmi mühüm əhəmiyyətə malikdir. Azərbaycanın qış turizminin inkişaf potensialını yüksək qiymətləndirirəm. Hazırda ölkəmizdə fəaliyyət göstərən bir sıra qış-yay idman və istirahət kompleksləri yüksəksəviyyəli infrastruktura malikdir. Qış mövsümündə Qusarın Şahdağ və Qəbələnin Tufandağ turizm kompleksləri turistlərin böyük marağına səbəb olur. Son illərdə Şahdağ kompleksində beynəlxalq qış idman yarışlarının keçirilməsi də bu sahənin peşəkar səviyyədə inkişaf etdiyini göstərir”, - deyə o əlavə edib.Turizm eksperti xarici turistlərin ölkəmizə səfər etməsinin turizm sektorunda genişmiqyaslı işlərin nəticəsi olduğunu deyib: “Xüsusilə qış mövsümündə turist axınının artması birbaşa təqdim etdiyimiz xidmətlərin keyfiyyətindən və əlçatanlığından asılıdır. Aviabiletlərin və nəqliyyat-logistika xidmətlərinin qiymətlərinin uyğun və sərfəli olması xarici turistlərin ölkəmizə səfərlərinə ciddi təsir göstərə bilər. Sevindirici haldır ki, artıq qış-yay turizm komplekslərimizdə qış mövsümündə müxtəlif festivallar, tədbirlər və idman yarışları keçirilir. Bu tədbirlər həm yerli, həm də xarici turistlərin maraq dairəsindədir. Hesab edirəm ki, belə festivallar ənənəvi xarakter almalı və müəyyən turizm brendi kimi formalaşdırılmalıdır. Bu, xarici turistlərin tədbirlərin keçirildiyi tarixlərə uyğun olaraq səfərlərini əvvəlcədən planlaşdırmasına imkan verər”. Müxbir – Fidan Əlizadə</description>
Konstitusiya Məhkəməsi ilə Dövlət İdarəçilik Akademiyası birgə tədbir keçirib
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində məhkəmənin əməkdaşları üçün nəzərdə tutulmuş “Dövlət idarəçiliyində rəqəmsal transformasiya” mövzusunda təlim proqramının başlanması ilə əlaqədar tədbir keçirilib. Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsindən məlumat verilib.Bildirilib ki, tədbirin açılışında Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev çıxış edərək iştirakçıları 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edib. Sədr bu əlamətdar günlərin xalqımızın milli qürurunun, sarsılmaz iradəsinin və dövlətçilik əzminin təcəssümü olduğunu vurğulayıb. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tam bərpası ilə nəticələndiyini, xalqımızın milli birliyini və həmrəyliyini bütün dünyaya nümayiş etdirdiyini diqqətə çatdırıb. Bu möhtəşəm Qələbənin gələcək nəsillər üçün qürur və iftixar mənbəyi olduğunu bildirib.Həmçinin Dövlət Bayrağı Gününün əhəmiyyətini qeyd edən Fərhad Abdullayev üçrəngli bayrağımızın müstəqilliyimizin, milli kimliyimizin, azadlıq və suverenliyimizin rəmzi kimi Vətənimizin hər bir guşəsində qürurla dalğalanmasının xalqımızın tarixi qələbəsinin və əbədi dövlətçilik iradəsinin təcəssümü olduğunu diqqətə çatdırıb. Sonra sədr rəqəmsal texnologiyaların sürətli inkişafının dövlət idarəçiliyində yaratdığı yeni imkanlar, idarəetmə proseslərinin müasir tələblərə uyğun təkmilləşdirilməsinin əhəmiyyəti, eləcə də dövlət qulluqçularının rəqəmsal bilik və bacarıqlarının artırılmasının aktuallığı ilə bağlı fikirlər səsləndirib. Habelə süni intellekt texnologiyalarının dövlət orqanlarının fəaliyyətində tətbiqinin perspektivləri, bu sahədə mövcud imkanlar və çağırışlar barədə fikirlərini bölüşüb. DİA-nın rektoru, akademik Urxan Ələkbərov Konstitusiya Məhkəməsinin rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək, hər iki qurum arasında əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb. Rektor tədbir iştirakçılarını əlamətdar günlər münasibətilə təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasının milli tariximizin ən mühüm hadisələrindən biri kimi daim ehtiramla xatırlanacağını vurğulayıb, üçrəngli Dövlət Bayrağımızın xalqımızın azadlıq, müstəqillik və milli həmrəylik ideallarını özündə ehtiva etdiyini bildirib.Daha sonra akademik Urxan Ələkbərov “Müasir dövlət idarəçiliyində süni intellekt və rəqəmsallaşma” mövzusunda geniş mühazirə ilə çıxış edib. Mühazirədə süni intellekt və rəqəmsal texnologiyaların dövlət idarəçiliyində tətbiqi, idarəetmənin səmərəliliyinin artırılmasında rolu, habelə müasir texnoloji həllərin dövlət qurumlarının fəaliyyətinə inteqrasiyası ilə bağlı məsələlərə toxunulub. Noyabrın 3-dən dekabrın 8-dək Konstitusiya Məhkəməsində keçiriləcək təlim proqramı əməkdaşların rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir informasiya texnologiyalarından səmərəli istifadə imkanlarının genişləndirilməsi, eləcə də süni intellekt, məlumatların idarəolunması və kibertəhlükəsizlik sahələrində biliklərinin artırılması məqsədilə təşkil edilib. Proqram çərçivəsində rəqəmsal transformasiya, proaktiv idarəetmə, data analitikası, süni intellekt metodları, dövlət informasiya sistemləri və rəqəmsal infrastrukturun təhlükəsizliyi kimi aktual mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur.</description>
Aktrisa Yevgeniya Dodina: BIAF-da çox şən ab-hava hökm sürür
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Bakı Beynəlxalq İncəsənət Festivalında çox şən ab-hava var. Bakı şəhəri də festivalın özü kimi bayram ovqatı ilə doludur.AZƏRTAC xəbər verir ki, bu barədə Təl-Əvivin “Qeşer” teatrının “Qanlı Meri” tamaşasında (quruluşçu rejissor Dmitri Krımov) baş rollardan birini ifa edən aktrisa Yevgeniya Dodina jurnalistlərə müsahibəsində deyib.“Bakıya ilk dəfədir gəlirəm. Burada hər şey insanda möhtəşəm təəssürat yaradır. Hər şey o qədər geniş və əzəmətlidir ki, bu, insanların düşüncə tərzində də özünü göstərir. Hətta səhnəyə gətirilən gül buketləri belə fərqlidir - mənə indiyədək bu qədər böyük buketlər hədiyyə olunmamışdı.Burada insanlar çox mehriban və nəzakətlidirlər, şəhərin enerjisi çox gözəldir. Bakının çox yaxşı tamaşaçı auditoriyası var. Azərbaycanlı tamaşaçıların səhnə əsərimizə verdiyi reaksiyanı izləmək çox maraqlıdır”, – deyə aktrisa əlavə edib. Müxbir – Anara Axundova Foto – Tofiq Babayev</description>
TAU tələbələri üçün karyera seminarı: “Potensialdan nəticəyə: yeni nəsil liderlər”
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Türkiyə-Azərbaycan Universitetində (TAU) “Karyera planlaması” çərçivəsində növbəti dəfə keçirilən seminarın mövzusu “Potensialdan nəticəyə: yeni nəsil liderlər” olub. TAU-dan AZƏRTAC-a bildirilib ki, Bilkent və Harvard universitetlərində təhsil almış, “Popeyes Azerbaijan”ın qurucusu, təcrübəli və gənc mütəxəssis Məhəmməd Əfəndiyev tələbələrlə görüşərək liderlik, şəxsi inkişaf və karyera quruculuğu ilə bağlı təcrübələrini bölüşüb. Seminarı açan TAU-nun rektoru dosent Nəcibə Nəsibova tələbələrin şəxsi inkişafı, karyera planlaması və özünüreallaşdırmasına dəstək məqsədilə qlobal nüfuzlu universitetlərdən uğurla məzun olan və iş dünyasında müvəffəqiyyət qazanmış gənc mütəxəssislərlə davamlı görüşlərin təşkilinin universitetin prioritetləri sırasında olduğunu qeyd edib. Rektor dəvəti qəbul etdiyi üçün Məhəmməd Əfəndiyevə təşəkkür edib. Daha sonra tədbirdə iştirak edən tələbələrə M.Əfəndiyevi yaxından tanıtmaq məqsədilə onun həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib. Çıxışına TAU rəhbərliyinə və professor-müəllim heyətinə təşəkkür etməklə başlayan Məhəmməd Əfəndiyev Bilkent Universitetində biznes ixtisası üzrə bakalavriat, eləcə də Harvard Universitetində MBA təhsili aldığı dövrdə qazandığı təcrübələri tələbələrlə bölüşüb. O, yeni nəsil liderlər üçün vacib hesab etdiyi xüsusiyyətlərdən bəhs edərək maraq, davamlı öyrənmə, dəyişən şəraitə uyğunlaşma və çevikliyin müasir dövrdə uğurun əsas şərtləri sırasında olduğunu qeyd edib.  M.Əfəndiyev bildirib ki, uğur əldə olunan nəticələrlə gözləntilər arasındakı fərqlə ölçülür. O, uğursuzluqlar qarşısında dayanıqlı olmağın və başladığı yolda əzmlə irəliləməyin uğura aparan prosesdə mühüm rol oynadığını vurğulayıb. Həmçinin şəxsi və peşəkar inkişafı dəstəkləyən düzgün sosial çevrənin formalaşdırılmasının əhəmiyyətinə diqqət çəkib. Tələbələrin böyük marağına səbəb olan seminar sual-cavab sessiyası ilə yekunlaşıb.</description>
Dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutub
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Noyabrın 3-də “Bakı Fond Birjası” QSC-də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0201240105 ISIN kodlu, tədavül müddəti 1080 gün olan dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, AZ0201240105 ISIN kodlu dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 67,2 milyon manat təşkil edib. Maliyyə Nazirliyi tərəfindən 34,4 milyon manat məbləğində dövlət istiqrazlarının rəqabətli sifarişlər üzrə orta ölçülmüş qiyməti 99.3366 (7,2500 faiz) və kəsmə qiyməti 99.3366 (7.2500 faiz) səviyyəsində müəyyən edilib. İstiqrazların ödəmə müddəti 2029-cu il noyabrın 3-dür.</description>
Rusiya-Çin-ABŞ liderlərinin mümkün görüşü: Tərəflər nəyi hədəfləyir?
                <description>Bakı, 3 noyabr, AZƏRTAC Donald Tramp ikinci dəfə ABŞ Prezidenti seçildikdən sonra Qərbin təhlükəsizlik norma və dəyərlərini sorğuladıqca, Ukraynadakı müharibəyə yanaşmalar da dəyişir. Ağ Evin rəsmi Kiyevə hərbi və maliyyə dəstəyini, eləcə də kəşfiyyat məlumatlarının ötürülməsini məhdudlaşdırması, əvəzində isə Rusiya ilə dialoqa və əməkdaşlığa üstünlük verməsi qlobal güc balansında genişmiqyaslı geosiyasi yenidənqurma prosesinin başlandığından xəbər verir. Eyni zamanda, Vaşinqtonun Çinlə münasibətlərində taktiki koordinasiya ilə sərt strateji rəqabət arasında tərəddüd etdiyi müşahidə olunur. Üç dövlətin məqsədləri Qeyd olunan mərhələ geosiyasi qiymətləndirmə üçün müəyyən konseptual çərçivə təqdim edir:- Ağ Ev fərqli metod və prinsiplərlə qlobal hegemon mövqeyini qorumağı və möhkəmləndirməyi hədəfləyir;- Rusiya Ukraynadakı müharibənin artan xərclərini və üzləşdiyi geosiyasi riskləri kompensasiya etmək üçün Vaşinqtonla rəqabəti müvəqqəti olaraq arxa plana keçirmək istəyir;- Çin münaqişəyə birbaşa qoşulmadan, ABŞ ilə Rusiyanın yaxınlaşmasının, Vaşinqtonun diqqətinin dəyişməsinin ona necə təsir edəcəyini hesablayır.Pekin və Moskva üçün ABŞ-İsrail ittifaqının İranla hərbi qarşıdurması mövcud geosiyasi strategiyaların və risk hesablamalarının sınaqdan keçirilməsi baxımından əhəmiyyət daşıyır. Çünki Yaxın Şərqdəki qarşıdurmanın və Ukrayna böhranının qlobal iqtisadi təzyiqləri artırması güc nisbətində dəyişikliklərə yol açır. Məhz belə mürəkkəb geosiyasi şəraitdə Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli sammitinin keçirilməsi perspektivi müzakirə olunur. ABŞ və Rusiya razı, Çin isə ehtiyatlıdır Üçtərəfli görüş ideyası Donald Tramp prezident olduqdan sonra bir neçə dəfə medianın və analitik müzakirələrin gündəminə gəlib. Lakin budəfəki təşəbbüsün praktiki müstəviyə keçidi üçün prosedurların rəsmiləşdirilməsi daha ciddi müzakirə olunur. Görüş ideyasının irəli sürülməsində isə Rusiya xüsusilə fəallıq göstərir.Rusiya Prezidenti Vladimir Putin oktyabrın 9-da ABŞ lideri Donald Trampla telefon danışığı zamanı Ukraynadakı müharibənin nizamlanması məqsədilə üçtərəfli sammit keçirilməsini təklif edib. Moskva bu format vasitəsilə Kiyevin birbaşa iştirakı olmadan Ukraynanın gələcəyini böyük güclərin müzakirəsinə çıxarmağa və münaqişəyə öz şərtləri ilə son qoymağa çalışır.Sonrakı rəsmi bəyanatlarda həm Vaşinqton, həm də Moskva belə bir görüşün keçirilməsi ehtimalını təsdiqləyiblər.Çin isə təklifə münasibətdə ehtiyatlı mövqe nümayiş etdirir. Pekin sammit ideyasını açıq şəkildə dəstəkləməsə də, onu rədd etdiyini də bildirməyib. Si Cinpin üçün belə bir görüş beynəlxalq nüfuz baxımından üstünlük yarada bilər. Bununla belə, Si Cinpinin bu təşəbbüsdən kənarda qalmaq üçün əsasları mövcud ola bilər. Çünki Pekin indiyədək həm Vaşinqton, həm də Moskva ilə münasibətlərini ayrı-ayrı istiqamətlər üzrə inkişaf etdirməkdən faydalanmağa üstünlük verir. Bununla belə, Pekinin ehtiyatlı mövqeyi sammitdə iştirakdan imtina edəcəyi anlamına gəlmir. Görüşün keçirilməsi ilə bağlı razılıq əldə olunacağı təqdirdə, üçtərəfli sammitin Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkili nəzərdə tutulur. APEC sammitinin noyabrın 18-19-da keçiriləcəyi gözlənilir.Rəsmi açıqlamalara əsasən, görüşün keçirilməsi razılaşdırılarsa, müzakirələrin əsas gündəliyini nüvə silahlarına nəzarət, regional və qlobal təhlükəsizlik məsələləri təşkil edə bilər. Liderlər mövqelərinə Rusiya-Ukrayna müharibəsi və İran ətrafında hərbi eskalasiya riskləri fonunda qiymət verə bilərlər. Bu yanaşma hər üç tərəfin öz strateji maraqlarını reallaşdırmaq baxımından taktiki əhəmiyyət daşıyır.Belə bir sammit Avropanın regional təhlükəsizlik arxitekturasındakı rolu, Trans-Atlantik münasibətlərin gələcəyi və qitənin geosiyasi qərarların qəbulunda tutduğu mövqe baxımından ciddi çağırışlar yaradır. Bunun əsas səbəbləri aşağıdakılardır:- Avropa Rusiya-Ukrayna müharibəsi və ABŞ-İran qarşıdurmasının yaratdığı iqtisadi şokların təsiri altındadır;- Rusiyanın Avropaya qarşı hərbi ritorikasını sərtləşdirməsi, Çinlə strateji yaxınlaşması və ABŞ ilə sövdələşmə axtarışları qitənin təhlükəsizlik narahatlıqlarını artırır;- Çin Xalq Respublikasının Avropada iqtisadi və siyasi təsir imkanları genişlənir. Beynəlxalq media nə yazır? “The Wall Street Journal”ın məlumatına görə, Vladimir Putinin təklif etdiyi üçtərəfli sammit 1945-ci il Yalta Konfransının geosiyasi modelini xatırladır. Həmin konfransda ABŞ, Böyük Britaniya və SSRİ liderləri müharibədən sonrakı Avropanın siyasi düzənini müzakirə etmişdilər.“Deutsche Welle”nin təhlilinə görə, Vladimir Putin bu format vasitəsilə ABŞ və Çinin iştirakı ilə Ukraynanın ərazi məsələlərini və müharibədən sonrakı siyasi düzəni müzakirə etmək istəyir. Kremlin gözləntisi mümkün razılaşmanın sonradan Vaşinqton tərəfindən Kiyevə və Avropa paytaxtlarına qəbul etdirilməsidir.“The Washington Post” yazır ki, belə bir görüş Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı olmadan müharibənin gələcəyinin müzakirəsinə yol aça bilər.“Axios”un materialında diqqət Ukrayna müharibəsindən daha geniş təhlükəsizlik məsələlərinə yönəldilir. Nəşr Trampın təşəbbüsündə nüvə silahlarına nəzarət və strateji təhlükəsizlik məsələlərinin xüsusi yer tutduğunu bildirir. Bununla belə, ekspertlər ABŞ, Rusiya və Çin arasında bu sahədə ciddi razılaşma əldə olunmasını çətin hesab edirlər.“The Diplomat” nəşrinin təhlilində Çinin təşəbbüsə münasibəti araşdırılır. Müəllifin qiymətləndirməsinə görə, belə bir görüş Rusiyanın beynəlxalq təcriddən çıxmasına, ABŞ və Avropa arasındakı fikir ayrılıqlarının dərinləşməsinə və Moskvanın qlobal siyasətdə statusunun yüksəlməsinə şərait yarada bilər.“Financial Times” isə görüşün təşkili ilə bağlı diplomatik müzakirələrə diqqət çəkir. Nəşrin məlumatına görə, Vaşinqton və Moskva Pekinin belə bir görüşə razılıq verməsində maraqlıdır. Lakin gündəliklə bağlı tərəflərin yanaşmaları fərqlənir. Müəllif – Aqşin Kərimov</description>
SEPAH ABŞ-yə məxsus PUA-nı vurduğunu açıqlayıb
                <description>Bakı, 3 noyabr, AZƏRTACİran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bu gün ABŞ-yə məxsus MQ-9 “Reaper” tipli pilotsuz uçuş aparatının (PUA) Hörmüz boğazının şərq hissəsində vurulduğunu bəyan edib.AZƏRTAC “Bloomberg Sharq” saytına istinadla xəbər verir ki, SEPAH iddia edilən hadisənin görüntülərini də yayıb. Videoda ABŞ-yə məxsus pilotsuz uçuş aparatının bazar ertəsi axşam saatlarında hava hücumundan müdafiə raketi ilə birbaşa hədəfə alındığı əks olunur.Məlumatda hadisənin baş verdiyi şərait və pilotsuz uçuş aparatının taleyi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.</description>
® Kino biletləri də “ABB mobile” tətbiqində
                <description>Müştərilərin həyat tərzi tərəfdaşı olan ABB bu sahədə imkanların daha da genişləndirilməsi üçün yeni tərəfdaşlıqlar qurur. Noyabrın 3-də bankla “CineMastercard” şirkəti arasında əməkdaşlıq sənədi imzalanıb. Sənəd kinoteatrlarda bankın brendinin yerləşdirilməsini və premium zalların “ABB zalları” adlandırılmasını, ABB üçün hədəfli reklam imkanlarının yaradılmasını, xüsusi nümayişlər cədvəlinin əvvəlcədən banka təqdim edilməsini və ABB müştəriləri üçün eksklüziv təkliflərin hazırlanmasını, birgə innovativ layihələrin həyata keçirilməsini, ABB müştəriləri üçün bilet satışına erkən keçid imkanının yaradılmasını, habelə mobil tətbiqlər arasında qarşılıqlı inteqrasiyaların təmin edilməsini nəzərdə tutur. Bu tərəfdaşlıq sayəsində “ABB mobile” tətbiqi istifadəçiləri ölkəmizdə ilk dəfə kino biletlərini də başqa heç bir platformaya ehtiyac olmadan birbaşa “ABB mobile” tətbiqindən əldə edəcəklər. Tətbiqdə film və seanslar axtarmaq, bilet və yer seçimi etmək, lazımi kino biletlərini alıb ödənişlərini də birbaşa “ABB mobile” tətbiqi üzərindən rahatlıqla həyata keçirmək mümkün olacaq. “ABB mobile” müştərilərin gündəlik ehtiyaclarının qarşılanması üçün imkanları vahid platformada toplayır. Bu məqsədlə tətbiqə yeni inteqrasiyalar bundan sonra da davam etdiriləcək.ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.</description>